“Fərqli fərdlər”i necə qoruyuruq?
03.12.2021 [10:59]
3 dekabr “Əlilliyi olan insanların Beynəlxalq günü”dür
Günel Qabilqızı
Dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Nəzərə alsaq ki, indi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir və əlilliyi olan insanların 20 faizi də inkişaf etməkdə olan ölkələrdə yaşayır, belə bir günün təsis olunması əlilliyi olan şəxslərə yardım istiqamətində görülən işlərin inkişaf dinamikası üçün olduqca vacibdir.
Ölkəmizdə də dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bu təməlin nəticəsidir ki, əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb, həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb.
Bütün bu tədbirlərin görülməsi ilə yanaşı hazırda əlilliyi olan şəxslər tərəfindən aidiyyəti qurumlara, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müəyyən problemlər üzrə şikayətlər daxil olur. Belə bir gündə əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən qayğı, Nazirliyə daxil olan problemlərin həlli yolları ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə sorğu ünvanladıq.
Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı əlilliyi olan şəxslərin də sosial təminatının, reabilitasiya və cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlərin ildən-ilə güclənməsinə imkan verib: “Xüsusilə son üç ildə onlara yönələn sosial ödənişlərdə orta hesabla iki dəfə artım olub.
Şəhid ailələri, müharibə, 20 Yanvar, Çernobıl əlilləri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar və gözdən əlilliyi olanlar mənzillə təmin olunur. Onların mənzillə təminatı proqramı bu il dəfələrlə genişlənib. 2021-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 2500 mənzil, müharibə əlillərinə 164 minik avtomobili verilib”.
Qurumdan verilən məlumata görə, 2021-ci ilin 11 ayında Nazirliyin reabilitasiya müəssisələrində əlilliyi olan 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib: “8 min əlilliyi olan şəxs 40 mindən artıq reabilitasiya vasitəsi, 164 hərbçi 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib. Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri siyahısına 2020-ci ildə 23 yeni növ də daxil edilərək siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb. Eyni zamanda, Nazirlik əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim edilməsi işlərini aparır. Bu istiqamətdə daha bir tədbir kimi, bu il 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil edilib. Əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsində 217 iştirakçının 1346 əl işi təqdim edilib. Sərgi müsabiqədə yer tutan qaliblərə diplom və mükafatlar, digər iştirakçılara həvəsləndirici mükafatlar, təşəkkürnamələr təqdim olunub”.
Əlilliyi olan şəxslər aktiv məşğulluq proqramlarına cəlb olunurlar. Məsələn, özünüməşğulluq proqramına bu il 1200-ə yaxın əlilliyi olan şəxs cəlb edilib. “Bu proqram əsasında verilən aktivlər hesabına onlar öz kiçik müəssisə və təsərrüfatlarını yaradır. Əlilliyi olan şəxs üçün kiçik bizneslər qurulmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə layihəsi olan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi mühüm rola malikdir. Layihə çərçivəsində içərisində əlilliyi olan qadınların da olduğu 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparılır”, - bildirilib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir: “Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən, həkim-ekspertlər tərəfindən tam obyektiv və şəffaf şəkildə qərarlar qəbul edilir. 2021-ci ilin 11 ayında da 51 min şəxsə əlillik təyinatı həyata keçirilib. Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. Burada əlilliyi olan şəxslərin yeni peşələrə yiyələnməsi təmin edilir. Mərkəzdə indiyə qədər 2,1 mindən çox əlilliyi olan şəxs peşə kurslarına cəlb edilib. Hazırda burada 160 nəfər peşə təlimindədir. Qeyd edək ki, əlilliyi olan şəxslər Mərkəzdə peşə təlimində müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir. Onlar ?ərkəzdə inteqrasiya məqsədli çoxşaxəli tədbirlərə də cəlb olunurlar. Bu müəssisə əlilliyi olan şəxslərin ümumən sosial reabilitasiyasında önəmli rol oynayır, onların həyatında müsbət dönüş yaradır.”
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

