Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın fövqəladə hallar nazirinin müavini Türkiyədə yanğın bölgəsində olub

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Türkiyədə yanğın bölgəsində olub

03.08.2021 [09:30]

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev avqustun 2-də Muğla vilayətinin Marmaris rayonunun Turqut bölgəsində yanğın ərazisində olub. Dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən ərazini ziyarət edən nazir müavini hadisə yerinə baxış keçirib.
AZƏRTAC hadisə yerində olan müxbiri xəbər verir ki, Etibar Mirzəyev azərbaycanlı jurnalistlərə müsahibəsində Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin ikinci qrupunun yanğın bölgəsi istiqamətində hərəkət etdiyini və qısa vaxtda müvafiq işlərə başlayacağını deyib. Nazir müavini bildirib ki, böhran mərkəzində Türkiyə rəsmiləri ilə mövcud vəziyyət müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq. O, əminliklə bildirib ki, peşəkar və təcrübəli Azərbaycan yanğınsöndürənləri təyinat məntəqəsində yanğınların qarşısının alınmasına qısa vaxtda nail olacaqlar.

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31