Avropanın “ürək döyüntüsü” azalır...
30.05.2024 [10:45]
Qitə reanimasiyadan çıxa biləcəkmi?
Ötən yüzillikdə iki dəfə Dünya müharibəsi ilə sınağa çəkilmiş Avropa qitəsi yeni “çağırışlarla” üz-üzədir. Daha doğrusu, son 20 ildə özünün iqtisadi-siyasi hədəflərini tam müəyyənləşdirə bilməyən region bütün parametrlər üzrə geriləmə yaşamağa başladı - məhz 2020-ci ilin sonu, 2021-ci ilin əvvəlindən başlayaraq dünyanın siyasi nizamına “əl gəzdirilməsi arzusu” acı da olsa bu kimi bəzi reallıqları üzə çıxardı. Özünü “gözübağlı femina”nın etalonu sayan Avropada siyasi münasibətlərin də get-gedə “iqtisadi narazılıqlar” fonunda deqradasiyaya uğradığını gizlətmək mümkün olmurdu. Böyük Britaniyanın Avropa İttifaqından “imtinası” bu məsələdə açıq karta çevrildi və ardınca baş verənləri sanki stimullaşdırdı. Təxminən 2022-ci ilin əvvəlindən, Rusiya-Ukraynna müharibəsi başlanan dövrdən isə Avropa özünün “toz içində itmiş” yolunu axtarmaq üçün səfərbər oldu. Ən diqqətçəkən məqamlardan biri isə bütün bunlar baş verən zaman Avropanın lidersizlikdən çəkdiyi əziyyət idi - XXI əsrin ilk iyirmi ilində qitənin öncülü kimi Almaniya və onun kansleri Angela Merkel Avropanı düşdüyü çətin çənbərlərdən xilas edirdisə, 2020-ci ildən sonrakı mərhələdə Makronun özünü “qızıl şlyager” elan etməsi ilə bütün dəngələri yerindən oynatdı. Fransa prezidentinin Avropanın vəziyyətini dərindən təhlil edə bilməməsi və çıxış yolu tapmaması qısa bir zamandan özünü göstərdi - bu gün artıq Avropanın “ölüm ilə” üz-üzə dayanması etiraf olunur...
İsterika, yoxsa özünüifşa - Makronun SOS çağırışı nəyə hesablanıb?
Son cümləmiz metafora deyil - bu, Avropanın liderlərinin etirafıdır. Britaniyanın “Financial Times” qəzetində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun birgə məqaləsində deyilir ki, Ukrayna münaqişəsi və dəyişən dünya nizamı kimi qlobal çağırışlar fonunda Avropa öz tarixində dönüş nöqtəsini yaşayır. “Son beş ilin çağırışlarına nəzər salsaq - istər pandemiya, istər Ukrayna müharibəsi, istərsə də intensivləşən geosiyasi dəyişikliklər - aydın olur ki, Avropa dönüş nöqtəsini yaşayır. Biz öz Avropa həyat tərzimizin əsasında dayanan təməlləri əbədi hesab edə bilmərik. Bizim Avropamız ölə bilər və biz bu çağırışı qəbul etməliyik”, - məqalədə bildirilir.
Məsələnin daha açıq mahiyyətinə varsaq, Avropa liderlərinin səsləndirdiyi SOS-un bütün konturlarını indiyə qədər izlədiyimizi görə bilərik:
- Pandemiya dövründə Avropa heç də bəşəri dəyərlər kontekstində deyil, korporativ maraqlar müstəvisində hərəkət etdi -beləliklə də, “peyvənd irqçiliyi” mövzusu aktuallaşdı;
- Ukrayna-Rusiya qarşıdurmasında isə Avropa sülhyaratma funksiyasını üstlənə bilmədi - tam əksinə, münaqişənin daha da alovlanması, hətta Ukraynanın dağılması, insanların hazırki duruma düşməsi üçün “əlindən gələni” etdi;
- Enerji problemi, daha çox qaz təchizatı ilə bağlı ortaya çıxan məsələlər qoca qitənin dayanıqsız və qısır iqtisadi imkanlarından xəbər verirdi - region olaraq müəyyən pul kütləsinə malik ola bilərlər, amma ən azından enerji təhlükəsizliyi məsələsi Avropa üçün hələ də açıq qalır;
- Nəhayət, hərbi müdafiə problemləri - burada da asılılıq son dərəcə açıq şəkildə nəzərə çarpmaqdadır. NATO-nun əsas gücü sayılmayan Avropa kontingenti ümidini Alyansa bağlayıb. Halbuki, Alyansın da köhnə qitədən canını qurtarmaq üçün min bir yola əl atdığı ortadadır.
