Almaniyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 ilini dəyərləndirdi
04.10.2013 [09:56]
Dünya şöhrətli Berlin Azad Universitetinin (BAU) Xəzər Regionu Araşdırmaları Mərkəzi Cənubi Qafqazın 3 ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və ictimai-siyasi inkişafını müqayisə edən hesabat yayıb. 2 oktyabr 2013-cü ildə Almaniyanın nüfuzlu “Qlobal Diplomatiya” analitik portalında dərc edilən hesabatın əsas hissəsi Azərbaycanın son 10 illik inkişafına həsr olunub.
Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzi Almaniyada Xəzər regionu ölkələri barədə ən ətraflı tədqiqatlar aparan mərkəzlərdəndir. Mərkəz yalnız BAU-nun ekspertlərini deyil, eyni zamanda, Berlində fəaliyyət göstərən digər beyin mərkəzlərinin Xəzər regionu ilə bağlı tədqiqatlar aparan mütəxəssislərini birləşdirir.
Sənədin müəllifi, Xəzər Regionu Araşdırmaları Mərkəzinin eksperti, tanınmış alman politoloqu Mattias Dornfeldt qeyd edir ki, Ermənistan Dağlıq Qarabağı və ona bitişik rayonları işğal altında saxlama siyasətinə görə qonşuları Azərbaycan və Türkiyədən təcrid edilmiş vəziyyətə düşüb və bu səbəbdən üçün regionun ən kasıb ölkəsinə çevrilib. Ermənistan və onun iqtisadiyyatının əsas sahələri Rusiya Federasiyasından və ona məxsus şirkətlərdən tam asılı vəziyyətdədir.
Son illər apardığı radikal özəlləşdirmə siyasəti ilə Azərbaycan və Qazaxıstandan külli miqdarda sərmayələr cəlb etməsinə baxmayaraq, Gürcüstan hələ də 2008-ci ildə Rusiya ilə etdiyi müharibənin fəsadlarını aradan qaldırmaq iqtidarında deyil. Müharibə nəticəsində Gürcüstanda infrastruktura böyük zərər dəyib və bu ölkə Rusiya bazarına girişdən məhrum olunub. Bu, xüsusilə, Gürcüstanın aqrar sahəsinə daha çox təsir edib. Bundan əlavə, Baş nazir Bidzina İvanaşvili ilə prezident Mixeil Saakaşvili arasında gedən ölkədaxili çəkişmə Gürcüstanın iqtisadi inkişafına mənfi təsir göstərir.
Hesabatda deyilir ki, Azərbaycan özünün zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası və həmçinin, hökumət tərəfindən planlı şəkildə həyata keçirilən iqtisadi islahatlar nəticəsində regionun ən güclü və inkişaf etmiş dövlətinə çevrilib. Müəllif xatırladır ki, SSRİ-nin süqutundan sonra ölkədaxili siyasi böhran və Dağlıq Qarabağ müharibəsinə görə Azərbaycan Cənubi Qafqazın ən geridə qalan ölkələri sırasında idi. Lakin qısa müddət ərzində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dirçəlişə nail olub. Prezident İlham Əliyev düşünülmüş xarici siyasət nəticəsində müxtəlif dövlətlərin regiondakı bir-birinə zidd olan maraqlarından Azərbaycanın xeyrinə istifadə etməyi bacarıb, ölkənin beynəlxalq əlaqələrini, enerji ixracı və digər nəqliyyat marşrutlarını şaxələndirib.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi ilə enerji xammalının postsovet ərazisindən dünya bazarlarına ixracındakı Rusiya monopoliyasına son qoyulub. Cənub enerji dəhlizinin isə geostrateji əhəmiyyəti yüksəlib. TAP və TANAP enerji bəndlərinin istifadəyə verilməsindən sonra ilk dəfə Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın daxili bazarına çıxacaq. Ölkənin güclü iqtisadi təməli siyasi stabilliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirir. Bütün bu nailiyyətlər son dövrlərdə Azərbaycan hökuməti tərəfindən əldə olunub.
Son 10 ildəki hadisələrin inkişafı göstərdi ki, regiondakı 3 Qafqaz ölkəsi bir-birindən çox fərqlənir. Regional inteqrasiya prosesi müşahidə olunmur. Cənubi Qafqazda daxili məhsuldan gələn ümumi gəlirin 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə Azərbaycan regional iqtisadi mərkəz olmaqla, Gürcüstana ən çox kredit verən və investisiya qoyan ölkədir. Belə ki, Azərbaycanın Gürcüstana qoyduğu yatırım artıq 3 milyard ABŞ dolları təşkil edir.
Təhlillər göstərir ki, Azərbaycan Qazaxıstan, Rusiya və Belarusiya arasında bağlanmış Gömrük İttifaqında və yaranmaqda olan Avrasiya İttifaqında öz gələcəyini görmür. Həmçinin, bu Qafqaz respublikası üçün Avropa İttifaqı prespektivi də cəlbedici görünmür. Bu məsələdə Türkiyə ilə yaxından əməkdaşlıq edən ölkə kimi Azərbaycanı, Avropa İttifaqına tamhüququlu üzv qəbul olunması yolunda Ankaraya yaradılan maneələr ruhdan salır və Azərbaycan ictimaiyyətində Avropa İttifaqına qarşı inamsızlıq yaradır.
Hesabatda o da qeyd olunur ki, Ermənistan və Gürcüstandan fərqli olaraq öz təbii ehtiyatlarına güvənən Azərbaycan hökuməti Brüsseldən gələn maliyyə transferindən asılı deyil. Müəllif Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin son 10 ildə davamlı inkişaf etdiyini və alman şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətini xüsusi vurğulayır.
10 il əvvəl “qızılgül inqilabı” vaxtı və Mixeil Saakaşvilinin hakimiyyətə gəldiyi dövrdə Gürcüstanda radikal özəlləşmə ilə iqtisadi yüksəliş, bazarın liberallaşdırılması və ölkəyə xarici kapitalın axını başladı. Bu gün dünya iqtisadi böhranının təsiri və Rusiya arasında baş vermiş avqust müharibəsi zamanı ərazilərinin itirilməsi nəticəsində Gürcüstan iqtisadi və siyasi təhlükəsizlik baxımından ağır vəziyyətə düşüb.
Azərbaycan torpaqlarının işğalı, Rusiya və İrandan olan iqtisadi asılılığı nəticəsində Ermənistan bütün iri regional layihələrdən kənarda qalıb. Bununla belə, Ermənistanın Azərbaycanda gedən iqtisadi yüksəlişdən pay almaq və regional iştirakçı olmaq şansı var. Bu məqsədə çatmaq üçün Ermənistan Dağlıq Qarabağ probleminin həllində sabiq prezident Levon Ter-Petrosyanın dövründə əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyə hazır olduğunu göstərməlidir.
Hesabatın tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
http://diplomatieglobal.de/
http://www.diplomatieglobal.de/archiv/2013/Politik_00028.html
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

