Razılıq əldə olunacaqmı?
07.08.2024 [13:05]
Yaxın Şərqdə gərginliyin azaldılması üçün genişmiqyaslı fəaliyyətə başlanıldı
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Xarici mətbuat İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda bir “Hizbullah” üzvünün öldüyünü bildirib - Livanın cənubundakı Zibdin qəsəbəsindən olan “Hizbullah” üzvü Əli Cəmaləddin Cavad İsrailin endirdiyi zərbələrdə hədəfə çevrilib. İsrail ordusu isə Cavadı hədəf alan hava hücumunun görüntülərini yayıb. Cavadın “Hizbullah”ın hərbi qanadı olan Rıdvan Qüvvələrinin əsas rəhbərlərindən olduğu bildirilir. Qeyd edək ki, İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən bu yana Livanın cənubuna endirdiyi hava hücumlarında həlak olan “Hizbullah” üzvlərinin sayı 394-ə yüksəlib.
ABŞ bütün mümkün ssenarilərə hazırdır...
ABŞ isə bütün mümkün ssenarilərə hazır olduğunu bildirib. Vaşinqton İrana İsraillə gərginliyin artmasının Tehran rəhbərliyinə xeyir gətirməyəcəyini düşünür. Ağ Ev diplomatik təmaslar çərçivəsində İrana gərginliyin artmasının onların maraqlarına uyğun olmadığını və ABŞ-ın İsraili qoruyacağını çatdırıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller daha geniş miqyaslı bir Yaxın Şərq münaqişəsinin qaçılmaz olduğunu söyləyib. ABŞ-ın isə bunun qarşısını almaq üçün səylərini davam etdirdiyi önə çəkilib. Miller vurğulayıb ki, artan gərginlik bölgədə heç kimin maraqlarına xidmət etmir: “Bütün hallarda ABŞ ötən ilin oktyabrından etibarən hər şeyə hazırdır”.
G7 Xin başçıları müraciət qəbul edib
G7 ölkələrinin xarici işlər nazirlərinin birgə yazılı bəyanatında isə Yaxın Şərqdə artan gərginlikdən dərin narahatlıq ifadə olunub. Bütün müvafiq tərəflər indistruktiv cavab zorakılığının davam etməsindən çəkinməyə və konstruktiv təşəbbüslər göstərməyə” çağırılıb. “Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dan ibarət G7 ölkələrinin xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi Yaxın Şərq bölgəsindəki gərginlikdən və daha genişmiqyaslı qarşıdurman?n yaranma ehtimalından narahatıq. Bir daha bütün tərəfləri dağıdıcı cavab zorakılığının davam etməsindən çəkinməyə və gərginliyi azaltmaq üçün konstruktiv təşəbbüslər göstərməyə çağırırıq”. Bəyanatda qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin daha da artması heç bir ölkə və ya xalqa fayda gətirməyəcək.
Diplomatik müzakirələr davam edir...
Yaxın və Orta Şərqdə gərginlik həm də qarşı-qarşıya duran tərəflərlə yüksək əlaqələrə malik dövlətləri hərəkətə gətirib. ABŞ prezidenti Co Bayden İordaniya Kralı II Abdullah, xarici işlər naziri Antoni Blinken isə Qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə Yaxın Şərqdə artan gərginliyin azaldılması ilə bağlı danışıqlar aparıb. Ağ Evin yaydığı yazılı açıqlamada bildirilib ki, prezident Bayden və İordaniya kralı Abdullah arasındakı telefon danışığı Yaxın Şərqdə gərginliyin azaldılması, xüsusilə Qəzzada atəşkəsin yaradılmasının vacibliyi ön plana çəkilib.
Dövlət Departamentinin yaydığı məlumatda isə bildirilir ki, Blinken qətərli həmkarı ilə bölgədəki gərginliyin daha da şiddətlənməsinin qarşısının alınmasına yönəlik səylərdən danışıblar. Burada da Qəzza bölgəsində atəşkəsin yaranmasının gərginliyin azaldılmasında əhəmiyyətli ola biləcəyi vurğulanıb və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliy? qeyd edilib.
Eyni zamanda, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə misirli həmkarı Bədr Əbdüləti İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün vasitəçilik səylərindəki son hadisələri müzakirə ediblər. XİN rəhbərləri Qəzza zolağına daha çox humanitar yardım çatdırmaq üçün birgə əməkdaşlığın gücləndirilməsi, müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərindəki irəliləyişləri də müzakirə ediblər. Qeyd edək ki, Qətər, Misir və ABŞ Həmas və İsrail arasında dolayı danışıqlarda vasitəçi rolunu oynayır.
ABŞ bazasına hücum...
İranın İsrailə qarşı cavab addımı atacağı ilə bağlı gözləntilərin olduğu bir zamanda ABŞ prezidenti Co Bayden yüksək səviyyəli milli təhlükəsizlik komandanlığı ilə görüş keçirib. Bayden İsrailə hücum ediləcəyi təqdirdə dəstək üçün hazırlıqlara dair brifinq aldığını bildirsə də, dövlət katibi Antoni Blinken rəsmilərin gərginliyin qarşısını almaq üçün çalışdıqlarını söyləyib. Bayden, həmçinin İraqdakı hücum nəticəsində yaralanan ABŞ əsgərlərindən danışıb, ediləcək hansısa hücumun adekvat cavabının veriləcəyini xatırladıb. Xatırladaq ki, İraqın qərbində yerləşən Ənbar şəhərində İŞİD-ə qarşı koalisiya qüvvələrində təmsil olunan ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi hava bazasına raket zərbəsi endirilib. Bazanın 2 raket ilə hədəfə alındığı açıqlanıb. Raketlərin bazaya düşdüyü, 5 amerikalı əsgərin yaralandığı bildirilib. Əsgərlərdən birinin vəziyyətinin kritik olduğu vurğulanır. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
İran hava məkanının mühüm hissəsini bağladı...
İran hakimiyyəti ölkənin mərkəzi, qərb və şimal-qərb bölgələri üzərindəki hava məkanının əhəmiyyətli bir hissəsini bağlayıb. Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Tehranın yaxın 24 saat ərzində İsrailə zərbə endirməyə hazır olduğunu bəyan edib. Bundan əlavə, İran hava yollarına Tehran ərazisində gözlənilən GPS fasilələri ilə bağlı xəbərdarlıq edilib və ölkənin qərb, cənub-qərb, cənub və mərkəzi bölgələrindən uçan təyyarələr üçün alternativ marşrutlar tapmaq tövsiyə olunub.
İsraildə dəyişiklik
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə nazirini dəyişdirmək və siyasi koalisiya daxilində nazir postlarını yenidən bölüşdürmək imkanını nəzərdən keçirir. İsrail mediasının məlumatına görə, buna səbəb Netanyahu ilə hazırkı müdafiə naziri Yoav Qalant arasında fikir ayrılıqlarının kəskinləşməsidir. Ona görə də “Likud” partiyası daxilində onun mümkün əvəzlənməsi yenidən müzakirə olunmağa başlayıb.
Bundan başqa, İsrailin Baş naziri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herz Halevini və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet əks-kəşfiyyat agentliyi) rəhbəri Ronen Barı da istefaya göndərməyi planlaşdırır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

