Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29.07.2021 [08:40]
Yay fəslində uşaqlar arasında bəzi mövsümi xəstəliklərin yayılması üçün zəmin yaranır. Günəş şüaları altında uzun müddət qalmaq, qidalanma rejiminə düzgün əməl etməmək uşaqların bioritmini pozur, nəticədə onlar mövsümi xəstəliklərlə üzləşirlər. Bəs belə hallara qarşı hansı tədbirlər görülməli, nələrə diqqət edilməlidir?
Paytaxtdakı 5 saylı uşaq poliklinikasının həkim-pediatrı Könül Əliyeva bildirib ki, ilk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, yay mövsümü zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər: “Uşaqların sağlam böyüməsi üçün, ilk növbədə, onların qida rasionuna fikir vermək lazımdır. Yay fəslində uşaqlar meyvə ilə qidalanmalıdırlar. Meyvələrdən başqa tərəvəzlər də qida rasionunda əhəmiyyətli yer tutur. Bol maye içilməsi də vacib şərtlərdən biridir. Yəni valideynlər uşaqların qida menyularını düzgün tərtib etməyə çalışmalıdırlar. Uşaqları çox isti və çox qapalı mühitlərdə saxlamaq düzgün deyil”.
Həkim valideynlərə məsləhət görür ki, uşaqların immun sisteminin güclənməsi üçün onların bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlasınlar. Bundan başqa, uşaqları açıq havada gəzdirmək, tez-tez dənizə aparmaq lazımdır. Eləcə də, onları günvurmadan qorumaq vacibdir. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür.
Uşaqların sağlamlığı həm də gigiyenik qaydalara əməl edilməsindən asılıdır. Uşaqlar arasında gigiyena qaydalarına riayət etmək çox vacibdir, çünki onlar qum və ot örtüyü olan yerlərdə oynamağı və analar görmədən yuyulmamış meyvələri yeməyi sevirlər. Həkim-pediatr vurğulayıb ki, pandemiya hələ də davam edir və gigiyena ilə bağlı məsləhətlərə əməl etməyi unutmamalıyıq.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

