“Bolt”, “Uber” bağlanır?
10.06.2023 [10:15]
Xarici şirkətlərin monopoliyasında qalan taksi bazarı
Mütəxəssislərin qənaətinə görə, bu sahədə cəmiyyətimizin ab-havasını, adət-ənənələrimizi, mental dəyərlərimizi yaxşı bilən milli şirkətlər daha çox uğur qazana bilərlər
Bu gün paytaxt Bakıda və respublikanın əksər iri şəhərlərində taksi bolluğu var, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Vətəndaşlara taksi xidməti göstərmək şəxsi minik avtomobili olan hər kəs üçün əlçatan olub. Prinsip belədir: Operator şirkətlərin tətbiqlərini yüklə və taksi bazarına daxil ol! Bu qədər sadə və asan. Təbii ki, bu bolluqda qiymətlər də ümumi istehlak bazarı ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Lakin təəssüf doğuran haldır ki, taksi bazarındakı bolluq və qiymətlərin aşağı olması müştəri məmnunluğu yaratmır. Rəqabət mühiti olsa da, bu, özünü keyfiyyətin yüksəlməsində hiss etdirmir.
Sürücülər də, vətəndaşlar da, rəsmi qurumlar da şikayətlənirlər
Narahatlıq yaradan amillər kifayət qədər çoxdur. Bunu həm sürücülər və taksi xidmətindən istifadə edən vətəndaşlar, həm də müvafiq dövlət qurumlarının rəsmiləri bildirirlər. Vətəndaşlar avtomobillərin köhnə və nasaz olmasından, salonlardakı natəmizlikdən, sürücülük mədəniyyətinin aşağı səviyyədə olmasından, bir sıra hallarda operatorlarla onlayn qaydada müəyyənləşdirilən gediş şərtlərinin sürücülər tərəfindən pozulmasından şikayətçidirlər.
Vətəndaşlar sürücülərdən narazılıq etdikləri kimi, sonuncular da operator şirkətlərindən gileylənirlər. Onlarda narazılıq yaradan əsas məsələlərdən biri operatorların aldıqları komissiyanın yüksək olmasıdır. Operatorlarla sürücülər arasında işbirliyinin mexanizmi aşağıdakı kimidir: Operator qismində çıxış edən şirkətlər taksi fəaliyyəti ilə məşğul olan sürücülərə müştəri təqdim edir və bunun müqabilində onlardan müəyyən komissiya alırlar. Sürücülərin bildirdiyinə görə, həmin komissiya müştəriyə bəyan olunan ümumi gediş haqqının15-20 faizinə çatır. Halbuki əksər ölkələrdə komissiya məbləği ümumi gediş haqqının 10 faizindən yuxarı olmur. Belə qənaət hasil olur ki, operatorlar taksi fəaliyyətindən daha çox sürücülərin istismar edilməsi ilə məşğul olurlar. Sürücülərin bildirdiyinə görə, operatorların qiymətləri “cəlbedici” etmələri də onların mənafeyinə ziddir. Sürücülər ağır və uzun iş günündən sonra gəlirlərinin cüzi rəqəmlə ölçüldüyünü bildirirlər.
Sürücüləri narazı salan digər mühüm məsələ əksər operatorların onlarla əmək müqaviləsi bağlamağa maraq göstərməmələridir. Hazırda ölkəmizdə şəffaflıq artırılır, neqativ hallara qarşı ciddi mübarizə aparılır. O cümlədən də kölgə iqtisadiyyatının əhatə dairəsi getdikcə kiçilir. İqtisadiyyatın “ağardılmasında”, həmçinin vətəndaşların hüquqlarının təmin olunmasında əmək müqavilələrinin bağlanmasının mühüm rolu var. Bu, həm də gələcəkdə vətəndaşların pensiya təminatı üçün vacib şərtdir. Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən etibarən fərdi yığım əsaslı pensiya təminatı sisteminə keçid edilib. Bu gün əmək müqaviləsi olmadan çalışan vətəndaşlarımız sabah pensiyaya çıxmaq vaxtı çatanda çıxılmaz vəziyyətdə qalacaqlar. Çünki onların fərdi hesablarında tələb olunan qədər sığorta məbləği olmayacaq.
