Adrenalin almaq istəyirsiniz?
25.05.2022 [10:52]
Ekstrim sevənlər üçün: məkanlar və qiymətlər
MÜŞFİQƏ
Azərbaycanda turizm mövsümü başlayır. Artıq may ayının ortalarından etibarən səfalı yerləri, mədəni-tarixi bölgələri olan respublikamıza axışıb gələn əcnəbi turistlərin sayındakı artım turizm mövsümünün yaxşı başladığını, qarşıdakı dövrdə bizi çox işlərin gözlədiyini göstərir. Azərbaycana müxtəlif ölkələrdən insanlar qrup halında təbiətə haykinq, trekkinq və digər səyahət turları təşkil edirlər. Adətən gəzintilər 4 gecə 5 gün çəkir. İki gün Bakıda gəzir, iki gün də İsmayıllı, Qəbələ, Şəki, Astara və digər bölgələrdə trekkinq edilir. Bəzən dağ otellərində, bəzən isə çadır kampı qurub orda qalırlar. Turistlər Azərbaycanın yüksək dağlarına çıxır, göllərini, çaylarını, yaylalarını gəzirlər.
Suda aktiv turizm
Ölkəmizdə yerli sakinlər və turistlərin məşğul ola biləcəyi bir neçə ekstremal idman növü var.
Azərbaycanda iyunda başlayan və sentyabrın sonunadək davam edən çimərlik mövsümündə dəniz istirahətinin bütün növlərindən zövq almaq üçün əlverişli imkan mövcuddur. Dayvinq, raftinq, kaytserfinq, deltaplanerizm, skuter sürmək və digər aktiv su istirahəti növləri ölkəmizdə geniş yayılıb.
Yaxınlaşan qızmar yay günlərinin dadını çıxarmaq üçün ən yaxşı variant vindsörfinqdir. Küləyin az qala ilboyu hakim olduğu doğma Bakıda bu idman növü üçün əlverişli şərait var. Bütün su idman növləri kimi vindsörfinqdə də idmançı özünü suyun və küləyin “ixtiyarına” verir. Üzərinə yelkən quraşdırılmış xüsusi sörfinq lövhəsi ilə idmançı dənizdə küləyin vasitəsilə hərəkət edir. Əsas şərt tarazlığı qoruyub saxlamaqdır.
16 yaşdan yuxarı, çəkisi 90 kiloqramadək və normal fiziki gücü olan hər bir kəs özünü bu idman növündə sınaya bilər. Vindsörfinq üzrə məşğələlərə qatılmaq istəyənlər Şıxov çimərliyində “Ramada” və “Mambo Beach” məkanlarına üz tutmalıdırlar. 2 saatlıq təlimdən sonra dəniz və siz baş-başa qala bilərsiniz. Qiymət bir nəfər üçün 60 manatdır. Bu qiymətə hotel xidmətlərindən faydalanmaq da daxildir (hovuz, çimərlik, geyinmə-soyunma otağı, duş, dəsmal).
Aktiv istirahətin ən əyləncəli növlərindən biri olan dayvinq zəngin flora və faunaya malik Xəzər dənizinin dibinə dalma zamanı xüsusilə maraqlı olur. İlk dalma zamanı turistlərə təlimatçının rəhbərliyi ilə tanışlıq xarakterli ekskursiya təklif olunur. Uzunmüddətli və ciddi dalmalar üçün təcrübə və təlimin olması lazımdır. Ətraflı məlumat üçün “FAIREX” assosiasiyasına, “Delfin”, “Gilavar” klublarına müraciət edə bilərsiniz.
Su İdmanı Sarayında da iyundan oktyabr ayınadək dənizdə sualtı gəzinti təşkil edilir. Qiymət şəkil və video ilə birgə 60 manatdır. Yaya qədər isə dərslər Su İdmanı Sarayında 6 metrlik hovuzda keçirilir. Qiymət 100 manatdır. 5 günlük kurs (3 gün nəzəriyyə, 2 gün təcrübə) keçənlərə beynəlxalq sertifikat verilir. Onlara yayda dənizdə 2 sualtı gəzinti pulsuz təşkil edilir. Kurs müddətində lazım olan bütün avadanlıq, çəkiliş daxil qiymət 600 manatdır.
Bundan başqa, su motosikleti (hidrosikl) və kaytserfinq yay mövsümündə dənizdə ən geniş yayılmış əyləncə vasitələrindəndir. Yayda Abşeronun və Nabranın bir çox çimərliklərində hidrosikl kirayələmək olar. Kaytserfinq həvəskarları isə Xəzərin Xızı rayonu Şuraabad qəsəbəsi sahilindəki “Blue Planet” çimərliyində özlərini sınaya bilərlər. Burada kaytserfinq məktəbi və kayt-mağaza da fəaliyyət göstərir.
