Nüvə təhlükəsi artır
04.10.2022 [11:02]
Dünya həyəcan təbili çalır - bəşəriyyət humanitar fəlakətlə üz-üzədir
Pərviz SADAYOĞLU
Rusiya-Ukrayna müharibəsində yenidən “atom ritorikası” güclənməyə başlayıb. Belə ki, bir neçə gün öncə, Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarına televiziya ilə müraciətində bildirmişdi ki, Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşəndə bu ölkə əlində olan bütün vasitələrdən istifadə edəcək. Putin vurğulamışdı ki, Vaşinqton, London, Brüssel birbaşa Kiyevi hərbi əməliyyatları bizim ərazimizə keçirməyə sövq edir: “Onlar artıq gizlətmirlər ki, Rusiyanı hər vasitə ilə döyüş meydanında məğlub etmək, ardınca isə iqtisadi, siyasi, mədəni, ümumən istənilən suverenlikdən məhrum etmək, ölkəmizi tam talan etmək arzusundadırlar. Artıq nüvə şantajı da işə düşüb. Söhbət təkcə Qərbin təşviq etdiyi ZNPP-nin atəşə tutulmasından getmir, həm də NATO-nun aparıcı dövlətlərinin bəzi yüksək rütbəli nümayəndələrinin Rusiya Federasiyasına qarşı kütləvi qırğın, nüvə silahından istifadənin mümkünlüyü bəyanatlarından gedir”.
Prezident Putin öz nitqində xəbərdarlıq edib ki, Rusiya özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edir: “Rusiya ilə bağlı bu cür bəyanatlara yol verənlər üçün xatırlatmaq istəyirəm ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var, bəzi komponentlərdə isə NATO ölkələrininkindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyü təhlükə altında qalarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu blef deyil”.
Ukrayna dəstək axtarışındadır
Rusiya prezidentinin fikirləri isə bütün dünyada müzakirələrə yol açıb. Guardianın yazdığına görə, Ukrayna prezidenti ofisinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya Ukrayna ərazisində nüvə silahından istifadə edərsə, Qərb cavab verməli olacaq. “Digər nüvə dövlətləri qətiyyətlə bəyan etməlidirlər ki, Rusiya xarici ərazilərə, o cümlədən Ukrayna ərazisinə nüvə zərbələri endirmək barədə düşünən kimi, Rusiya Federasiyasındakı buraxılış meydançalarını məhv etmək üçün sürətli cavab zərbələri endiriləcək.
Fox News-un aparıcısı Taker Karlson isə Mixail Podolyakı ABŞ-ı Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri endirməyə çağırdığına görə tənqid edib. O, bu cür bəyanatları yersiz adlandırıb. Karsonun fikrincə, bu kimi müraciətlər ağılsızlıqdır. “Putinin sözlərinə cavab olaraq, Ukrayna hökuməti Rusiyaya dərhal nüvə hücumu etməyə çağırıb ki, bu, şübhəsiz ki, Nyu-York, Vaşinqton, Los-Ancelesin məhvinə gətirib çıxaracaq... Sağlam insanlar bunu heç vaxt demirlər”, -deyə o əlavə edib.
Karlson hesab edir ki, hazırkı vəziyyət Bayden administrasiyası üçün Kiyevə təzyiq göstərmək və Ukrayna münaqişəsinin dinc danışıqlar yolu ilə həllinə nail olmaq üçün doğru zamandır. Eyni zamanda o, Ağ Evin bu vəziyyətdə Ukrayna Silahlı Qüvvələrinə silah göndərməsindən təəssüflənib.
Aİ çağırış edir - ciddi qəbul olunmalıdır
Təbii ki, nüvə ritorikasının güclənməsi ən çox Avropa ölkələrini narahat edir. Bu mənada, narahatlıq da başadüşüləndir - döyüş məhz Avropa məkanında gedir. Avropa İttifaqının rəsmisi Josep Borrell İttifaqı Rusiyanın nüvə silahından istifadə təhlükəsini ciddi qəbul etməyə çağırıb. Onun sözlərinə görə, Moskvaya səfər edən və Kremlə gələn hər kəs Putindən eyni cavabı alıb: “Mənim hərbi məqsədlərim var və onlara nail olana qədər mübarizəmi davam etdirəcəyəm”.
