İnsanlıq naminə atılan addım
27.08.2022 [07:35]
Nicat
Nüvə silahı atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Tarixdə ilk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanıb. 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atır. Nəticədə Xirosimada 200 minə yaxın adam ölür, bir o qədəri itkin düşür. Lakin zərər çəkənlərin sayının artması bundan sonra da davam edir. Hadisədən müəyyən müddət sonra şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam həyatını itirir.
Baş verən partlayışdan artıq uzun illər keçməsinə baxmayaraq, hələ də atılan bombaların təsirindən əziyyət çəkən on minlərlə insan var. Bütün bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilən bu silahların istifadə edilməməsi üçün bütün dünya dövlətləri müxtəlif versiyalar səsləndirirlər. Bu mənada 1991-ci ilin 29 avqust tarixi xüsusi önəm kəsb edir. Buna səbəb isə 2009-cu il dekabrın 2-də BMT Baş Məclisinin 64-cü sessiyasında təsis edilən Nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət gününün (International Day Against Nuclear Tests) təsis edilməsidir. Dünyada dayanıqlı təhlükəsiz vəziyyətin təmin edilməsi məqsədilə nüvə sınaqlarının dayandırılması məsələsində BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının səylərinin fəallaşdırılması zəruridir. BMT-nin müvafiq qətnaməsinin preambulunda deyilir: “Nüvə sınaqlarının insanların həyatı və sağlamlığı üçün məhvedici təsirlərinin qarşısını almaq üçün bu cür sınaqlara son qoyulmalıdır”.
Qətnamə “nüvə silahlarının sınaq partlayışlarının və hər hansı başqa nüvə partlayışlarının nəticələri, habelə nüvə silahlarından azad dünya yaradılması məqsədinə nail olmağın vasitələrindən biri kimi bu cür sınaqların dayandırılmasının zəruriliyi barədə” insanları daha fəal maarifləndirməyə və məlumatlandırmağa çağırır. Sözügedən qətnamənin xeyli sayda müəllif və həmmüəllifləri vardır. Bu qətnamənin qəbul olunması təşəbbüsü ilə çıxış edən Qazaxıstan Respublikası həmin günün avqustun 29-da - 1991-ci ildə Semipalatinsk nüvə poliqonunun bağlandığı tarixdə qeyd olunmasını təklif edib.
2010-cu ilin may ayında isə insanlıq, bəşəriyyət üçün olduqca təhlükəli olan bu silahların yayılmamasını özündə ehtiva edən müqavilənin iştirakçısı olan bütün dövlətlər nüvə silahından azad dünyada təhlükəsizliyə nail olmaq üçün qarşılıqlı fəaliyyət göstərmək öhdəliyi götürüb və nüvə sınaqlarının qadağan edilməsini “həyati əhəmiyyətli məsələ” kimi səciyyələndiriblər. Müqavilə imzalanmaq və ratifikasiya edilmək üçün 1996-cı ildə açıq elan olunub.
Haqqında bəhs olunan razılaşmanın qüvvəyə minməsi ilə əlaqədar hazırda planetimizin bütün cənub yarımkürəsi praktiki olaraq nüvə silahından azad zonaya çevrilib. Həmin müqavilələr bunlardır: Sakit okeanın cənub hissəsini əhatə edən Rarotonqa müqaviləsi; Afrikanı əhatə edən Pelindab müqaviləsi; Cənubi Asiyanı əhatə edən Banqkok müqaviləsi, habelə Latın Amerikasını və Karib hövzəsi ölkələrini əhatə edən Tlatelolko müqaviləsi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

