Yaxın Şərqdə yeni gərginlik...
30.07.2024 [10:20]
Livan-İsrail müharibəsi ehtimalı güclənir
Xəbər verildiyi kimi, iyulun 27-si axşam saatlarında Livandan İsrailin şimalı raket atəşinə tutulub. Raketlərdən biri həmin vaxt uşaqların olduğu Məcdəl Şəmsdəki (Colan yüksəkliyi) futbol meydançasında partlayıb. Nəticədə 15 nəfər həlak olub, bir neçə adam yaralanıb. İsrail hökuməti baş verən hücumda “Hizbullah” hərəkatını günahlandıraraq, bu aktı sərt şəkildə cavablandırıb. Düzdür, “Hizbullah” hücumda iştirakını inkar etsə də, ilkin rəy atılan raketlərin məhz təşkilat tərəfindən yönləndirildiyi şəklindədir. Hücumdan dərhal sonra İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb və Colandakı insidentin bütün qırmızı xətləri keçdiyini vurğulayıb. ABŞ-da səfərdə olan İsrailin Baş naziri Netanyahu İsrailə qayıdıb.
Bir il fasilə ilə eyni koordinatlı hücum...
Livan hökuməti baş verənlərlə bağlılığının olmadığını bəyan edib. Hökumət mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyib və bölgədəki bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edib. Bu barədə respublikanın Baş naziri Nəcib Mikatinin Mətbuat xidmətinin teleqram kanalında yaydığı bəyanatda deyilib. “Hökumət bütün zorakılıq aktlarını və mülki şəxslərə edilən hər hansı hücumu qətiyyətlə pislədiyini bəyan edir”, - deyə bəyanatda bildirilib. Baş nazir qeyd edib ki, Beyrut mülki əhaliyə qarşı təcavüzü insanlıq prinsiplərinə zidd olan beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirir.
Hökumət hücumla bağlılığını təkzib etsə də, baş verənlər yeni müharibənin anonsu kimi dəyərləndirilir. Xatırladaq ki, İsrail ilə Livan arasında illərdir mərhələli şəkildə davam edən qarşıdurmanın son “pərdəsi” ötən ilin aprelində qapanmışdı. Həmin vaxt İsrailin şimal əraziləri Livandan atılan raketlərlə atəşə məruz qalmışdı - Livan tərəfindən atılan yaxınmənzilli raketlərdən biri yanacaqdoldurma məntəqəsinə düşmüşdü. Atılan raketlərin əksəriyyəti “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən məhv edilmişdi. Həmin vaxt da atılan raketlərin məsuliyyətini Livan hökuməti üzərinə götürməsə də, hücumun Livan “Hizbullah” hərəkatı tərəfindən törədildiyi aşkara çıxmışdı. Həmin hücumlar Məbəd dağında baş verən toqquşmalardan sonra “Hizbullah”ın fələstinlilərin İsrailə qarşı görə biləcəyi “hər bir tədbiri” dəstəkləyəcəyini bildirdikdən bir neçə saat sonra atılmışdı. Ondan öncə isə Livan 2021-ci ilin avqustundan İsraili intensiv raket atəşinə tutmuşdu.
Vurğulandığı kimi, İsrail ilə Livan arasında siyasi-hərbi gərginliklər artıq uzun illərdir davam edir. Hətta 1975-1990-cı illər aralığında Livanda baş vermiş vətəndaş müharibəsi belə son hədəf olaraq İsrailə qarşı istiqamətlənmişdi. 1990-cı il proseslərinin ardından 1991-ci ilin martında Livan Parlamentinin çıxardığı əfv qanunu ilə bütün siyasi günahkarlar sərbəst qalmışdı. 1991-ci il may ayında isə əksəriyyəti “Hizbullah” xadimlərindən ibarət olan silahlı qüvvələrlə Livan Ordusu təkrar yaradılmışdı.
2006-cı ilin iyulun 12-dən avqustun 14-nə kimi davam edən İkinci Livan müharibəsi də “Hizbullah”ın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında davam etmiş olan silahlı qarşıdurma kimi tarixə düşmüşdü. Böhran Livanda yerləşmiş Hizbullah təşkilatının 12 iyul 2006-cı il tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdı. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı “Hizbullah” xadimlərinin İsrail torpaqlarına “Katyuşa” mərmiləri göndərməsi isə İsrail tərəfindən Livanın döyüş hərəkəti ( “act of war”) kimi şərh edilmişdi. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq “Hizbullah” Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdi. Bir aydan çox davam edən qarşıdurmaların ardınca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərara uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdı.
