İnnovativ fəaliyyətlər dəstəklənəcək
18.10.2022 [10:27]
Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Elm Fondu publik hüquqi şəxs yaradılıb. Yeni qurum Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında yaradılıb və onun hüquqi varisidir.
Fərmanla Fondun Nizamnaməsi də təsdiqlənib. Sənəddə bildirildiyi kimi, Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyətlər həyata keçirəcək.
“Qara qızıl”ın insan kapitalına çevrilməsi
Azərbaycanın inkişafının indiki mərhələsində dövlət başçısının Fərmanı əsasında Elm Fondunun yaradılması ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasəti əks etdirir. Söhbət respublikamızda zəngin enerji resurslarından səmərəli istifadə etməklə yeni strateji inkişaf mərhələsinin tələblərinə uyğun insan kapitalının formalaşdırılması siyasətindən gedir. Dünyada neft və qaz ehtiyatları ilə zəngin olan ölkələrin sayı çoxdur. Lakin neft-qaz istismarına başlanmasından onilliklər ötsə də, həmin ölkələrin bir çoxu yüksək inkişaf səviyyəsinə çata bilməyiblər. Əksinə müqayisələr apardıqda təhsilli cəmiyyəti hədəfləyən və elm əsaslı iqtisadiyyat quran ölkələrdə yüksək inkişaf göstəriciləri qazanıldığını, sosial rifah cəmiyyətlərinin qurulduğunu müşahidə edirik. Azərbaycan da məhz ikinci qrup ölkələrin təcrübəsindən bəhrələnməyi hədəfləyib. Təbii sərvətlər əbədi deyil, nə vaxtsa tükənə bilər. İntellektual sərvətlər yaradan cəmiyyətlərdə isə yeniliklərə, müasir trendlərə daim açıq olmaq, onlara adekvatlıq nümayiş etdirmək ənənəsi formalaşır və bu davamlı prosesə çevrilir.
Müstəqillik illərində respublikamızda “qara qızıl”ın insan kapitalına çevrilməsini hədəfləyən məqsədyönlü tədbirlər görülüb. O cümlədən müvafiq Dövlət proqamları çərçivəsində Azərbaycan gənclərinə dünyanın qabaqcıl universitetlərində dövlət vəsaitləri hesabına yüksək səviyyəli təhsil almaq imkanı yaradılır. Bu gün dövlət dəstəyindən bəhrələnən gənclərimiz məhz təhsilə, elmi axtarışlara, startaplara üz tuturlar. Dövlət başçısının Fərmanı ilə Elm Fondunun yaradılması ölkəmizdə elm tutumlu layihələrə marağı artıracaq. Belə ki, Fond müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edəcək. Nizamnamədə də qeyd olunduğu kimi, təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirmək, elmi tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılmasını, elmi tədqiqatlara marağın gücləndirilməsini təmin etmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək qurumun əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Elm sahəsində beynəlxalq araşdırmaların aparılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, elmi tədbirlərin, o cümlədən elmin kütləviləşdirilməsi məqsədilə keçirilən tədbirlərin təşkili üzrə layihələrin dəstəklənməsi, yüksək elmi nailiyyətləri olan alimlərin həvəsləndirilməsi üçün onların mükafatlandırılması da daxil olmaqla tədbirlər həyata keçirmək Fondun qarşısına qoyulan əsas vəzifələr sırasında yer alır. Qrant layihələri seçilərkən onların müasir çağırışlara cavab verməsi əsas meyarlardan biri kimi qəbul olunacaq. Nizamnamədə ölkəmizin sosial-iqtisadi və elmi-mədəni inkişaf meyilləri nəzərə alınmaqla hər bir müsabiqə üzrə elmin prioritet istiqamətlərini müəyyən etmək qurumun qarşısına bir vəzifə kimi qoyulub.
İnnovativ ideyalara “yaşıl işıq”
Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, elmi fəaliyyətlə məşğul olan digər hüquqi şəxslərin, o cümlədən müasir yeniliklərin tətbiq edildiyi istehsal müəssisələrinin, habelə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərin elm sahəsində innovativ ideyalarını və fəaliyyətini dəstəkləmək Elm Fondunun əsas fəaliyyət istiqamətlərindən birini təşkil edəcək. Bu da indiki starteji mərhələdə ölkəmizin əsas prioritetləri ilə üst-üstə düşür. Yeni əsrin əvvəllərindən başlayaraq dünyada rəqəmsal texnologiyalara transformasiya prosesi start götürüb. İnnovativ həllərin həyatımıza gətirdiyi yeniliklərin miqyası kifayət qədər genişdir. Müasir transformasiyalar bütün ölkələr kimi Azərbaycanın da qarşısına yeni çağırışlar qoyub. Burada dövlətin siyasi iradəsi, insan kapitalı, zəruri fiziki və institusional infrastrukturun qurulması mühüm şərtlərdir. Deyə bilərik ki, respublikamızda Dördüncü Sənaye İnqilabına transformasiyanı şərtləndirən bütün amillər yüksək səviyyədə təmin olunub. Ölkəmizin rəqəmsal texnologiyalara keçid sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) təsis edilməsi bir daha təsdiqləyir. Artıq Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı baş tutub. Bu, MDB məkanında açılan ilk belə mərkəzdir. Bundan başqa, respublikamızın işğaldan azad edilmiş ərazilərində yeni intellektual tətbiqlər vasitəsilə “ağıllı kənd” və “ağıllı şəhər” konseptlərinə uyğun yaşayış məntəqələri yaradılır. Yeni yaradılan Elm Fondunun fəaliyyətində innovativ ideyaların və fəaliyyətlərin dəstəklənməsinin əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi ondan xəbər verir ki, Azərbaycan gələcəkdə prosesə daha intensiv xarakter vermək və belə tətbiqlərin əhatə dairəsini genişləndirmək niyyətindədir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

