11 oktyabr Beynəlxalq Qızlar Günüdür
11.10.2023 [11:42]
Deyirlər, oğlan düşmən çəpəridirsə, qız evin yaraşığıdır, yaxud qız övladı valideynə xüsusi hədiyyədir...
Onlar bizə ən gözəl hədiyyədir
Qızlarımızın təhsilə gəlməsinin Şərqin ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin böyük rolunun olduğunu hamı bilir. Belə ki, ötən əsrin əvvəllərində qızlarımızın savadsızlığı ucbatından ailələrin dayaqları zəifləyir, qızlar cəmiyyətdə mövqe tuta bilmirdilər. Həmin dövrlərdə xarici ölkələrdə oxumağa üz tutan azərbaycanlı oğlanlar bizim qızları bəyənməyib əcnəbi qadınlarla ailə qururdular ki, bunun da millət üçün faydası olmurdu. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu yaxşı bilən Hacı Zeynalabdin Tağıyev bu barədə müdrikcəsinə düşünürdü. “Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam” - deyib məqsədinə doğru gedirdi.
Şərq dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək xalqa müraciət etdi: “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, öz-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz”. Məhz bu müraciətdən sonra Azərbaycanda ilk qızlar məktəbi yaradıldı və qızlarımız savad almaqla yanaşı, həm də ailə işlərinin düzgün məcraya yönəldilməsi ilə biliklərə yiyələnməyə başladılar...
2011-ci ilin dekabr ayında BMT Baş Assambleyası Türkiyənin təklifi ilə 11 oktyabrın “Beynəlxalq Qızlar Günü” elan edilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. İlk dəfə 2012-ci il oktyabrın 11-də qeyd olunmağa başlayan “Beynəlxalq Qızlar Günü”nün bu gün 11-ci ildönümüdür.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir. Qız uşaqlarının üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarının qarşısının alınması, haqlarının müdafiə edilməsi və onlara səlahiyyət verilməsi bəşəriyyətin inkişafı üçün vacibdir.
“Beynəlxalq Qızlar Günü”nün qeyd olunduğu son 11 ildə hökumətlər, siyasətçilər və geniş ictimaiyyət arasında qızlar üçün vacib olan məsələlərə diqqət artıb. Hazırda qızların qlobal səhnədə səslərini eşitdirmələri üçün daha çox imkanları var. Bununla belə, qızların üzləşdiyi çoxsaylı problemlər bitmək bilmir. Beynəlxalq ekspertlər deyirlər ki, dünyada gedən bir sıra proseslər qızların həyatında silinməz izlər qoyur: qızlar məktəbdən yayındırılır, erkən yaşda ərə verilir, insan alverinə məruz qalırlar. Onlar dünyanın bir çox yerlərində hər gün diskriminasiyaya və ayrı-seçkiliyə məruz qalırlar.
Qadın və qızların hüquqlarına çağırış ilk dəfə 1995-ci ildə Pekində keçirilən Qadınlar üzrə Ümumdünya Konfransında Pekin Bəyannaməsi ilə əldə edilib. Bu, dünya tarixində yeniyetmə qızların üzləşdiyi problemlərin həllinə ehtiyacı müəyyən edən ilk plan idi.
Azərbaycanda uşaqlar, xüsusilə də qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait mövcuddur. Bu gün Prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması və uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılmasına əsaslanan ciddi işlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu günün əsas devizi və çağırışlarına uyğun olaraq müxtəlif layihələr reallaşdırır. Ölkəmizdə erkən nikahların, təhsildən yayınma, qızlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması məqsədi ilə bir sıra sistemli işlər həyata keçirilir.
Qızlarımızı geridə qoymayaq, onlara dəyər verək. “Tək əldən səs çıxmaz!” deyib ətrafımızda olan haqsızlıqlara susmayaq. Unutmayın, hər kəs istədiyi hər şeyi dəyişdirə bilər. İstəsək, tək bir əldən də səs çıxara bilərik.
Bu gün bir daha anlayaq ki, qadınların cəmiyyətimizdə dəyəri əvəzlunmazdır. Gələcək nəsillərimizin taleyini müəyyənləşdirən qadınları güclü yetişdirək ki, güclü gələcəyimiz olsun!
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