Səmada aktiv istirahət
Son samanlar paraşütlə tullanma Azərbaycanda getdikcə populyarlaşır. FAIREX çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub (“Gilavar”, “RockStone”, “Ekoturist”) paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edir. Əsl adrenalin hissini yaşamaq istəyənlər üçün yamac paraşütü ilə uçuş seçimi mövcuddur. Bu idman növü ilə bağlı “AirGame Paraglading”də təlimlər keçirilir. Belə ki, bir aylıq təlimin qiyməti qrup halında 500 manat, fərdi isə 1 000 manatdır. Ödənişi nəğd şəklində və yaxud kreditlə ödəmək də mümkündür. Uçuş təlimi Pirəkəşkül, Qobustanda keçirilir. Heç bir təcrübəsi olmayan həvəskarlar isə Tandem üsulunu seçə bilərlər. Burada təcrübəli pilotla birlikdə eyni paraşütdə uça bilərsiniz. Qiyməti isə müqayisədə daha ucuzdur. Belə ki, Qırızdəhnədə (Quba) uçuş üçün 150, Beşbarmaqda (Siyəzən) isə 100 manat ödəmək lazımdır. Uçuş anı isə GoPro kamerası ilə yaddaşa köçürülür.
Hazırda Azərbaycanda ən çox turist qəbul edən rayonlardan biri Qəbələdir. Son illər ərzində turizmin sürətlə inkişaf etdiyi Qəbələdə turistlər üçün bir çox şərait yaradılıb. Qəbələnin havası və təbiət mənzərəsi buranı uçuşlar üçün əlverişli məkana çevirir. Bu məqsədlə də, əyləncə və ekstrim növü olan paraplan uçuşları təşkil olunur. Uçuşlar Tufandağdan hər gün saat 10:00-dan başlayaraq həyata keçirilir. Həm yerli, həm də xarici turistlərin maraq göstərdiyi uçuşun müddəti 10-15 dəqiqədir. Gün ərzində hava şəraitindən asılı olaraq 5-6 uçuş həyata keçirilir. Qiymətlərə gəldikdə, bir nəfər üçün uçuşun qiyməti 200 manatdır. Qiymətə kanat yolu və videoçəkiliş də daxildir.
Ətrafı quş baxışı ilə seyr etmək istəyənlərin seçimi isə paraplan və deltaplandır. “Gilavar”, “RockStone”, “Climb Club”, Qusardakı “Şahdağ” Turizm Mərkəzində də təlimatçı ilə birlikdə paraplanla uçuşlar edilir. Peşəkar təlimatçı tərəfindən idarə olunan bu idman növləri 20-30 dəqiqə uçduqdan sonra təyin olunmuş nöqtədə rahat eniş həyata keçirir.
Zirvədəki həyəcan
Hündürlükləri, zirvələri fəth etməyi sevənlər üçün dağ zirvələrinə (Kəpəz, Qızılqaya, Bazardüzü) aparan şirkətlər var. Birgünlük dağ yürüşləri 30-70 manat arası dəyişir. Qiymət məsafənin şəhərdən uzaqlığına və yemək verilib, verilməməsinə görə dəyişir. Yürüş zamanı dağ kəndlərindəki sakinlərlə ünsiyyət qurulur, kənd evlərində nahar və şam da edirlər. Kafe və restoranlara gedilməmə səbəbi isə həm turistlərin kənd həyatı ilə tanış olması, həm də kənd sakinlərinə dəstək olmaqdır.
Apardığımız sorğulara görə, zirvə yürüşlərində ən yaxşı firma “Azerbaijan Mountain Guide”dır. Yürüşlər 2-3 gün çəkir. Bu firma lazım olan bütün geyim və əşya ilə turisti təmin edir. Qiymət isə məsafə və dağda qalınacaq gün, eləcə də iştirakçı sayına görə 100-250 manat arası dəyişir.
Ölkədə bir çox yürüş marşrutları var. Bunlardan ən ekstrimi Şahdağ Milli Parkıdır. Milli Parkda turistlər üçün hərəkət marşrutları və kamp sahələri var.
Hikinq idman növü üzrə turistlərin ən çox üz tutduğu yer İsmayıllı rayonudur. Qaranohur gölünə hər həftəsonu 100-dən çox turist gedir. Gölə ən yaxın kənddən 3 saatlıq piyada yol var. Buna baxmayaraq, yüzlərlə adam gölü görməyə gəlir. Demək olar ki, hər gecə göldə 3-5 fərqli qrup çadırları qurub gecələyir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20