Avropanın uğradığı çətin dolanbaclar bu qeyd edilənlərlə də məhdudlaşmır - məsələn, bir neçə il öncə “dünya hegemoniyası” ansamblında təmsilçiliyi olan Avropa bu gün ikinci plandadır. Artıq mərkəzçi Avropa klassik “anqlo-sakson” dəstəyinə əvvəlki qədər “bel bağlaya bilmir”. Başqa sözlə, “mərkəzçi Avropa”hələ də köhnə qitənin “tam sahibi” ola bilmir.
Neokolonializmdən doğan səbəblər...
Yaranan fikir ayrılıqları özünü siyasi müstəvidə daha real əks etdirir - hətta Rusiyaya sanksiya tətbiqi, enerjidən imtina kimi kritik məsələlərdə “konsensus əldə olunmadı” deyərək susmağa üstünlük verilir. Yenə də maraqlar maqnitin əks qütblərinə doğru çəkir - özünü qitənin “sahibi” sanan qərbçi -imperialist təfəkkürə malik Fransa daha liberal və məsələləri daha aydın şəkildə izah etməyə çalışan Mərkəzi Avropanı “ittiham edir”. Onlar yeni dövrün siyasi praqmatizmindən uzaq olduqlarını tam şəkildə biruzə verirlər - əsas şərt sadəcə “əldə etməkdir”: dəstək, sabah üçün ümidlər, iqtisadi stimullaşdırma və ən əsası təhlükəsizlik qarantı.
Bəs, Avropanı deyilən çağırışlarla üz-üzə qoyan hansı səbəblərdir. Bunu araşdıran zaman ortaya çıxan və diqqəti cəlb edən ən əsas predmet neoklonializm meyllərinin, islamofobiyanın, irqi ayrı-seçkiliyi artması məsələsidir. Konkret olaraq bir misala müraciət etsək, bu gün SOS səsləndirən Fransanın nəinki Afrika və ya dəniz aşırılarında, Avropanın sərhəddində - Cənubi Qafqazda neokolonializm meylləri formalaşdırmaq istəyində olduğunu görə bilərik. Ermənistanda yaradılan siyasi böhranlar, Gürcüstanı qarışdıran “fransız əli” istisna edilmir. Belə müstəmləkəçilik meyllərinə qarşı açıq mübarizə aparan Azərbaycanın gücü ilə bu kimi təsirlər aradan qalxır. Əks halda, fransız kolonializmi buralara qədər ayaq açardı...
Yeni dünya düzənində təmsilçilik...
Fransa özünün qeyri-adekvat davranışı ilə isə bütövlükdə regionun iqtisadi maraqlarını təhlükə qarşısına qoyur - necəliyini sadə bir şəkildə izah etmək mümkündür. Sirr deyil ki, dünyanın yeni iqtisadi mərkəzi Avrasiyanın tam ortasıdır - daha doğrusu, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya coğrafiyası vahid iqtisadi məkan olmaq uğrunda sürətlə irəliləyir. Özünün qeyri-adekvat davranışı ilə yeni iqtisadi konfiqurasiyadan kənarda qalan Fransa isə bu geniş iqtisadi layihələrdən ayrı düşüb. Vaxtilə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində iştirakçı qismində çıxış edən Fransa düşünürdü ki, İrəvanı özünün siyasi orbitində saxlamaqla gedişata təsir imkanlarını daha da genişləndirəcək. Amma reallıq onu göstərdi ki, bu gün Fransa nəinki bölgədə inkişaf edən siyasi proseslərə təsir etmək qabiliyyətindədir, əksinə Bakı Təşəbbüs Qrupunun siyasi fəaliyyəti nəticəsində bütün dünyada ifşa edilib.
Beləliklə, fransız soyuqqanlığı ilə Şərqin imkanlarını “dəyərləndirən” Makron artıq çıxış yolu axtarır - təsadüfi deyil ki, Orta Dəhlizə olan böyük maraq köhnə qitənin gələcək perspektivdə üfiqləri və ümidləri üçün əsas şərt kimi “ortaya çıxır”. Ard-arda etiraflar səsləndirən Makron hələ də ümid edir ki, bu yolla Qərb koalisiyasından “uzaq düşdüyünü” göstərə biləcək - bunu tək şansı sayan Fransa prezidenti unudur ki, o, “Şərq ekspresinə” yenidən minmək limitini doldurub...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

