“Yay məktəbi” uşaqlara nə verir?
30.06.2022 [10:24]
Valideynlər və şagirdlər narazıdırlar...
Y.BAYRAMOVA
Hər il ənənəvi olaraq Təhsil Nazirliyi tərəfindən dövlət hesabına “Yay məktəbləri” təşkil edilir. Şagirdlərin ödənişsiz cəlb edildiyi “Yay məktəbləri” əsasən tədris prosesində geridə qalmış, davamiyyətə və ya hansısa dərsə görə kəsiri olan şagirdlər üçün nəzərdə tutulur.
Qeyd edək ki, Təhsil Nazirliyi “Yay məktəbləri” layihəsini həm orta, həm də ali məktəblərdə həyata keçirir. Amma biz orta məktəblərdən danışacağıq. Dərslər başa çatdıqdan və yoldaşları istirahətə getdikdən sonra dərslərindən geri qalan şagirdlər “Yay məktəbləri”nə gəlirlər. Əlbəttə, bütün hallarda təhsil almaq çox gözəldir, amma gərək şagirdin də, valideynin də buna həvəsi, vaxtı ola. Yayın cırhacırında təşkil olunan “Yay məktəbləri” şagird və valideynlərin narazılığına səbəb olur. Müəllimlər bu dərslərdən əlavə maaş alırlar. Amma yay məktəbləri ilə bağlı müəyyən tənqidi fikirlər mövcuddur.
Yay məktəbləri şagirdlərə nə verir? 9 ay heç nə öyrənə bilməyən şagird 2 həftə ərzində nə öyrənə bilir? Ümumiyyətlə, yay məktəblərinin faydası nədir? Çox valideynlər deyir ki, bu, vaxt itkisi və əsəb gərginliyidir, bəzilərinin fikrincə isə yay məktəbləri bizdə özünü doğrultmur, nəticəsizdir, büdcədən pul silməkdən başqa bir şey deyil.
Təhsil eksperti Kamran Əsədov mövzunu “Yeni Azərbaycan”a şərh edərkən bildirib ki, “Yay məktəbləri” şagirdlər arasında idmanın inkişaf etdirilməsi, xüsusilə də müəyyən fənlərə, xarici dillərə olan marağın artırılması məqsədilə təşkil edilir. Ekspertin sözlərinə görə, “Yay məktəbləri” təşkil olunanda bir neçə vacib nüansı nəzərə almaq lazımdır ki, bunlardan birincisi yaş senzidir. Eyni zamanda, məktəblərə cəlb olunanların sağlamlıq və psixoloji vəziyyəti xüsusi nəzarətə alınmalıdır. Xaricdə “Yay məktəbləri” 8-17 yaş arası olan uşaqlar üçün nəzərdə tutulur. Uşaqlar üçün yay tətilinin təşkili, düzgün düşərgənin seçimi bir çox valideynlərin qarşısında çətinlik yaradır. Valideynlər, ilk növbədə, təhlükəsizlik axtarırlar. Əlbəttə ki, uşaqların yay tətili proqramı tam təhlükəsiz olmalıdır”.
K.Əsədov qeyd edib ki, bu məktəblər ölkə daxilində və xaricində təşkil olunur: “Ümumiyyətlə, Avropada, xüsusilə İsveçrədə ən yüksək təhlükəsizlik sistemi mövcuddur. Yay tətili ərzində hava şəraiti uşaqların müxtəlif sosial fəaliyyətlə məşğul olmasına imkan yaradır. Yay düşərgələrinin çoxu ABŞ, Kanada və Böyük Britaniyada yerləşir. Bir qayda olaraq onlar məktəb, kollec və universitetlərin nəzdində fəaliyyət göstərir. ABŞ, Kanada və Böyük Britaniya universitetlərinin çoxunun daxilində tələbə yataqxanaları mövcuddur. Uşaqların xaricdə yay tətilini keçirməsi demək olar ki, ən ideal seçimdir. Hesab edirəm ki, valideynlər övladlarının yay tətilini səmərəli, faydalı və ən əsası maraqlı keçirməsini istəyirlərsə, “Yay məktəbləri”ndə iştiraka dəstək verməlidirlər. Bu xidməti göstərən çoxsaylı mərkəzlər var və bütün qeydiyyat onlayn qaydada həyata keçirilir. Ən önəmlisi də yay tətili proqramı uşaqların sağlamlığına müsbət təsir göstərməlidir. İl boyu parta arxasında oturan şagird yay tətilini aktiv keçirməlidir. Sözsüz ki, yay tətili ərzində uşaqlar yeni biliklər qazanmalıdırlar”.
Təhsil eksperti vurğulayıb ki, pandemiya zamanı məsafədən təhsil bir çox boşluqlar yaratdığından Təhsil Nazirliyi bu boşluğu aradan qaldırmaq üçün tədbirlər həyata keçirir: “Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Yay məktəbləri”nin təşkilidir. Bəzən sosial şəbəkələrdə onun faydasız olacağı barədə şərhlərə rast gəlirik. Amma bu doğru deyil. “Yay məktəbləri”nin şagirdlərə heç bir ziyanı yoxdur. Əksinə, şagirdlərin biliyinin zənginləşdirilməsi baxımından faydası var. Üstəlik, ödənişsiz və könüllüdür. Sovet dövründə hər rayonun təhsil şöbəsinin öz düşərgəsi vardı. Rayonlarda olan bu düşərgələrdə şagirdlər yay tətili müddətində həm öyrənir, həm dincəlirdilər. Nəzərə almaq lazımdır ki, məktəbin funksiyası yalnız bilik öyrətmək deyil. Məktəblilərin şəxsiyyət kimi formalaşması, onların özlərinə dost tapması, asudə vaxtının təşkil edilməsi baxımından da məktəblərin üzərinə böyük məsuliyyət düşür. “Yay məktəbləri” uşaqların küçələrdə nəzarətsiz dolaşmasının qarşısını alır. Onları pis vərdişlərdən yayındırır. “Yay məktəbləri”nin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradacaq. Müəyyən fənlər var ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. “Yay məktəbləri”ndə həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər”.
Orta ümumtəhsil məktəblərində müəllimlər əmək müqaviləsinə əsasən, iyulun 1-dən məzuniyyətə çıxırlar və məzuniyyət müddəti 56 gündür: “İyunun 30-na qədər istər müddətli, istərsə də müddətsiz müqavilə əsasında çalışan müəllimlər məktəbdə olmalıdırlar. Həmin məktəbdə “Yay məktəbi”nin olub-olmamasından asılı olmayaraq bu, qüvvədədir. Yəni iyunun 30-na qədər heç bir müəllim məzuniyyətə çıxmır, dərs saatına görə əmək haqqı alır və əgər ona 16-30 iyunda yay məktəbi dərsi veriləcəksə, həmin müəllim bunu yerinə yetirməlidir”.
74 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov qeyd edib ki, yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir: “Yay məktəblərinin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyillərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırlar, öz təəssüratlarını yoldaşları ilə bölüşürlər, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirlər, nizam-intizama alışırlar. Bu baxımdan yay məktəblərinin olması müsbət haldır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05

