Biz niyə belə olduq?
20.04.2022 [11:06]
Efirdə “xalq şousu” və ya aşınan dəyərlərimiz
İlhamə HƏKİMOĞLU
Yorğun bir günün ardından televizoru açırsan ki, dincələsən, pəh, görürsən ki, ən baxımlı kanallardan birində ailə dramı yaşanır. Böyük-kiçik qarışıb bir-birinə. Gəlin qayınananı söyür, qayınata gəlinə ağzına gələni deyir. Kimsə azyaşlı qızının zorlandığı iddiası ilə hay-küy salıb kompensasiya tələb edir. Namus bazarı açılıb, satan-satana qarışıb. Başqa kanalı açırsan, orada da eyni mənzərə. Bir dəfə olsa, deyərsən iş idi oldu. Di gəl ki, bu faciə hər gün yaşanır, insanlar məişət problemlərinin həllini aidiyyəti qurumlardan yox, Zaurla Xoşqədəmin proqramlarından gözləyirlər. Onlar da reytinq xatirinə bildikləri qədər vəziyyəti qızışdırır, efirə çıxanları ifadəmə görə üzr istəyirəm xoruz kimi döyüşdürməyincə əl çəkmirlər. Açılır sandıqlar, tökülür pambıqlar. Nə ar gözləyən olur, nə də abır duyğusu qalır. Kim kimə necə sataşıb, kim kimi necə kirlədib, ən xırda təfərrüatına qədər danışılır. Bir də hər axşam bu “xalq teatrını” həvəslə gözləyib, işini-gücünü bu proqramlara görə uyğunlaşdıran tamaşaçı kütləsi var. Nəfəs almadan dinləyən nənələr, babalar, xalalar, dayılar və özləri də fərqində olmadan bu tamaşaya şahidlik edən evin balaca fərdləri. O fərdlər ki, bu deyilən ayıbları dinləyə-dinləyə böyüyür, bunu normalmış kimi qəbul edir, başıpozuq bir nəsil yetişir. “Bu yanlışdır” desən, inanmayacaqlar, çünki “o boyda televizor” belə göstərib, bunu düz kimi təlqin edib. Televizorda görünməyi şərəf hesab edənlər var. Fərqi yoxdur orda necə göründün, söyüldün, təhqir edildin, ağladıldın və ya həyasızlıq edib bütün diqqətləri özünə cəlb etdin. Qadın kişi libasında, kişi qadın imicində özü ilə öyünür.
30-40 il əvvəl qızlar ana-atalarının yanında nişanlıları ilə danışmağa həya edər, hətta bəzi bölgələrdə kişilər böyüklərinin yanında xanımlarına xitab etməzdilər. Uşaqlarını böyüklərinin yanında əzizləməyə utanar, namus ləkəsi qanla yuyulardı. Qızları qoşulub qaçan atalar çöldə-bayırda başıaşağı gəzər, əksər hallarda gözə görünməzdilər. Qəlbi sınan atalar toy günü təyin edilsə də, hətta nəvələri olsa da, qızlarını bağışlamazdılar. Qayınana və qayınataya nəinki çəmkirmək mümkün deyildi, sözünün qabağına söz qoyulmazdı. Övladlar atalarını bir baxışından anlayıb xətalarını anlayar, bir kənara çəkilərdilər. Bəlkə də sərt görünə bilər, lakin elə bu sərt qaydalar bayraq kimi nəsildən-nəslə keçərək xalqı xalq olaraq yaşatdı.
İndi ata-analar övladlarının kiminləsə sevgili olmasını, kimdənsə uşağa qalmasını, cinsini dəyişmək istəyini, həmcinsləri ilə eşq macərasını həvəslə müzakirəyə çıxarırlar. Nə olursa olsun, təki pul qazansın. Kürəkəni döyən kim, ərinin, arvadının yataqda görüntülərini yayan kim, arvadını balasının gözü önündə baltalayan kim və bu xəbərləri ballandıra-ballandıra paylaşanlar, yayanlar kim. Hələ mən bəzi sosial şəbəkələrdə pul qazanmaq naminə soyunanları, ağlına gələni edənləri demirəm. Əxlaqsız namus, mütrüblər kişilik dərsi keçir. Zorlama, intihar xəbərləri reytinqlərdə üst sıralara çıxan gündən mənəviyyatımız ayaqlar altında sürünməyə başladı.
Vətənin bütövlüyü, xalqın qüdrəti ailənin möhkəmliyindən başlayır. Hədəfdə sərvət sayılacaq milli dəyərlərimiz dayanıb. Aşınırıq. Dəyər sistemimiz ciddi şəkildə zədələnib. Əmin olmaq olarmı ki, 20 ildən sonra cəmiyyətimiz daha qorxunc bir bataqlığın içində çabalamayacaq?
Milli kimliyimizi qoruyaraq dünyaya çıxmağı bacarmalıyıq. Əks halda var olsaq da, biz olmayacağıq.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

