Yeni təhlükə!
22.11.2023 [11:25]
Məktəblərdə “Hepatit A” virusu yayılır...
Y.SAHİB
Ölkəmizdə və dünyada yoluxucu xəstəliklər daim olub. Bu xəstəliklər bəzən bir çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Ümumi yoluxucu xəstəliklərdən biri də “Hepatit A” xəstəliyidir.
Yeri gəlmişkən, ötən günlərdə Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanıb. Onların “Hepatit A” virusuna yoluxduğu bildirilib. Son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə Mərkəzi Şəhər Xəstəxanasından 6 nəfər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.
Qeyd edək ki, “Hepatit A” adətən çirkli əl, çirkli və çiy su, eləcə də gigiyenik qaydalara ciddi əməl etməməkdən yayılır. Virusdan qorunmağın yeganə yolu gigiyenik qaydalara əməl etməkdir.
“Hepatit A” nədən yaranır?
Mövzu barədə “Yeni Azərbaycan”a danışan hepatoloq-infeksionist Mərdan Əliyev bildirib ki, “Hepatit A” qaraciyər infeksiyası ilə xarakterizə olunur. Onun sözlərinə görə, gigiyena yoluxucu xəstəliklərdən qorunmaq üçün çox vacibdir. Həmçinin, peyvəndlə “Hepatit A” xəstəliyindən qorunmaq mümkündür.
İnfeksionist qeyd edib ki, Hepatit A virusu bir növ RNT virusudur: “Bu virus qaraciyərdə infeksiyaya və sarılığa səbəb olur. “Hepatit A” xəstəliyi eyni adlı virusun insan orqanizminə daxil olması nəticəsində yaranan xəstəlikdir. Qaraciyərdə iltihablı bir vəziyyət meydana gəlir. Nəcislə keçən xəstəlik olduğundan natəmiz yerlərdə qida və içki qəbul edən insanlara keçmə ehtimalı yüksəkdir. Nəticədə müxtəlif simptomlar meydana çıxır. Bu simptomlar əsasən yüngül olsa da, bəzən ciddi qaraciyər problemlərinə və ölümə qədər irəliləyə bilər.
“Hepatit A” xəstəliyinin əlamətləri olan insanlar dərhal müayinədən keçməlidirlər. Klinik tapıntılar və qan testləri nəticəsində qəti diaqnoz qoyula bilər. Xəstəliyi müalicə etmək mümkün deyil. Ancaq insanı narahat edən əlamətlər müxtəlif dərmanlarla aradan qaldırıla və xəstəlik yüngülləşə bilər”.
Hepatit A necə ötürülür?
Həkimin sözlərinə görə, “Hepatit A” xəstəliyi insandan insana “Hepatit A” virusu ilə təmas nəticəsində ötürülür: “Xəstənin nəcisi ilə təmasda olmaq, onun hazırladığı yeməkləri yemək çox risklidir. Bəzi qidaları çiy və ya az bişmiş istehlak etmək də risk yaradır”.
“Hepatit A” necə müalicə olunur?
M.Əliyev qeyd edib ki, “Hepatit A” üçün xüsusi müalicə və ya dərman yoxdur: “Virusla təmasdan əvvəl peyvənd olunarsa, ömürlük xəstəlikdən qorunmaq mümkündür. Amma yoluxduqdan sonra müalicə ilə virusu bədəndən çıxarmaq mümkün deyil. “Hepatit A” virusunun səbəb olduğu qaraciyər infeksiyası nəticəsində bədəndə meydana gələn simptomlar müalicə edilə bilər. Qızdırma, halsızlıq, yorğunluq kimi əlamətlərə qarşı həkimin təyin etdiyi müalicə üsullarından istifadə edilir. Nəticədə virus zamanla təsirini itirir və simptomlar yox olur”.
“Hepatit A”nın əlamətləri hansılardır?
İnfeksionist vurğulayıb ki, “Hepatit A” xəstəliyi uşaqlarda bir çox simptomlara səbəb olmasa da, böyüklərdə ciddi təsirlər göstərə bilər: “Başqa heç bir xəstəliyi olmayan sağlam və yetkin fərdlərdə bu xəstəlik yüngül simptomlarla aradan qaldırılır. Lakin risk qrupunda olan insanlarda xəstəliyin əlamətləri daha ciddidir. Xəstəliyin əlamətləri bunlardır: yorğunluq, zəiflik, oynaq ağrıları, qızdırma, ishal, mədə narahatlığı, ürəkbulanma, qusma, gözlərin və dərinin saralması, sidiyin tünd rəngi, nəcisin ağımtıl rəngdə olması”.
Risk altında olan insanlar kimlərdir?
Həkim bildirib ki, “Hepatit A”nın simptomları ümumiyyətlə yüngül olsa da, bəzi risk qruplarında xəstəlik ciddi mənfi nəticələrə səbəb ola bilər. Yüksək risk altında olan insanlar-qaraciyər xəstəliyi olanlar, “Hepatit B”, “Hepatit C” və ya “Hepatit D” olanlar, qanaxma və laxtalanma pozğunluğu olanlar, QİÇS xəstələridir.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

