Ailə institutu...
13.05.2023 [10:46]
Sağlam cəmiyyətin və güclü dövlətin təməli
Yeganə BAYRAMOVA
Öz ənənələrimizə sadiq qalanda, dədə-babalarımızın yolu ilə gedəndə daha gözəl oluruq. Yad ənənələrin xalqımızın ailə dəyərlərinə yamaq edilməsi böyük təhlükədən xəbər verir. Məlumdur ki, Azərbaycan xalqını başqa xalqlardan fərqləndirən bir sıra cəhətlər var. Hansı ki, onlara başqa xalqlarda rast gəlinmir. Bəzi məsələlər bizə görə müqəddəsdir və əsrlər boyu öz dəyərini, çəkisini qoruyur.
Azərbaycan xalqının min illər ərzində müqəddəs sayılan, heç zaman məzmun və formasını dəyişməyən ailə dəyərləri var. Bizdə genetik olaraq bir keyfiyyət formalaşıb - ailə dəyərlərinə mühafizəkar yanaşmaq. Təəssüf ki, bəzən cəmiyyətimizdə müəyyən qüvvələr eybəcər dəyərlərini yaymaqda maraqlı olurlar. Bu qüvvələr sağlam düşüncənin, ailənin, normal münasibətlərin tərəfində duran qüvvələr olmadığı üçün böyük təhlükə mənbəyi kimi narahatlıq doğurur. Əlbəttə, onların yaydığı, təbliğ etdiyi eybəcərliklər bəzi Avropa ölkələrində norma kimi qəbul edilsə də, ölkəmizdə qəbuledilməzdir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. 1994-cü ildən etibarən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Dövlət siyasətimizin prioritet istiqamətlərindən birini ailə siyasəti təşkil edir. Bu sahədə qəbul olunan dövlət proqramlarında, qanunvericilik aktlarında ailə dəyərlərinin müqəddəs olduğu vurğulanır. Azərbaycanda tarixi inkişaf yolu keçən ailə modeli mövcuddur və bu ailə modeli müasir gənclərə ən dəyərli örnəkdir.
Xalqımız ailə dəyərlərimizi qorumaqda israrlıdır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Əbülfəz Süleymanov bildirib ki, müasir Azərbaycan ailəsinin qorunması üçün ənənəvi ailə modeli gündəlik təbliğ olunmalıdır. Onun sözlərinə görə, ailə dəyərlərimizin Avropa eybəcərliklərindən qorunması üçün dövlətimiz mühüm işlər görür. Sosioloq qeyd edib ki, bu gün də xalqımızın əsas hissəsi milli adət-ənənəyə, ülviliyə söykənən ailə dəyərlərimizi qorumaqda israrlıdır: “Azərbaycanlılar ailəyə yad nəfəsin toxunmasının hər zaman əleyhinə olub. Xalqımız durduqca ailənin mühafizəsi məsələsi də öz aktuallığını qoruyacaq. Zəngin keçmişə malik Azərbaycan xalqının tarixi qədər qədim dəyərləri də var. Bu dəyərlərə hər zaman sadiq olan xalqımız onları müqəddəs bilib. Vətənə, torpağa, ailəyə, böyüklərə, valideynlərimizə olan sevgimiz məhz buradan qaynaqlanır. Ailə - bu ali söz özündə çox böyük bir mənanı, hadisəni birləşdirir. Mənəvi-emosional hisslər əsasında birləşən insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir”.
Ailə institutumuz möhkəm və sağlamdır
Ə.Süleymanovun fikrincə, ailənin gücü, cazibəsi və mahiyyəti onun sosial birlik, kiçik sosial qrup və sosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Çünki ailə cəmiyyətimizin gələcək fərdinin formalaşdığı mühitdir. Belə ki, bu mühit nə qədər sağlam və möhkəmdirsə, cəmiyyətimiz bir o qədər yenilməz olar: “Sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri, mədəni və estetik kriteriyaları özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır. Ailə dəyərlərimiz, ailə institutumuz bu gün də, əvvəlki illərdə olduğu kimi, möhkəm və sağlamdır. Azərbaycanda ənənəvi ailə institutunun daha da inkişaf etməsi, formalaşması, gənc ailələr arasında təbliğ olunmasında azərbaycançılıq prinsiplərinə üstünlük verilməlidir. Yurdunu, vətənini, xalqını, genetik yaddaşını sevən adam, onun qorunmasını istəyən şəxs mütləq ənənəvi ailə modelindən uzaqlaşmayacaq. Sağlam təməl üzərində qurulmayan ailə nə dövlətə, nə də xalqa bir fayda verə bilir. Ailə sağlam olmalıdır ki, onun ərsəyə gətirdiyi övladlar da dövlətə sədaqətlə xidmət edə bilsin. Qloballaşma, həmçinin inteqrasiya proseslərinin geniş, həm də sürətlə vüsət aldığı bir zamanda dəyərlərin dəyişməsi, formadan-formaya keçməsi getdikcə aktuallaşır. Dünyanın bir parçası olan Azərbaycan xarici vətəndaşların sıx-sıx gəlib getdiyi bir ölkədir. Təbii ki, başqa ölkələrdən gələn insanlar özlərilə müxtəlif xarakterlər, zərərli vərdişlər də gətirə bilir. Bu da sözsüz ki, bizim ailə prinsiplərilə kökündən ziddiyyət təşkil edən haldır. Bəzən görürsən ki, hansısa bir xarici vətəndaş bizim üçün xarakterik olmayan nəyinsə təbliğatını aparmağa cəhd göstərir. Bu məsələ dövləti də, mütəxəssisləri də ciddi narahat edir. Dövlətin bu istiqamətdə apardığı məqsədyönlü siyasət ailələrimizi Avropanın, Qərbin zərərli, eybəcər təsirlərindən qorumağa yönəlib”.
Başqa xalqlara və dövlətlərə örnək
Sosioloq qeyd edib ki, Azərbaycanın milli ailə dəyərləri, ailə institutu başqa xalqlara və dövlətlərə bir örnək modeli kimi təqdim edilməlidir: “Azərbaycan xalqı bütün əsrlərdə ailə dəyərlərinə sahib çıxmağı bacarıb. Bu da onunla bağlıdır ki, əsası əcdadlarımız tərəfindən qoyulan ailə institutunun təməli möhkəmdir”.
Göründüyü kimi, dövlətimiz Azərbaycan ailəsinin zərərli xarici təsirlərdən qorunmasını təmin edən güclü siyasət həyata keçirir. Bu siyasətin təməl prinsipləri isə azərbaycançılıqla, dəyərlərimizlə sıx bağlıdır.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

