“Media haqqında” Qanun layihəsi AZƏRTAC-da müzakirə olunub
30.06.2021 [10:18]
İyunun 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib.
Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi, AZƏRTAC-ın İdarə Heyətinin üzvləri və struktur rəhbərləri iştirak edirdilər.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə güllər düzüldü, xatirəsi ehtiramla yad olundu. AZƏRTAC-ın və AzTV-nin Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistləri Məhərrəm İbrahimovun və Sirac Abışovun xatirə guşəsindəki portretləri önünə də güllər qoyuldu.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov tədbirdə çıxış edərək, qanun layihəsinin mətbuat orqanları arasında ilk müzakirəsinin AZƏRTAC-da keçirilməsinə görə Medianın İnkişafı Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Ulu Öndər Heydər Əliyevin mətbuata böyük önəm verdiyini, jurnalistlərə və mediaya xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladan A.Aslanov qeyd etdi ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə senzura ləğv olundu, mətbuatın fəaliyyətini nizamlayan qanunvericilik bazası yaradıldı. Sonrakı illərdə Ulu Öndərin KİV sahəsində siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə milli mediamızın müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm islahatlar aparıldı.
“Hazırda media məkanında sürətli qloballaşma gedir, mətbuatın cəmiyyətdə rolu görünməmiş dərəcədə artır. Buna müvafiq olaraq informasiya mühiti gündən-günə modernləşir. Qabaqcıl texnologiyalar həyatımıza sürətlə daxil olur, aparıcı trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq vəzifəsi dayanır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsi günün ən vacib tələbidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək”, - deyə İdarə Heyətinin sədri bildirdi.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” Qanun layihəsinin müzakirəsinə yaratdığı şəraitə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını ifadə etdi. Yeni qanun layihəsi haqqında məlumat verən icraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açdı. O, Azərbaycanın ilk informasiya agentliyi olan AZƏRTAC-ın təcrübəli jurnalistlərinin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayaraq, onları işgüzar fikir mübadiləsinə çağırdı.
Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını etdi. Bildirildi ki, layihənin müddəaları Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, jurnalistlərin akkreditasiyası və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırdı.
Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam etdi, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırıldı.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

