Affekt vəziyyəti nədir?
30.08.2023 [11:44]
Psixoloji və hüquqi məqamlar...
Yeganə BAYRAMOVA
Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn və “affekt” adlandırılan psixoloji hal var. Affekt insanlarda qəflətən yaranan güclü, qısamüddətli, emosional haldır. Bu hal kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətli cərəyan edən hisslərdir. İnsanın affekt halı bəzi hallarda onun fəaliyyətinə pozucu təsir göstərir. Çünki belə vəziyyətdə insan şüuru və danışığı üzərində nəzarəti itirir. Nəticədə insanın beynində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanıq sahələrdə ləngimə baş verir. Bu səbəbdən də affekt vəziyyətində insanlar nə dediklərini, necə hərəkət etdiklərini bilmirlər.
Affekt zamanı insan orqanizminin bütün normal fəaliyyəti, xüsusilə də təfəkkür və nitqin fəaliyyəti pozulur, ixtiyarı diqqət zəifləyir, əlin, bədənin əsməsi müşayiət olunur. Orqanizmin tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir. Bütün bu dəyişiklik affekt vəziyyətinin tam şərtləşdiyi zaman baş verir. Affekt halı söndükdən sonra isə insanlarda əzginlik, yorğunluq əlamətləri özünü göstərir.
Fizioloji və patoloji affekt...
Psixoloq Gülnar Orucovanın “Yeni Azərbaycan”a açıqlamasına görə, affekt halı fizioloji və patoloji olmaqla 2 növə ayrılır: “Fizioloji affekt yaşanan ani duyğu dəyişimi, qəzəb, stress, qorxu, həyəcan anlarında hər insanın başına gələ bilir və xəstəlik tərkibi daşımır. Bu zaman insan atdığı addımın fərqində olur, lakin, idarəetmə qabiliyyəti zəifləyir. Bunun səbəbi zorakılıq, təhqir, real təhlükəyə qarşı yaranan müdafiə mexanizmi və ya insanın fərdi psixoloji xüsusiyyətləri, yorğunluq və yuxusuzluq halları ola bilər.
Patoloji affekt isə tərkibi etibarilə daha qəliz və mürəkkəbdir. Bu növ xəstəlik hesab edilir və ağır travmalar nəticəsində yaranır. Belə hal insanın ixtiyarsız şəkildə özünə ya qarşısındakı insana zərər verməsi ilə səciyyələnir. Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir və insanın yuxuya getməsi ilə sona çatır”.
Psixoloq əlavə edib ki, patoloji affekt halından əziyyət çəkən insanlar oyandıqdan sonra törətdikləri əməlləri xatırlamırlar.
3 həftə boyunca müşahidə edirlər
G.Orucova qeyd edib ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyini müəyyənləşdirmək sadə, hər kəsin kənardan baxıb deyə biləcəyi məsələ deyil: “Bu, məhkəmə-psixiatriya ekspertizasının işidir. Cinayəti anlaqlı, yoxsa anlaqsız vəziyyətdə törətdiyini müəyyənləşdirmək üçün həmin şəxsi ambulator, stasionar ekspertizadan keçirirlər. Dəqiq ekspertiza üçün həmin şəxsi klinikada yatırırlar, ən azı 3 həftə boyunca müşahidə edirlər. Yəni cinayət törədən şəxsin həmin anda affekt vəziyyətində olub-olmadığı qərarının verilməsi uzun müşahidələr nəticəsində olur. Bu sahədə ixtisaslaşmış ekspertlər qərar verirlər. Cinayət törədib sonra peşman olmaq affekt vəziyyətinin göstəricisi deyil. Bunların xüsusi əlaqəsi yoxdur”.
Sağlam psixoloji durumu olanlar da...
Psixoloqun sözlərinə görə, affekt vəziyyətinə yalnız psixoloji problemi olan şəxslər düşmürlər: “Affekt vəziyyətinə düşmək üçün adamın əvvəldən psixoloji problemlərinin olması vacib deyil. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər”.
Affekt vəziyyətində törədilən cinayətlər
Adətən cinayət törədənlər “Özümdə olmamışam”, “Hadisə vaxtı affekt vəziyyətində idim” kimi ifadələr səsləndirirlər. Bu ifadələr cinayət törədənlərin özlərinə haqq qazandırmağa çalışmasıdır, yoxsa həqiqətən dedikləri kimidir? Affekt vəziyyətində cinayət törətmək məsuliyyətdən azad edirmi?
Hüquqşünas Nadir Məmmədov ilk olaraq hansı halların Cinayət Məcəlləsində affekt vəziyyətdə baş verən cinayət kimi qiymətləndirildiyindən danışıb: “Güclü ruhi həyəcan vəziyyətində baş verən cinayət qəfil baş verməlidir. Cinayəti törədən adamın zərərçəkmiş şəxs tərəfindən güclü ruhi həyəcan vəziyyətinə çatması üçün nə isə bir hal-təhqir, şiddət və s. olmalıdır. Qətl zamanı silah qismində istifadə etdiyi əşya isə əlinə qəfil keçməlidir. Qonşu otaqdan bıçağı götürüb gəlmək belə affekt hal sayılmır. Əl altında daş, bıçaq, hər hansı əşya varsa, onlardan istifadə edilərək cinayət törədilibsə, burda affekt halın olub-olmadığına baxılmalıdır. Məsələn, biri həyat yoldaşının xəyanəti ilə üzləşir və bir dəqiqənin içində cinayət baş verir. Bunlar affekt vəziyyətində törədilən cinayətə misal ola bilər. 2021-ci ildə həyat yoldaşını polis şöbəsində qətlə yetirən polis var idi. Polis əməkdaşı şöbəyə əvvəlcədən hazırlıqlı gəlmişdi, üstündə silahı var idi və bu, affekt vəziyyətində törədilən cinayət sayılmır”.
2 ilədək islah işləri və...
N.Məmmədov bildirib ki, Cinayət Məcəlləsinin 122-ci maddəsində qeyd edilir: “Güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adamöldürmə zamanı şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İki və ya daha çox şəxsi qəsdən öldürmə zamanı isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Hüquqşünasın sözlərinə görə, sui-istifadə hallarını nəzərə alaraq, Azərbaycanın məhkəmə proseslərində affekt vəziyyətinə görə cinayətin qiymətləndirilməsi, praktiki olaraq tətbiq edilmir. Cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyi psixoloji ekspertiza nəticəsində müəyyənləşdirilir. Mütləq psixoloqun rəyi olmalıdır ki, vətəndaş filan hallarda güclü ruhi həyəcan vəziyyətində olub və bu cinayəti törədib”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30

