/ / Yaponiyanın “World Investors TV” televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasına həsr edib
Yaponiyanın “World Investors TV” televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasına həsr edib
07.01.2015 [09:45]
Yaponiyanın “World Investors TV” internet televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edib.
Yanvarın 5-də AzərTAc-ın Yaponiyadakı bürosunun təşəbbüsü ilə canlı yayımlanmış verilişdə aparıcılar Kazuyasu İşida və Hiroko Ueyama Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında tamaşaçılara məlumat veriblər. K.İşidanın ötən ilin sonunda işıq üzü görmüş “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” bələdçi kitabında bu qədim Azərbaycan torpağı haqqında da ətraflı məlumatların yer aldığı diqqətə çatdırılıb.
AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin də iştirak etdiyi verilişdə qeyd olunub ki, Azərbaycanın ən qədim ərazilərindən olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaradıb. Sistemli araşdırmalar sübut edib ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan 5 min ildən çox yaşı ilə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Naxçıvanın “İpək Yolu” kimi qədim ticarət yollarının qovşağında yerləşməsi bu ərazidə sivilizasiyanın inkişafına təkan verib.
Məhz bəşər övladının ilk mədəni nümunələrinin qorunduğu və Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya abidəsi, əsrlərə meydan oxuyan, yaşı min ildən çox olan Möminə Xatun türbəsi, azərbaycanlıların qəhrəmanlıq simvolu, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim olmamış Əlincə qalası Naxçıvanda yerləşir. Müqəddəs “Qurani-Kərim”in “Əl- Kəhf” surəsində bəhs edilən Əshabi-Kəhf ziyarətgahı da məhz Naxçıvandadır.
Vurğulanıb ki, Naxçıvanda böyük dövlətçilik ənənələrinin əsası çox qədim dövrlərdən qoyulub. Hələ X əsrdə Naxçıvan şahlığı, XII əsrdə isə Atabəylər dövləti yaranıb. XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr verib. XX əsrin əvvəllərində 1 milyondan çox əhalisi olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərib.
Bildirilib ki, Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib. Naxçıvan Muxtar Respublikası 1918-1924-cü illərdə cərəyan edən gərgin siyasi proseslərin, daxili və xarici amillərin təsiri altında yaranıb. Naxçıvan əhalisinin qətiyyətli mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilib.
Qeyd edilib ki, dünyada və regionda gedən gərgin tarixi və siyasi proseslər nəticəsində Naxçıvan Muxtar Respublikası XX əsrin sonlarında yenidən dünyanın qaynar nöqtələrindən birinə çevrilib. Sovet İttifaqının son günlərində yaranmış siyasi vəziyyətdən istifadə etməyə çalışan ermənilər məkrli planlarını davam etdirərək Naxçıvanı Azərbaycandan qoparmağa cəhd ediblər. Nəticədə Azərbaycan bir daha erməni terrorizmi ilə üzləşib. Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından sürgün edilib, Qarabağ və Naxçıvan üzərinə silahlı hücumlar başlanıb.
Verilişdə vurğulanıb ki, əhalinin təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etməyə razılıq verən Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993-cü illər) Azərbaycan tarixinin möhtəşəm səhifələrindəndir. Ulu öndər Heydər Əliyev Naxçıvanı Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, Kommunist Partiyasının yerli orqanlarının işi dayandırılıb. Sovet qoşunları bölgədən çıxarılıb, aqrar islahatlar aparılıb, tarixi ədaləti və müstəqil dövlətçilik prinsiplərini bərqərar edən fərmanlar imzalanıb.
Verilişdə Naxçıvanın müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqləndiyi də yapon tamaşaçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Naxçıvanın digər bir möcüzəli təbii səhiyyə ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. Təbii ehtiyatları 90 milyon ton təşkil edən bu mərkəz saf və təmiz duz istehsalı ilə yanaşı, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınıb.
Qeyd edilib ki, bu gün də Naxçıvan Azərbaycanın idarəçiliyində muxtar respublika kimi mövcudluğunu qoruyur və inkişaf edir. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanın inkişafı gündən-günə daha da sürətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamına əsasən bu əlamətdar hadisənin yalnız Azərbaycanda deyil, dünyanın digər ölkələrində də qeyd olunması xüsusi vurğulanıb.
Verilişdə AzərTAc-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası barədə çəkilmiş filmdən parçalar da tamaşaçılara təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23

