İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi
12.05.2022 [11:08]
Arəstə Baxışovanın ad günüdür
MÜŞFİQƏ
- İki uşağın var, bala. Getmə! Zülümlə böyütmüşəm sizi.
- Yox, ana! Mənə bir şey olsa, balalarım sənə əmanət.
Redaksiyamıza dəfələrlə igid qəhrəmanlarımız, şəhidlərimiz haqqında yazıların dərc edilməsi ilə bağlı müraciətlər daxil olur. Oxucularımızın çoxsaylı istəklərini nəzərə alaraq, “Pərvanə ömrü yaşayanlar” rubrikasına start veririk. Rubrikamızda sevgidən yaranan və sevgisi üçün ölümə gedən “pərvanə”lərimizdən danışacağıq. Bizim pərvanələrimizin sevgisi də, arzusu da birdir - Vətəndir. Vətən uğrunda canlarını fəda etmiş igidlərimizin əbədi ruhuna bir işıq da biz tutmağa çalışacağıq.
Yeni layihəmizin ilk qəhrəmanı isə İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Kərim qızı Baxışovadır. A.Baxışova öz şücaəti ilə incə ruhlu Azərbaycan xanımının qəhrəman oğullarımızla çiyin-çiyinə dayanmaq gücündə olduğunu bir daha sübuta yetirdi.
Həyat hekayəsini birgə vərəqlədikcə hər bir səhifəsində Arətsə xanımın atasız böyüməsi, acılı günləri, bəxtsiz ailə taleyi, şəfqətli tibb bacısı kimi çalışması, Qarabağa gedən şərəfli yolu, ən nəhayət ucaldığı şəhidlik məqamı qeyd olunurdu. Vətənini sevən bu qadın həm də ana idi. Oğlu Mərdanı və qızı Zəhranı Vətənə əmanət deyib cəbhə bölgəsinə yollandı.
Onun üçün Vətən hər şeydən doğma idi
Bu günlərdə Arəstə xanımın ad günü idi. O, 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Arəstənin dörd yaşı olanda vəfat edib. Hərbçi olmaq istəyən Arəstə tez-tez atasının formasını geyinərmiş.
İllər sonra arzusu çin olur. O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər ?iyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Şəhid olacağamsa...
Şəhid anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini deyir. Onsuz da könlümüzdə taxt qurmuş Arəstə bu könüllülüyü ilə daha yeni ucalıq mərtəbəsi qazanır. Anası danışır: “Atasız zülümlərlə böyütmüşəm. Balam ölümdən qorxan qız deyildi. Deyirdi ki, mən gedib şəhid olacağamsa, bu mənim alın yazım, qürurum, başımın tacıdır. Əgər mənə bir şey olsa, balalarım sənə əmanət. Sonuncu zəngimizdə dedi ki, hər şey qaydasındadır. Tezliklə qələbə bizim olacaq demişdi. Prezidentimlə, ordumuzla, balalarımla qürur duyuram. Bu gün biz analara qələbə sevincini yaşatdılar”.
Arəstə ölümündən bir ay əvvəl mətbuata verdiyi müsahibəsində belə deyirdi: “Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur. O da hərbçi olmaq niyyətindədir. Varlığımla inanıram ki, nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər”.
Anam kimi hərbçi olacağam
Mərdan bu gün anasının papağını qürurla daşıyır. Gələcəkdə hərbçi olmaq istəyən bu balaca igid anasına söz verdiyi kimi dərslərini də yaxşı oxuyur: “Müharibəyə gedəndə bacımla mənə dedi ki, mən işə gedirəm, şənbə günü geri qayıdacağam. Onunla görüşüb, dərsimə getdim. Axırıncı zəngimizdə səsi pis gəlirdi. Soruşdum, ana necəsən? Dedi, yaxşıyam. Nənənizin sözündən çıxmayın. Dərslərinizi yaxşı oxuyun.
Sonrakı gün anamın şəhid olması xəbəri gəldi. Bacım və mən qəhrəman xanımın övladı olduğumuz üçün fəxr edirik və qürur duyuruq. Anamızın şəhadəti xəbərini qürurla qarşıladıq. Böyüyəndə hərbçi olmaq fikrim var. Bizə şəhidlərimizin əmanət etdiyi torpağı göz bəbəyim kimi qorumaq, Vətənə xidmət etmək istəyirəm”.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15

