Ticarətin əlverişli məkanları
22.04.2022 [10:46]
Şuşa karvansaraları bərpa olunur
İ.RƏSULOVA
Əziz Şuşamız yenə qapılarını mehmanlarının üzünə açır. Bu dəfə qonaqları dünyanın 65 ölkəsindən gələn 400-ə yaxın diaspor nümayəndəsidir. Zəfərin şəhəri Şuşa mədəni ənənələrini bərpa edir, qonaqlı-qaralı, çal-çağırlı günləri yenidən başlayır. Şuşa karvansaralarından danışacağıq bu gün. Bir zamanlar şəhərə gələn saysız-hesabsız karvanları qarşılayıb, yola salan qədim Şuşa karvansaralarından.
Yəqin “qapıları karvansara qapısı kimi taybatay açıq olmaq” ifadəsini çox eşitmisiniz. Böyük-böyük karvanları qəbul edən karvansaraların qapısı daim açıq olar, bir karvansarada ən az 20-30 nəfər işləyib, evinə çörək aparardı. Karvansaraları müasir otel və ticarət mərkəzlərinin sintezi kimi xarakterizə etmək olar. Onlar böyük ticarət yollarının üstündə tikilər, karvanların dayanacaq və istirahət yeri kimi istifadə olunardı. Sarvanlar öz karvanlarını tanış karvansaralara doğru yönəldər, heyvanlarını “dincə qoyduqdan” sonra tacirlər çıxıb ətrafı dolaşar, ya yeni mallar əldə edər, ya da öz yüklərini əlverişli qiymətə yerli sakinlərə satardılar.
Karvansaralarda qonaqların dincəlməsi və gecələməsi üçün istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, dükan, yeməkxana, namaz otaqları, kiçik hamam olurdu. Karvansara sahibi gələn qonaqlarının qiymətli yüklərinə cavabdeh olduğu üçün hər karvansaranın öz mühafizə dəstələri də var idi. Karvansaralarda ticari söhbətlər edilir, faydalı tanışlıqlar baş tuturdu. Şəhər mərkəzlərində tikilən karvansaralar müxtəlif ticarət əməliyyatlarının keçirilməsi üçün ən sərfəli obyektlər idi. Böyük karvansaralarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da işləyib, qazanc əldə edərdilər. Şəhər və kəndlərdən uzaqda, kimsəsiz yerlərdə tikilən karvansaralar isə əsasən qərib yolçuların, tənha səyyahların sığınacağıydı. Azərbaycanın ən önəmli şəhərlərindən biri olan Şuşa şəhərində 11-dən çox karvansara açılmışdı.
Qalada ilk karvansara XIX əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilib və el arasında sahibinin adı ilə də tanınıb. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları dağılmaqda olan karvansaranı bərpa etdirib birgə işlədiblər.
İkinci karvansara XIX əsrin başlanğıcında “Şeytanbazar”da, İbrahimxəlil xan Cavanşirin böyük oğlu Məhəmmədhəsən ağanın lələsi Hacı Əmiraslan bəy tərəfindən açılmışdı. Onun vəfatından sonra oğulları karvansaranı dindar varlılardan olan Məşədi Hüseyn Mir Səyyaf oğluna satmışdılar. 1888-1889-cu illərdə Məşədi Hüseyn həmin mehmanxana tipli ikimərtəbəli karvansaranı söküb yerində təzəsini tikdirmiş və həmin tikili “Mirsiyab oğlunun karvansarası” adı ilə tanınmışdı. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayıblar. Bu karvansara istər böyüklüyünə görə şəhərdəki digər karvansaralardan seçilirmiş. Deyilənə görə, birinci mərtəbədə 25 dükan, dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və s. dükanları, bir neçə ticarət kontoru, böyük məscid, ikinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 hücrə varmış. Bura həm Qafqazın şəhərlərindən, həm də İran, Türkiyə, Ərəbistan, Orta Asiya, Rusiya və Avropadan gələn tacirlərin qaldığı bir karvansara idi. Şuşa azad edildikdən sonra, bu karvansara qədim üslubu qorunmaqla təmir edilib.
Şuşa qalasında Uğurlu bəyin, Murad bəyin, Hacı Hüseynin, Gövhər ağanın, Hacı Abbas bəyin, Cavad ağanın və Xanlıq Muxtarın karvansaraları da olub. Sonrakı illərdə Səfərov qardaşları karvansarası, Zarıslı kəndində Korun karvansarası da uzun illər fəaliyyət göstərib. Karvansaraların fəaliyyəti Sovet hökumətinin qurulması ilə zəiflədi və başa çatdı.
Tezliklə Şuşanı müasir və daha möhtəşəm görkəmində görəcəyik. Bərpa işlərindən sonra Şuşa öz gözəlliyi ilə həm yerli sakinlərin qəlbini oxşayacaq, həm də Azərbaycanda turizmi canlandıraraq, ölkə iqtisadiyyatına böyük töhfələr verəcək. Bəlkə də Şuşanın qədim karvansaralarını bərpa etmək, karvan-karvan turistləri bu tarix qoxuyan obyektlərdə qonaq etmək daha gözəl olardı.
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

