Sosial siyasətin mühüm istiqaməti
19.03.2024 [10:37]
Daha 100 yeni ambulans
Sosial dövlət olan Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndir?lməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır və son nəsil müasir avadanlıqların alınmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Martın 16-da Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.
Davamlı səhiyyə islahatları
Azərbaycanda ardıcıllıqla həyata keçirilən dərin məzmunlu sosial siyasətin mühüm bir istiqamətini əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətini artırmaq və bu sahədə əlçatanlığı təmin etməkdən ibarətdir. Qaşıya qoyulan bu məqsədə çatmaqdan ötrü son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı şəkildə səhiyyə islahatları həyata keçirilib, o cümlədən bu sahədə yeni çağırışlara və ölkəmizin artan imkanlarına uyğun olaraq bir sıra institusional dəyişikliklər edilib, infrastruktur təminatı möhkəmləndirilib, kadr təminatı gücləndirilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlət büdcəsindən səhiyyəyə çəkilən xərclər 2003-cü ildə 55,3 milyon manat olduğu halda, 2017-ci ildə bu göstərici 13,5 dəfə artaraq 746,7 milyon manata, 2023-cü ildə isə 1,8 milyard manata çatıb. Ölkəmizdə son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan və ən müasir avadanlıqlarla təchiz olunan bu səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür.
Aparılan islahatların nəticəsidir ki, ölkədə əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün Azərbaycan İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alır. Ölkəmizdə 2006-cı ildən etibarən İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/ÜST-nin dəstəyi ilə hər 5 ildən bir Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur: “Tədbirlər Proqramı”nın məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan icbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.
Azərbaycan dövləti pandemiya şəraitində də öz vətəndaşlarının yanında olmaq nümunəsi ortaya qoydu. Milli səhiyyə sisteminin yüksək inkişaf səviyyəsi pandemiya ilə mübarizədə bütün lazımi tədbirləri görməyə imkan verdi. Deyə bilərik ki, ölkənin səhiyyə sistemi tam şəkildə pandemiya ilə mübarizəyə səfərbər edildi, ən yaxşı xəstəxanalar son dərəcə təhlükəli xəstəliyə qarşı mübarizəyə cəlb olundu, bütün xəstələrin stasionar şəraitdə müalicəsinə imkan yaradıldı. Bunun nəticəsidir ki, Azərbaycan qlobal pandemiyadan nisbətən az itkilərlə çıxdı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizi nümunəvi dövlət kimi səciyyələndirdi.
Yeni avtomobillər pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir
Ölkəmizə yeni gətirilən avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.
Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.
Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.
Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.
Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25

