“Risk xəritəsi”, yoxsa siyasi qruplaşdırma...
16.01.2024 [11:54]
Ölkəmizdəki dayanıqlı sabitlik səyahətçilər üçün güclü təhlükəsizlik deməkdir
Elbrus Cəfərli
“A3M” beynəlxalq monitorinq şirkəti turistlərin səyahətləri üzrə “2024 Risk Xəritəsi” yayımlayıb. Sənəddə ölkələr “çox yüksək risk”, “yüksək risk”, “artan risk”, “kiçik risk” və “aşağı riskli ölkələr” kateqoriyaları üzrə beş qrupda təsnifləşdirilib. Risk xəritəsində Azərbaycan “artan risk” ölkələri qrupuna daxil edilib. Həmin kateqoriyada ölkəmizlə yanaşı, Türkiyə, Orta Asiya ölkələri, Çin, Hindistan, Tunis və Misirin bir hissəsi, Gürcüstan, Ermənistan və Braziliya kimi ölkələr də daxil edilib.
Sözsüz ki, hesabatın qəzərlidir və reallığı əks etdirmir. Ötən dövrlərdə də belə saxta və şablon rəy hesabatlarına rast gəlmişik. Xüsusilə də, müxtəlif beynəlxalq tədbirlər zamanı bu cür tendensiyalara rast gəlinib. Ancaq Azərbaycan özünün nümunəvi təşkilatçılığı ilə ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri və konfransları təhlükəsiz şəraitdə başa çatdırmaqla sabitlik və təhlükəsizlik məkanı olmasını təsdiqləyib. “Eurovision” musiqi yarışması, Formula-1 yarışları, Birinci Avropa Oyunları, Avropa Futbol Çempionatının yarımfinalı, Beynəlxalq Şahmat Çempionatı, İslam Həmrəyliyi Oyunları, Bakının ev sahibliyi etdiyi saysız sammitlər, konfrans və simpoziumlar, digər beynəlxalq tədbirlərin təşkili məhz təhlükəsizlik göstəricisinə və sabitliyə görə, müəyyən edilib. Azərbaycan bu işin öhdəsindən layiqincə gəlməklə dünyada örnəkverici statusunu nümayiş etdirib.
Fakt budur ki, Azərbaycanda xaos və qeyri-stabilliyə 1993-cü ildə stop qoyulub, 20 ildən artıqdır ki, Azərbaycanda siyasi-hərbi qeyri-stabillik yaratmaq istəyən xarici qüvvələr bunun məntiqsiz olduğunu başa düşərək bu xülyadan əl çəkib səmti başqa istiqamət yönəldiblər. Azərbaycana qarşı sadəcə bu cür kağız üzərində saxta hesabatlar hazırlamaqla gözdənsalıcı, ancaq inandırıcı olmayan kampaniya davam edir.
Azərbaycanda mövcud ictimai-siyasi sabitlik, dərin və etibarlı təhlükəsizlik mühiti ölkəyə gələn bütün əcnəbilərin, o cümlədən turistlərin 100 faiz təhlükəsizliyinin təmin edilməsinə zəmanət verir və neçə illərdir ki, Azərbaycanın yaxın qonşu ölkələrində və digər ətraf bölgələrdə baş verən ağır müharibələrə baxmayaraq, turizm üçün heç bir risk olmayıb. Rusiya və Ukrayna arasında baş verən 2 ilə yaxın müharibə dövründə belə Azərbaycana turist axını səngiməyib, əksinə artıb. Bu dinamika 2023-cü ildə də özünü qabarıq şəkildə göstərməkdədir.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1 milyon 900 minə yaxın turist gəlib ki, bu da 2022-ci illə müqayisədə 30 faiz artım deməkdir. Yəni, son bir il ərzində planetin yaxın regionlarında müharibə risklərinin alovlandığı dövrlərdə Azərbaycana əvvəlki ilə nisbətən 500 mindən çox qonaq səfər edib. Bu, birbaşa dərin siyasi sabitlik əmsalının göstəricisidir. Ölkəmizə gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 18 faizi Türkiyə, 7,9 faizi İran, 5,3 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri və s. ölkə vətəndaşlarıdır.
Məsələ ondadır ki, Azərbaycana gələn turistlərin sayındakı artımda Avropa ölkələrinin vətəndaşlarının sayı da yüksəlməkdədir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Polşadan gələn turistlərin sayı 1,9 dəfə, İtaliyadan 1,6 dəfə, İspaniyadan 1,5 dəfə, Moldovadan 1,5 dəfə, Fransadan 26,4 faiz, Niderlanddan 25,9 faiz, Böyük Britaniyadan 24 faiz, Türkiyədən 20 faiz, Almaniyadan 18,4 faiz, Ukraynadan – 12 faiz daha çox turist gəlib. Əgər Azərbaycan riskli ölkə olsaydı, Avropa vətəndaşları buranı seçməz, ehtiyat edərdi. Yaxud, 2023-cü ildə Kanadadan Azərbaycan turist axını 41,2 faiz, ABŞ-dan isə 38,1 faiz artıb. Bu rəqəm də bir daha təsdiq edir ki, Azərbaycanda ictimai sabitlik möhkəm və dayanıqlı olduğundan xarici ölkə səyahətçiləri Azərbaycana getməyə üstünlük verirlər. Azərbaycan multikultural və tolerant ölkədir, turistlərin dini, dili, mənşəyi heç vaxt araşdırılmayıb, başqa ölkələrdə, xüsusilə də Ermənistanda türk əsilli turistlər zorakılığa məruz qaldığı, az qala ölkədən çıxarıldığı halda, Azərbaycanda erməni əsilli turistlər belə sorğu edilməyib, hamıya eyni tolerant mövqe sərgilənib.
Bir məqamı da yaddan çıxarmayaq ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və azad edilmiş ərazilər əlverişli coğrafi şəraiti, əsrarəngiz təbiət müxtəlifliyi, gəzməli və görməli yerləri turizm imkanlarına görə, xüsusilə seçilir. Hazırda bu bölgədə dünya standartlarına cavab verən istirahət mərkəzləri, müasir otellər, turizm infrasturkturları yaradılır. Yaxın illərdə bura turizm zonasına çevriləcək. Ona görə də, xaricdəki bəzi qüvvələr bu reallığı da qəbul edə bilmir, Azərbaycanın post-inkişaf dövrünün yeni səhifəsi olan Qarabağın turizm gücünü gözdən salmağa çalışır. Hesabatdakı bu nüansı diqqətdən qaçırmaq olmaz, xüsusilə siyasi çalara əsaslanan bu qərəz və mövqe azad ərazilərə turistləri çəkindirməyə hesablanmış bir təxribat sayıla bilər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