Putinin Rusiyanı nüvə silahı ilə qorumaqdan danışarkən “blef etmədiyini” söyləməsinə Serbiya prezidenti Aleksandar Vuçiç də münasibət bildirib. O qeyd edib ki, sülhün gələcəyinə və hər kəsin kompromis həll yolu tapmaq üçün əlindən gələni edəcəyinə ümidlidir. Onun sözlərinə görə, bu, qarşı tərəfin məğlubiyyətini gözləməkdən qat-qat yaxşıdır.
ABŞ xəbərdarlıq edir - fəlakətli nəticələrə yol açacaq
ABŞ da öz növbəsində müzakirələrdən kənarda qalmayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi qeyd edib ki, nüvə silahından faktiki istifadə çox ağır nəticələrə səbəb ola və Rusiyanı “dünyadan kənar” vəziyyətə sala bilər.
Sentyabrın 25-də ABŞ administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə NBC televiziyasına müsahibəsində bildirib ki, Vaşinqton “birbaşa gizli” və “çox yüksək səviyyədə” Rusiya rəhbərliyini Ukraynada nüvə silahından istifadənin fəlakətli nəticələrə yol açacağı ilə bağlı xəbərdar edib. “Biz onlarla açıq danışdıq və ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə sərt cavab verəcəyini vurğuladıq”, - deyən müşavir hər hansı təfərrüat verməkdən imtina edib.
Putinin ilk xəbərdarlığı NATO-yadır
Professor Ceyms Kemeronun “Washington Post” qəzetində dərc olunan məqaləsində isə Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə riskinin nə qədər böyük olduğu qiymətləndirilib. Müəllifin fikrincə, Putin çıxışında iki aydın xəbərdarlıq edib. Birinci xəbərdarlıq NATO-ya ünvanlanıb. Putinin sözlərinə görə, alyans rəhbərliyi Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadəni müzakirə edir. O, Rusiya prezidentinin “Rusiya NATO ölkələrindən daha müasir məhvetmə vasitələrinə malikdir” fikrinə istinad edərək, NATO-nun hədəsinə Moskvanın nüvə zərbəsi ilə cavab verə biləcəyini bildirib.
Onun fikrincə, ikinci xəbərdarlıq daha ümumidir: “”Putin söz verib ki, Rusiya öz ərazi bütövlüyünü, rus xalqını və ölkənin müstəqilliyi və azadlığını” müdafiə etmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. İkinci xəbərdarlığın kimə ünvanlandığı o qədər də aydın deyil. Yəqin ki, bu, auditoriya, NATO üzvləri ilə məhdudlaşmır”.
Kemeronun sözlərinə görə, ilk xəbərdarlıqda yeni heç nə yoxdur. Rusiya hərbi doktrinasında (2014) və Rusiya Federasiyasının nüvədən çəkindirmə sahəsində Dövlət Siyasətinin Əsaslarında (2020) qeyd edilir ki, Moskva “nüvə silahından və ya digər vasitələrdən istifadəyə cavab olaraq nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Putinin müraciəti NATO-nun müharibə vəziyyətində müdaxilə etməsinə mane olmaq üçün nəzərdə tutulmuş əvvəlki bəyanatları ilə ziddiyyət təşkil etmir.
“İndi bəzi analitiklər deyirlər ki, ikinci xəbərdarlıqla Putin əvvəlcə Rusiyanın nüvə silahından istifadə imkanlarını genişləndirib. Amma Dövlət Siyasətinin Əsaslarında artıq ölkənin nüvə qüvvələrinin “dövlətin suverenliyini və ərazi bütövlüyünü” qorumaq üçün mövcud olması haqqında müddəa var. Ona görə də Putinin sözlərinin burada nəyi dəyişdiyi bəlli deyil”, - Kemeron qeyd edib.
Məqalədə bildirilir ki, Putinin Rusiyanın nəhəng strateji nüvə silahı arsenalından istifadə etməsi ehtimalı çox azdır. Şübhəsiz ki, o, apokaliptik nüvə müharibəsinə təhrik etməkdən çəkinir. Lakin Putin Ukraynanı və onun Qərb himayədarlarını alt-üst etmək üçün qısa mənzilli və az məhsuldar operativ-taktiki nüvə silahlarının istifadəsi ilə birlikdə təhdidləri əbəs deyil. Onun məqsədi münaqişənin daha da gərginləşəcəyi ilə bağlı təhdid yaratmaq və Rusiya şərtləri ilə müharibəni dayandırmağa məcbur etməkdir.
