Ermənistan Rusiyanı Metsamordan qovur?
23.02.2023 [11:13]
Kreml İrəvanı "çarmıxa çəkə" bilər…
Xərclənən pulların hesabatı İrəvandan tələb ediləcək
Rusiya ilə Ermənistan arasındakı ziddiyyətlər kəskinləşməkdədir. Ermənistanın daxilindəki bir sıra mühüm infrastrukturlara nəzarət edən, hətta bu infrastrukturların bəzilərini özəlləşdirən Moskva İrəvanın apardığı anti-rus siyasəti ilə barışa bilmir, bunu xəyanət kimi qiymətləndirir. Maraqlıdır ki, Ermənistan da artıq həyatı bahasına nəticələnə biləcək addımları ilə seçilir. Məsələn, bir müddətdir ki, Rusiya hərbi qüvvələrinin Gümrüdə yerləşən 102-ci Hərbi Bazasının çıxarılması ilə bağlı Ermənistan ictimaiyyəti aktiv müzakirələr aparır. Hətta ötən ay 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası da keçirilmişdi. Aksiyaçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi şüarlar səsləndirmişdilər, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar etmişdilər. Bundan başqa, hərbi bazaya gedən magistral yol bağlanmışdı. Rusiyaya qarşı etiraz aksiyasının iştirakçısı olan 65 nəfər sonradan Gümrü polis idarəsinə təhvil verilmişdi.
İndiki halda isə Ermənistan Rusiyanı bir addım da özündən uzaqlaşdırmağa niyyətlənib – bu dəfə "arqument" Metsamor AES-dir.
Rusiyadan ABŞ-a – Ermənistanın "U" dönüşü…
Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın Metsamordakı AES-in yenidən qurulmasında “Rosatom”un xidmətlərindən imtina etməyi planlaşdırır. KİV-də yayılan məlumatlara görə isə, ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası ilə saziş artıq təsdiqlənib və bu komissiya Ermənistanda yeni AES-in lisenziyalaşdırılmasına, kadr hazırlığına, təhlükəsizliyin qiymətləndirilməsinə və stansiya layihəsinin digər əsas elementlərinə nəzarət edəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a son səfərində mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdı.
Eyni zamanda, Nikol Paşinyanın 2022-ci ilin aprelində Moskvaya səfəri zamanı Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilədə Metsamorla bağlı müddəalar yer alır. Qeyd olunur ki, köhnəlməsi səbəbilə Rusiyanın yardımı ilə yeni AES-in tikintisi nəzərdə tutulur. Amma son məlumatlar onu göstərir ki, Paşinyan növbəti dəfə "vədinə xilaf" çıxır. AES-in modernləşdirilməsi üzrə layihəyə Rusiyanın xərclədiyi 270 milyon dolların taleyi isə hələ də qaranlıqdır - Ermənistan bu məbləği kredit şəklində qaytarmalı olsa da, iki ilə yaxındır bundan yayınır. Rusiyanın maddi tələbləri qarşılığında isə Paşinyan fürsətdən istifadə etməyə çalışır.
270 milyon dollar kredit, 30 milyon dollar qrant hara "qeyb oldu"…
Qeyd edək ki, Metsamor Ermənistanda yeganə atom elektrik stansiyasıdır və 1970-ci illərdə tikilib. Stansiyanın fəaliyyəti 1988-ci ildə Ermənistanda baş vermiş güclü zəlzələdən sonra dayandırılıb. 1995-ci ildə isə ağır iqtisadi vəziyyətlə əlaqədar olaraq stansiyada olan nüvə reaktorlardan birinin - ikinci bölmənin fəaliyyəti bərpa edilib. Ermənistanın elektrik enerjisi istehsalında bu stansiya ən böyük paya – təxminən 40 faizə sahibdir. Stansiyanın idarə edilməsi və fəaliyyəti üzərində nəzarət isə Rusiyanın "Rosatom” dövlət şirkəti tərəfindən təmin edilir. Stansiyada işləyən ikinci bölmənin istismar müddəti 2016-cı ildə bitdiyindən Ermənistan yeni stansiya qurmaq niyyətində idi. Lakin yeni stansiyanın tikilməsinin çox baha başa gəlməsi, buna təxminən 5 milyard ABŞ dollarıtələb olunduğu üçün Ermənistan yalnız fəaliyyət göstərən köhnə bölmənin yenilənməsinə "qol qoydu". Bunun üçün isə Beynəlxalq Atom Enerjisi Agentliyindən icazə alındı və yenidənqurma işlərinə başlanıldı.
Maliyyə qaynağına gəldikdə isə, 2014-cü ilin sonunda Rusiya ikinci bölmənin yenidən qurulması və xidmət müddətinin 2026-cı ilə qədər uzadılmasının təmin edilməsi üçün 270 milyon ABŞ dolları həcmində kredit və 30 milyon dollar qrant ayırmağa hazır olduğunu bəyan etdi. 2015-ci ilin fevral ayında isə kreditin və qrantın əldə edilməsi üçün müqavilə imzalandı. Kredit Ermənistana güzəştli şərtlərlə - illik 3%, maksimum 15 il üçün verildi. Yenidənqurma işlərinin 2019-cu ildə bitməsi planlaşdırılsa da, işlər planlaşdırıldığı kimi inkişaf etmədi. 2020-ci il II Qarabağ müharibəsinin başlaması ilə ayrılmış ümumi vəsaitin 107 milyon dolları istifadəsiz qaldı. Ondan öncə isə qlobal pandemiya ilə bağlı işlər uzanmışdı.
"Rosatom”un ardından "Geopromining" məyusluğu – Kremlin cavabı nə olacaq?
Məlumdur ki, verilən qərar heç də iqtisadi və ya "səmərəlilik" xarakteri daşımır – Paşinyanın bu qərarı Rusiyanın Ermənistandan çıxarılmasına xidmət göstərir. Çünki cəmisi iki il öncə belə Ermənistanın AES-lə bağlı mövqeyi fərqli idi. Hətta 2021-ci ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd etmişdi ki, Metsamor AES quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır. Ermənistan baş naziri Paşinyan yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacağını bildirmişdi. Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparırdı. Demək ki, nəinki köhnə AES-in təmiri, hətta tikilməsi nəzərdə tutulan yeni AES-lə bağlı planların danışığı da Rusiya ilə aparılırdı.
Göründüyü kimi, Ermənistanda hazırda hökm sürən bu əhval-ruhiyyə iki keçmiş müttəfiqin qarşıdurmasına çevrilib. Növbəti mərhələdə Rusiyanın bu "demarşa" cavabı isə maraq doğurur…
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

