Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir

16.07.2014 [10:18]

İtaliyanın bir sıra xəbər agentlikləri, informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr yayıb.
Məqalələrdə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Azərbaycan-İtaliya münasibətlərinin hazırkı durumu, səfər çərçivəsində keçirilən görüşlər və bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri təhlil olunur.
“Affari İnternazionali” onlayn jurnalında yerləşdirilmiş məqalədə deyilir ki, altı illik fasilədən sonra Azərbaycan Prezidenti İlham Əliyev yenidən İtaliyada səfərdədir. Səfər çərçivəsində keçirilən görüşlər ikitərəfli münasibətlərin müzakirəsi baxımından yaxşı imkan yaradıb. Uzun illərdir ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu səfər mövcud tərəfdaşlığı daha da möhkəmləndirəcəkdir. Hazırda Xəzər dənizinin təbii qaz ehtiyatlarını İtaliya vasitəsilə Avropaya çatdıracaq TAP layihəsi hər iki ölkə üçün aktual məsələdir. Digər tərəfdən, qarşılıqlı investisiya yatırımları ilə bağlı mövzular da gündəmdədir. İtaliya şirkətləri təkcə enerji sektorunda deyil, həmçinin tikinti, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm kimi sahələrdə də Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu kontekstdə TAP-ın reallaşması iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafını müəyyənləşdirmək üçün vacib amildir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin gələcək durumuna da təsir edəcək. TAP layihəsi 2019-cu ildə başa çatdırıldıqdan sonra 10 milyard kubmetr həcmində Azərbaycan qazının İtaliyaya nəqli planlaşdırılır. Bununla da çoxlu yeni iş yerinin açılması nəzərdə tutulub.
“TM news” xəbər agentliyinin saytında və “Staffetta quotidiana” portalında isə Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Corco Napolitanonun görüşü ilə bağlı məlumatlar yer alıb.

Paylaş:
Baxılıb: 1851 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30