Azərbaycan və İsveçrə parlamentləri arasında dostluq əlaqələri daha da möhkəmlənir
07.03.2015 [11:32]
Martın 4-5-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, parlamentdə İsveçrə ilə dostluq qrupunun rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə səfərdə olub.
Deputatlardan Elton Məmmədov və Malik Həsənovun daxil olduğu nümayəndə heyəti əvvəlcə İsveçrə parlamentinin binası ilə tanış olub, sonra qanunverici orqanın hər iki palatasının iclaslarında fəxri qonaq qismində iştirak edib. Bahar Muradova parlamentin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Daha sonra parlamentin aşağı palatası - Milli Şuranın sədri Stefan Rossini və yuxarı palatası - Kantonlar Şurasının sədri Klod Eşlə görüş keçirilib.
Hər iki görüşdə Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqdan, o cümlədən parlamentlərarası əlaqələrdən məmnunluq ifadə edilib. Ölkələrimizin bu əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda davam etdirilməsi və daha da möhkəmləndirilməsində maraqlı olduqları bildirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Milli Məclisin sədr müavini beynəlxalq ictimaiyyətin, o cümlədən bir dost ölkə olaraq İsveçrənin Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkməsi üçün bu ölkəyə təsir edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan tərəfinin mövqeyini çox yaxşı başa düşdüklərini qeyd edən palata sədrləri bu münaqişənin ədalətli həlli üçün İsveçrənin hər cür yardım etməyə hazır olduğunu vurğulayıblar.
Nümayəndə heyətinin İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun sədri Kristina Eqerzeqi-Obrist və sədr müavini Filippo Lombardi ilə görüşündə tərəflər iki dostluq qrupu arasında mövcud əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da gücləndirilməsi imkanlarını, müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Daha sonra nümayəndə heyəti İsveçrə parlamentinin hər iki palatasının xarici siyasət komitələrinin sədrləri Feliks Qutzviller və Karlo Sommaruqa ilə görüşüblər. Görüşdə komitə sədrləri Azərbaycan və İsveçrə parlamentləri arasında müxtəlif formatlarda əməkdaşlıq və hər iki dostluq qrupunun bu əməkdaşlığın inkişafında oynadığı roldan məmnun olduqlarını qeyd edib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. ətrafında fikir mübadiləsi aparıblar. K.Sommaruqa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququn prinsiplərinin əsas götürülməli olduğunu söyləyib və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyini vurğulayıb. F.Qutzviller Azərbaycanda gedən inkişaf prosesinin şəxsən şahidi olduğunu və bunun onda xoş təəssürat oyatdığını bildirib.
Həmin gün Milli Şuranın sədri Stefan Rossininin adından nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Səfər İsveçrənin tarixi ilkin orta əsrlər dövründən başlayan yaşayış məskəni - Qrüyeri ziyarətdən ibarət mədəni proqramla davam edib. Qrüyer meri Jan-Pyer Duta ilə görüşən nümayəndə heyəti bu qəsəbə ilə Azərbaycanın müvafiq qəsəbəsi arasında mümkün əməkdaşlıq ideyası ətrafında fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

