İsti aylarda səhhətimizi necə qoruya bilərik?
31.07.2021 [09:00]
“İsti aylarda hər kəs orqanizmdə maye balansı pozulduğu və minerallar azaldığı üçün günlük ehtiyacını qarşılayacaq qədər - təxminən 2 litr su içməlidir. Günlük vacib olan suyun miqdarı, həmçinin havanın temperaturundan və fiziki aktivlikdən asılıdır. Fiziki aktiv olanlar bir sutkada daha çox maye qəbul etməlidirlər”.
Bu fikirləri TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva bildirib.
Onun sözlərinə görə, çay və qəhvə buraya daxil deyil, çünki bu içkilər orqanizmdə suyun miqdarını aşağı salır: “Nəzərə almaq lazımdır ki, nəfəs alıb-verməyimiz belə orqanizmdə su itkisinə səbəb olur. Həmçinin yayda tərləmə daha çox baş verir. Tərləmə toksinlərin (zərərli maddələrin) təmizlənməsi baxımından faydalı olsa da, orqanizm üçün vacib olan mineralların bədəndən çıxmasına səbəb olur. Ona görə də yayda minerallarla zəngin olan meyvə-tərəvəzlərlə qidalanmaq məsləhətlidir. Gündəlik təxminən 3-4 porsiya meyvə-tərəvəz qəbulu planlaşdırılmalıdır. Xroniki xəstəliyi, xüsusən şəkərli diabeti olanlar meyvələrdən istifadə zamanı daha ehtiyatlı olmalıdırlar”.
Ş.Qaracayeva isti aylarda tez-tez rastlaşdığımız qida zəhərlənmələri ilə bağlı məlumat verərək deyib: “Yayda qida zəhərlənmələrinin qarşısını almaq üçün düzgün qidalanmaq lazımdır. Həmçinin qidaların təmizliyinə və saxlanma şəraitinə diqqət edilməlidir. Bilmək lazımdır ki, karbohidratlı qidaların qəbulundan sonra yorğunluq şikayətləri artır. Buna tibbi dildə “beyin sisi” deyilir. Çünki karbohidrat qanda şəkərin miqdarını qaldırır. İsti aylarda daha çox baş verən belə xoşagəlməz halları minimuma endirmək üçün buxarda bişmiş qidalara üstünlük verilməlidir”.
TƏBİB-in mütəxəssisi virus infeksiyalarından qorunmaq üçün qidalanmanın böyük rolu olduğunu vurğulayıb. Bildirib ki, düzgün qidalanma sağlam immun sistemi üçün çox önəmlidir: “Orqanizmi viruslardan qorumaq üçün proteinli qidalara üstünlük verilməlidir. Yay aylarında xüsusən ayran və ya kefir içərək həm maye, həm də mineral və zülal tələbatımızı ödəyə bilərik”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

