Mövsümi xəstəlik, yoxsa koronavirus?
06.01.2022 [10:47]
MÜŞFİQƏ
Uşaqlar arasında yayılan nədir?
Son günlər Azərbaycanda azyaşlılar arasında kütləvi virus yayılıb, xəstəxanalara müraciətlərin sayı artıb. Uşaqlarda əsasən qızdırma, burun axması, boğaz ağrısı və halsızlıq müşahidə olunur. Valideynlər arasında təşviş yaranıb: görəsən, bu xəstəliyin koronavirusla əlaqəsi varmı?
Uşaqlarda koronavirus olsa...
Uşaqlar arasında mövsüm xəstəliklərə hər zaman rast gəlinsə də, COVID-19 pandemiyası dövründə qeydə alınan artım narahatlıq doğurur. TƏBİB-dən verilən məlumata görə, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir. Bildirilib ki, simptomlar hər zaman olub və burada respirator virus infeksiyaları rol oynayır. Vurğulanıb ki, əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür. Koronavirus infeksiyasının kliniki xüsusiyyətləri digər respirator infeksiyaların əlamətləri ilə oxşarlıq təşkil edir.
Dərmanlarla profilaktik tədbirlərin təsiri yoxdur
Həkim-pediatr Könül Sadıxova qəzetimizə açıqlamasında bildirib ki, bu, koronavirus deyil, mövsümi qrip virusudur. Onun sözlərinə görə, sadalanan əlamətlər varsa, mütləq koronavirus çıxacaq deyə bir qayda yoxdur: “Son günlər uşaqlar arasında yayılan virus adi qrip - “influenza” virusudur. İnfluenza hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır. Bu virus müalicəsiz sağalmır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda, gecikdirmədən həkimə müraciət etsinlər. Uşaqlarda halsızlıq, diareya, bəlğəmli öskürək, qusma halları müşahidə edən kimi həkimə aparsınlar. Əks halda, bu, ağırlaşmaya gətirib çıxara bilər. Düzdür, hazırda uşaqlar arasında koronavirusa yoluxanlar da çoxluq təşkil edir. Hərarəti 41 dərəcəyə qədər çıxanlar da var”.
Həkim-pediatr deyir ki, uşaqlarda hərarəti aşağı salmaq üçün kimyəvi dərmanlardan istifadə etmək əvəzinə, valideynlər daha çox təbii vasitələrdən yararlana bilərlər: “Əfsuslar olsun ki, pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qaldılar. Hazırda uşaqların immuniteti çox zəifdir. Bağça və məktəblərin açılması virusa yoluxmaların sayının artmasına səbəb oldu. Bir sinifdə 37 nəfər şagird təhsil alır. Bu, qətiyyən yolverilməzdir. Əlbəttə, bir sinifdə bu qədər şagird olsa, xəstəliklər qaçılmaz olacaq. Siniflər hər gün təmizlənməlidir. Uşaq dərsə burnu axa-axa gəlirsə, digərini də yoluxduracaq. Dərmanlarla nə qədər profilaktik tədbirlər görsək də, yenə yoluxacağıq. Sadəcə, müəyyən gigiyenik qaydalara riayət etmək - əlləri yumaq, tez-tez otağın havasını dəyişmək, açıq havada gəzmək, meyvə və tərəvəz qəbul etmək, xüsusilə də immuniteti gücləndirmək lazımdır. Məsləhət görərdim ki, bu günlərdə uşaqlara bol-bol nar, portağal, naringi yedirtsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

