İƏT-in turizm nazirlərinin Bakı görüşü...
29.06.2022 [09:46]
Y.SAHİB
Dünən Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib. Görüşdə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdirilib, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul edilib. Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-nin 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla, 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.
Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə bildirilib ki, 2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olub. İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra qoşulduğu ilk təşkilatlardan biridir.
Bundan əlavə qeyd olunub ki, İƏT Ermənistanı təcavüzkar dövlət kimi tanıyan bir sıra qətnamələr qəbul edib. Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarında İslam mədəniyyət abidələrini, məscidləri dağıdıb, orada heyvan saxlayaraq, təhqiredici əməllərə yol verib.
“2020-ci il müharibəsi zamanı İƏT-in Azərbaycana dəstəyini alqışlayırıq. Konfransda önəmli məsələlərin müzakirə olunacağına ümid edirəm. Tədbirin işinə uğurlar arzu edirəm” - müraciətdə vurğulanıb.
DTA sədri bildirib ki, pandemiyaya qədər İƏT-ə üzv olan ölkələrdən Azərbaycanı çoxsaylı turist ziyarət edib. Ancaq son illərdə pandemiya səbəbindən turizm xeyli aşağı düşüb. O, post-pandemiya dövründə Azərbaycanda turizmi bərpa etmək üçün İƏT ilə birgə təkliflərin verilməsinin vacibliyini vurğulayıb. Banqladeşin aviasiya və turizm naziri Şahcahan Kamal Azərbaycanın yaxın zamanlarda böyük turizm ölkəsinə çevriləcəyinə əminliyini vurğulayıb.
“Halal otel”, “halal restoran” investisiyası
Məlum görüş barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən turizm üzrə ekspert Ramin Zamanov ölkəmizdə baş tutan görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ekspertin sözlərinə görə, İƏT-ə üzv olan ölkələrin Bakıda baş tutan yığıncağı post-pandemiya dövründən sonra nəzərəçarpacaq ən böyük görüşlərdən biridir: “Görüşün ümumi mahiyyəti İƏT-ə üzv olan dövlətlərin bir-birinə turizm maşrutları üzrə əməkdaşlıq əsasında verdikləri dəstəkdir. Bu görüşdən ölkəmizin aldığı fayda çox böyükdür. Məlumdur ki, Azərbaycanda yaşayan əhalinin çoxu müsəlmandır. Son dövrlər dünyada dini turizm tendensiyası geniş vüsət alıb. Bunun üçün də bir çox ölkələrdə müsəlman qanunlarına, şəriət tələblərinə cavab verən otellərin təsis edilməsi aktualdır. Buna misal olaraq, Bodrumda, Antalyada, Alanyada müsəlman təsisli bir çox oteli göstərmək olar. Həmin otellərin içində bütün şərtlər və qaydalar İslama uyğundur. Artıq ölkəmizdə də yavaş-ayavş “halal turizm” istiqaməti üzrə addımlar atılır. Azərbaycanda digər dinlər olduğu kimi, müsəlman dininə aid tarixi və dini abidələr kifayət qədər çoxdur. Bunların digər İslam ölkələrində təbliği hələ tam yerinə yetirilməyib və bir çox İslam ölkələri Azərbaycanda İslam dininə aid abidələrin varlığı, onların sayı və əhəmiyyəti barədə tam məlumatlı deyillər. Belə görüşlər və əməkdaşlıqlar davamlı baş tutarsa, gələcəkdə ölkəmizə dini turların çoxalması gözlənilə bilər. Həmin turlar da Azərbaycanda halal otellər, halal restoranlar kimi investisiyaların artmasına səbəb olacaq”.
R.Zamanovun sözlərinə görə, İƏT-ə üzv olan ölkələrin turizm potensialı çox böyükdür: “Bu gün dünya turistlərinin 30 faizdən çoxu məhz İƏT-ə üzv olan ölkələrin əhalisinin sayına düşür. Bu rəqəm getdikcə artır. Həmin əhalinin maddi rifahı kifayət qədər yüksəkdir, ona görə də onlar dünyanın bir çox ölkələrinə səyahət edirlər. Bu səyahətlər qrup halında, fərdi halda təşkil olunur. Hesab edirəm ki, Azərbaycanda olan turizm şirkətləri, bələdçilər, turizm sahəsində çalışan nəqliyyat şirkətləri müsəlman turistlərinin tələblərini getikdə daha çox mənimsəyirlər. Məhz bu istiqamətdə daha çox maşrutlar həyata keçirəcəklər ki, bu təşkilata üzv olan ölkələrin vətəndaşlarını ölkəmizə cəlb etmək də faydalı olacaq. Əlbəttə ki, dövlətimizin bu sahədə gördüyü ilk iş əməkdaşlığın siyasi olaraq həllini tapmasıdır, bunun üçün müvafiq memorandumlar da imzalanır. İƏT-ə üzv ölkələr, hətta bir-birlərinə viza məsələlərində güzəşt edirlər. Bu baxımdan həmin ölkələr arasında gələcəkdə hava nəqliyyatının ən rahat formada tərtib olunması da çox yaxşı olardı. Bu, gələcəkdə turizmin inkişafı baxımdan İƏT-ə üzv ölkələrin hər birinə böyük fayda verəcək”.
Prezident turizm sahəsini diqqətdə saxlayır
Turizm eksperti Azər Hüseynovun fikrincə, İƏT-in Turizm Nazirlərinin Bakıda yığışması ondan xəbər verir ki, Azərbaycan böyük turizm potensialına malik olan ölkədir. Ekspert qeyd edib ki, məlum görüş bizim üçün eyni zamanda bir reklamdır: “Çünki bu hadisə islam ölkələrinin mətbuatında işıqlandırılacaq. Toplantının Şuşada davam etdirilməsi də ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Cənab Prezidentin turizmə göstərdiyi qayğını bir tur bələdçisi kimi öz gözlərimlə görürəm. İnfrastruktur inkişaf edir, turizm maşrutlarında bitstoplar yaradılır, otellərdə nəzarət gücləndirilir, tarixi abidələrimiz, həmçinin coğrafi abidələrimiz abadlaşdırılır, yollar çəkilir. Sözsüz ki, bütün bunlar dövlət başçısının turizmə göstərdiyi qayğıdır. Turizm Agentliyi və Bələdçilər Assosiasiyası tərəfindən Şuşaya infotur təşkil olundu. Bu, o deməkdir ki, Prezident turizm sahəsini göz önündə saxlayır. Həqiqətən də Azərbaycanın turizm potensialı çox böyükdür. Belə bir görüşün Bakıda keçirilməsi çox mühüm hadisədir. Ümid edirəm ki, bu hadisənin Azərbaycan turizminin inkişafında böyük rolu olacaq”.
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

