Distant iş sisteminə keçid nə vəd edir?
13.01.2022 [11:06]
Yeni iş sistemi tıxacları da minimuma endirəcək
Günel Abbas
Yanvarın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüş olub.
Nazir Sahil Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.
Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunvericiliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.
Bu təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.
Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, pandemiya distant fəaliyyətin, o cümlədən distant əmək bazarının təşviq edilməsinin vacib olduğunu göstərdi: “Azərbaycanda da sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə distant iş rejiminə mərhələli keçid reallaşdı. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan yeni sistemin mahiyyəti ondan ibarətdir ki, bütövlükdə distant işlə bağlı texniki bazanın formalaşdırılması, həm də bu istiqamətdə özəl qurumların da təşviq edilməsi nəzərdə tutulur. Əsas məqsəd distant iş sisteminin pandemiyadan sonrakı dövrdə də həyata keçirilməsindən ibarətdir. Bunun əsas üstünlüyü zamana qənaət etmək, xərci minimuma endirərək daha çox gəlir əldə etməkdən ibarətdir. Bu xüsusilə xarici şirkətlərin fəaliyyət planına uyğundur. Distant iş nəqliyyat sisteminin tənzimlənməsinə, iş saatlarının başlama və çıxma saatlarında tıxacların azalmasına səbəb olacaq. Bu praktika yalnız əmək bazarına yox, digər sahələrə də müsbət təsir göstərəcək”.
Azərbaycanda distant işə nə qədər ehtiyac var?
Azərbaycan distant iş və onlayn menecmentliyin tətbiqində maraqlı olmaqla yanaşı, bu prosesdə potensialı olan ölkədir. Distant iş hazırda bütün dünyada əmək bazarının imkanlarını genişləndirir. Məsafədən idarəetmənin müəssisələr və şirkətlər üçün müsbət tərəflərindən biri, işçi heyəti üçün ofisin icarəyə götürülməsinə ehtiyacın olmaması və bir sıra xərclərə qənaət edilməsi ilə bağlıdır.
Bu iş prosesində, başqa bir şəhərdə yaşayan mütəxəssislə də işləmək mümkündür. Pandemiya şəraitində əmək formasının bu cür münasibətləri iş yerlərini, əməkhaqlarını, müəssisənin iş qabiliyyətini saxlamaq baxımından optimal görünür. Əmək qanunvericiliyinə görə, distant iş zamanı müəssisənin işçi heyəti öz vəzifəsini ofisdə yox, evində yerinə yetirir. Bu cür əməkdaşlıq, vaxtı yolda itirməmək baxımından da işçilər üçün əlverişlidir. İlk baxışdan elə görünə bilər ki, distant iş əməyin təşkilinin yüngülləşdirilmiş variantıdır. Ancaq Əmək Kodeksinə görə, distant iş işçilərin çalışdıqları müəssisədən kənarda öz funksiyalarını yerinə yetirməsi deməkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10