Taksi bazarındakı narazılıq yaradan məqamları, həmçinin rəsmi dövlət qurumlarının təmsilçiləri də etiraf edirlər. “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 400-dən artıq taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı cərimələr tətbiq olunub: “Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Əsas diqqət ona yönəlib ki, nəqliyyat təsərrüfatında taksilərlə bağlı vətəndaş məmnunluğu təmin edilsin. Aidiyyəti dövlət qurumları ilə birgə kompleks işlər davam etdirilir”.
Xarici şirkətlər milli qanunvericiliyi pozurlar
Azərbaycanda optimal biznes mühiti yaradılıb, investisiya cəlbediciliyi yüksəkdir. Bütün bu kimi məqamlar, eləcə də taksi xidmətində gəlirliliyin yüksək olması xarici operator şirkətlərinin diqqətindən yayınmayıb. Bu gün ölkəmizdə taksi bazarında xarici şirkətlər hegemonluq edirlər, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Son olaraq Azərbaycanın taksi bazarında “Ukraynanın “Uklon Umico” şirkəti fəaliyyətə başlayıb. Beləliklə , Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb. Bunlar “Uber”, “Bolt”, “Yango”, “Maxim”, “Uklon Umico” kimi şirkətlərdir.
Ölkəmizin taksi bazarında özünə yer edən operatorların narazılıqlara yol açan fəaliyyətlərinin bəzi məqamlarından söhbət açdıq. Daha bir neqativ məqam isə daha təhlükəlidir. Söhbət Azərbaycan vətəndaşları ilə bağlı məlumatların ölkə hüdudlarından kənara sızdırılması ehtimallarından gedir. Mütəxəssislərin qənaətinə görə bir sıra anti-Azərbaycan dairələr belə məlumatları əldə etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bununla bağlı çoxsaylı faktlar da aşkarlanıb. Anti-Azərbaycan dairələrin xarici taksi şirkətləri ilə müəyyən işbirliyinə qoşulması riskləri də kifayət qədər böyükdür. Mövcud qanunvericiliyin pozulması buna imkan yaradır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə xüsusi olaraq vurğulanıb ki, əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
Azərbaycanın rəsmi dövlət qurumu taksi bazarında fəaliyyət göstərən xarici şirkətlərin məlumat bazasının ölkəmizin hüdudlarından kənarda yerləşməsindən, beləliklə də milli qanunvericiliyin tələblərinin pozulmasından narahatlıq ifadə edib. Bu sahədə mütləq qayda yaradılmalıdır. Azərbaycanın optimal biznes mühiti heç bir halda milli maraqlarımıza təhdid yarada biləcək poliqona çevrilməməlidir. Belə özbaşınalığın qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Qurum rəsmiləri bildiriblər ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
“Qlobal şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması müsbət haldır - o vaxta qədər ki, bu şirkətlər ölkəmizin qanunlarına, vətəndaşlarımızın hüquqlarına hörmətlə yanaşırlar”. Bunu yerli KİV-ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Fikirlərinə davam edən nazir vurğulayıb: “Azərbaycanda bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də xidmətlərin elektronlaşdırılması müsbət qarşılanır. Bu baxımdan, bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması bazarda rəqabətin yaranması, müştərilərə təqdim olunan xidmətlərin elektronlaşdırılması baxımından müsbət qiymətləndirilə bilər. Lakin əfsuslar olsun ki, zaman keçdikcə taksi xidmətləri sahəsində problemlər üzə çıxmağa başladı”.
Qurum rəhbərinin sözlərinə görə, bu sahədə qlobal aqreqator şirkətlər, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynayıb. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açırlar.
Bu gün ölkənin taksi bazarında milli şirkətin görünməməsi təəssüf doğurur. Bilirik ki, bir sıra istiqamətlər üzrə ixtisaslaşan Azərbaycan şirkətləri hətta xarici ölkələrdə belə genişmiqyaslı investisiya fəaliyyəti həyata keçirərək nailiyyətlər qazanıblar. Bəs taksi bazarı yerli investorlar tərəfindən niyə unudulur? Mütəxəssislərin qənaətinə görə, bu sahədə cəmiyyətimizin ab-havasını, adət-ənənələrimizi, mental dəyərlərimizi yaxşı bilən milli şirkətlər daha çox uğur qazana bilərlər.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

