Dənizdə boğulma hadisələri artır, niyə insanlar nəticə çıxarmırlar?
12.07.2023 [12:25]
M.BAYRAMLI
“Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb”, “Mərdəkanda batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub”, “Göygöldə süni göldə batmış şəxs üç gündür tapılmır”, “Bakı bulvarında batmaq üzrə olan qadın xilas edilib"...
Boğulma halları ilə bağlı bu kimi xəbərlər çimərlik mövsümü başlayandan medianın gündəmindən düşmür. Son 10 gün mediada yayılan xəbərlərin statistikasına nəzər salsaq, 7 boğulma hadisəsi baş verib, 15 nəfər isə xilas edilib.
Hava küləkli olsa da...
Məlum olduğu kimi, ölkəmizdə çimərlik mövsümü hər il iyun ayının 15-dən başlayır. 2 ay yarım ərzində vətəndaşlara daha yaxşı xidmət məqsədilə mövsümün əvvəlində çimərliklərdə dəniz suyunun monitorinqi aparılır, sahillər tullantılardan təmizlənir və təhlükəsizlik tədbirləri görülür. Əfsuslar olsun ki, hər kəsin səbirsizliklə gözlədiyi çimərlik mövsümü istirahət ilə yanaşı, bəzən fəlakətlərə də yol açır. Bunun ən başlıca səbəbi isə təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsidir. Son günlər ölkədə hava şəraiti küləkli keçir. Ekspertlər bu cür havada çimərliyə getməyin çox təhlükəli olduğunu bildirirlər. Buna baxmayaraq, hələ də dənizə gedənlər var. Dünən batma təhlükəsi ilə üzləşən daha 5 nəfərin xilas olunması bir daha bu acı gerçəyi ortaya qoyur.
Hansı zəruri tədbirlər görülür?
Dənizdə və digər su hövzələrində boğulma hadisələri hansı səbəblərdən baş verir? Vətəndaşlar hansı təhlükəsizlik qaydalarına əməl etməlidir? Məsələ ilə bağlı yeniazerbaycan.com-a açıqlama verən FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyir ki, insanların təhlükəziliyini təmin etmək üçün qurum tərəfindən hər il zəruri təhlükəsizlik tədbirləri görülür. Bu il də monitorinqlər nəticəsində yararsız çimərliklər müəyyən edilib, çimərlik operatorlarına təhlükəsizlik qaydalarını özündə əks etdirən bildirişlər təqdim olunub, eləcə də xilasetmə məntəqələri qurulub: “İDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ümumi altı çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, təmizləmə işləri həyata keçirilib. Bundan başqa, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulub və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılıb. Xidmətin balansında olan xilasetmə texnikaları və vasitələr, o cümlədən dalğıc əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib”.
49 nəfər xilas edilib
Bir sözlə, iyunun 15-dən etibarən xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Statistikaya görə, sözügedən tarixdən bu günə kimi suda batma təhlükəsi ilə üzləşən 49 nəfər xilas olunub. FHN rəsmisi qurum tərəfindən nəzarət edilən çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsinin qeydə alınmadığın vurğulayıb.
“Hər zaman vətəndaşlara diqqətli olmağa çağırırıq. Əgər çimərliklərdə xilasedicilər yoxdursa, xilasetmə texnikaları mövcud deyilsə, deməli, orada təhlükəsizlik tədbirləri görülməyib. Bu kimi ərazilərdən uzaq durulmalıdır. Nəzarət olunan çimərliklərdən istifadə edilməli, eyni zamanda, tətbiq olunan qaydalara riayət olunmalıdır”, - deyə A.Əlili söyləyib.
13 yaşınadək uşaqları nəzarətsiz qoymayın!
A.Əlili onu da vurğulayıb ki, nəzarət olunan çimərliklərdə isə küləkli havada, dalğalı dənizdə suya girmək, üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya daxil olmaq qadağandır: “Eləcə də günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq həyat üçün təhlükəlidir. Çimərliklərdə təhlükəsiz istirahət saat 09:00-dan 20:00-dəkdir. Ən önəmlisi, çimərliklərdə uşaqlar yalnız böyüklərin müşayiəti ilə istirahət etməli və 13 yaşınadək uşaqlar nəzarətsiz qoyulmamalıdır. Son günlərdə çimərlik ərazilərində uşaqların itməsilə bağlı narahatlıqlar da yaranıb. Sevindirici haldır ki, uşaqların hər biri sağ-salamat tapılıb ailələrinə təhvil verilib. Lakin valideynlərə daha diqqətli olmağa çağırıram”.
Mütəxəssis həmçinin vətəndaşları bölgələrdə suvarma kanalları, süni göllər, çaylarda çimməkdən imtina etməyə çağırıb və bildirib ki, həmin su obyektləri çimmək üçün deyil, suvarma üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