Münaqişənin xarakteri dəyişəcək
Bu arada isə NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynada nüvə silahından istifadə bu müharibənin mahiyyətini tamamilə dəyişəcək. Stoltenberq nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı açıqlamaları təhlükəli və məsuliyyətsiz ritorika adlandırıb: “Bu səbəbdən biz Prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək. Nüvə müharibəsində qalib olmayaq”.
“Aktiv müharibə davam etsə, nüvə ssenarisi qaçılmaz ola bilər”
Politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə bildirib ki, artıq Qərbin bir sıra aparıcı KİV-lərində nüvə təhlükəsi ilə bağlı təlimatlar başlayıb, təbliğat aparılır. Yəni insanlara nüvə müharibəsi başlayacağı təqdirdə onun fəsadlarından necə yayınmağı, sığortalanmağı izah edirlər. Bu isə təsadüfi deyil: “Təəssüflər olsun ki, indiki şəraitdə hər şey mümkündür və hər şeyə hazırlıqlı olmaq lazımdır. Baş verənlər COVİD-in ilk başladığı dövrü xatırladır. Həmin vaxtlarda da dünyanın bir sıra KİV-lərində virus təhlükəsindən qorunmaq üçün insanlara necə davranmaqla bağlı təlimatlar verilirdi. Hazırda ona bənzər, amma nüvə təhlükəsi ilə bağlı mənzərə yaşanır. Təbii ki, bunun arxasında müəyyən sifarişlər var. Sifarişlər isə bəzi insanların qorunmasına xidmət edir. Bu isə nüvə müharibəsinin başlanmasını heç kimin istisna etmədiyini göstərir. Yens Stoltenberqin də bildirdiyi kimi, belə bir hal baş tutsa, indiki müharibənin həm mahiyyət, həm də miqyas baxımından böyüməsi ehtimalı yaranır. Nüvə qarşıdurması müharibələrin ən təhlükəli mərhələsidir. Nüvə müharibələri kütləvi - 100 minlərlə insanın ölümü deməkdir. Orada hərbçidən daha çox mülki əhali zərbə altına düşəcək. Nüvə silahının təsir dairəsi olduqca genişdir. Təbii şəraitdən asılı olaraq bu, 100 minlərlə kilometr arta da bilər. Nəticədə humanitar fəlakət baş verə bilər. Ölməyən insanlar isə uzunmüddətli zəhərlənmə ilə bunun fəsadlarını yaşayacaqlar. Reallıq bundan ibarətdir. Fəsadı isə tək Ukrayna yox, digər ölkələr də yaşayacaq. Yəni söhbət lokal zərbələrdən getsə də, areal olaraq Ukrayna nəzərdə tutulsa da, təbii yayılma ilə qonşu ölkələr də bundan ziyan çəkəcək. Bu risk hətta Rusiyanın bir hissəsini və Türkiyəni də əhatə edəcək”.
Nüvə müharibəsindən qaçmaq üçün isə müxtəlif ssenarilər var. İ.Vəlizadənin sözlərinə görə, bu mənada, Roma Papasının çağırışı diqqəti cəlb edir. “Bu çağırış həm Ukraynaya, həm də Rusiyaya ünvanlanmışdı. Çağırışın mahiyyəti də onu göstərir ki, bəşəriyyət artıq bu humanitar fəlakətlə üz-üzə dayanıb. Bu riski aradan qaldırmaq üçün isə, müharibənin dayandırılması lazımdır. Aktiv döyüşlər dayanmalıdır ki, nüvə təhlükəsi aradan qalxsın. Bir müddət öncə Türkiyə prezidenti də bununla bağlı çağırış etmişdi və tərəfləri dayanmağa səsləmişdi. Bildirmişdi ki, intensiv danışıqlar başlamalıdır. Başqa çıxış yolu yoxdur. Əgər aktiv müharibə davam etsə, nüvə ssenarisi qaçılmaz ola bilər”, - deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