İsrail hava zərbələri endirdi
Ötən hücumlar açıq müharibəyə səbəb olmasa da, bu dəfəki hücumun miqyasının genişlənməsi ehtimalı günü-gündən artır. İsrailin xarici işlər naziri İsrael Kats bildirib ki, ölkəsi “Hizbullah” və Livanla genişmiqyaslı müharibənin bir addımlığındadır. O, ölkə mediasına verdiyi müsahibədə qeyd edib ki, Məcdəl-Şəmsin atəşə tutulmasından sonra İsrail Livanda “Hizbullah”a qarşı müharibəyə başlaya bilər. “Məcdəl-Şəmsin atəşə tutulması, mülki şəxslərin, uşaqların öldürülməsi artıq səbr kasamızı daşdırdı. Ölkəmiz buna cavabı ağır olacaq. Biz “Hizbullah” və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq”, - deyə o bildirib.
Bəyanatdan həmən sonra İsrail Colan təpələrinin atəşə tutulmasına cavab olaraq Livana raket zərbələri endirib. İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı “Hizbullah” təşkilatının hədəflərinə bir sıra hücumlar həyata keçirib. Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib. İsrail aviasiyası Əl-Hayam və Kfar-Kila şəhərlərinə, eləcə də Tir dairəsindəki Abbasiyyə və Burj əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri endirib.
ABŞ-dan tam dəstək...
Səslənən bəyanat həm də Yaxın Orta Şərqdəki gərginliyin sərhədlərinin daha da genişlənə biləcəyindən xəbər verir. Artıq aylardır kiçik fasilələrlə davam edən Fələstin-İsrail qarşıdurması - Qəzza probleminin həlli məsələsi beynəlxalq gündəmin əsas mövzusu olduğu bir zamanda, “Hizbullah”ın, dolayısı ilə Livanın belə bir addım atması region üçün müsbət perspektiv vəd etmir. Xüsusilə, ABŞ-da baş tutacaq seçkiləröncəsi İsrailə qarşı hücum Livan üçün intihar da sayıla bilər - Ağ Evin həm hazırki adminstrasiyasının, həm də yeni namizəd Trampın komandasının özünün reytinqini daha da qaldırmaq üçün bu məsələdə birmənalı mövqe tutacacağı bəllidir. Eyni zamanda, İsrailin son günlərdə bir sıra ərəb dövlətləri ilə görüşlər keçirməsi və ərəb dövlətləri ilə münasibətlərdə yeni səhifə açmağa hazırlaşmasını bəyan etməsi Livanı müharibə meydanında tək qoya bilər. Düzdür, bəzi ölkələr (məsələn, İran) hücumla bağlı bəyanatında fərqli mövqe səsləndirsələr də, onların münaqişəyə aktiv müdaxiləsi indiki zamanda real görünmür.
Türkiyə isə Fələstinə və Qəzzaya hərbi-texniki yardım edəcəyini istisna etməyib. Prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı bunun anonsunu səsləndirib. O, İsrailə xəbərdarıq edib.
Bunun əksinə, ABŞ İsrailə bu münaqişədə tam dəstək nümayiş etdirir - İsrailin Baş naziri Benyamin Netanyahu Livanda Hizbullah və müttəfiqlərinə qarşı genişmiqyaslı əməliyyat üçün ABŞ-dən tam razılıq alıb. İsrail mediasının yaydığı məlumata görə, Livanda “Hizbullah”a qarşı əməliyyatlara ABŞ açıq dəstək göstərə bilər.
Beləliklə, Yaxın Orta Şərq gərginliyi yenidən artan xəttlə inkişaf etməyə başlayıb. Dünyanın bir sıra nöqtələrində kataklizmlərin, qarşıdurmaların vüsət aldığı bir zamanda İsrail ilə Livan arasında müharibənin genişlənməsi həm də bəzi qarşı qütblər üçün yeni müharibə meydanı demək olacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

