SEPAH növbəti dəfə terror təşkilatı elan edildi
29.04.2023 [10:12]
ABŞ hökuməti SEPAH Kəşfiyyat Təşkilatının dörd yüksək rütbəli məmuruna da sanksiya tətbiq etdi
Neft tankeri SEPAH donanması tərəfindən saxlanılıb
İran yenidən rəsmi Vaşinqtonun hədəfinə tuş gəlib. Belə ki, ABŞ Maliyyə Nazirliyi SEPAH Təşkilatını sanksiyalar siyahısına salıb. Bununla əlaqədar ABŞ hökuməti SEPAH Kəşfiyyat Təşkilatının Ruhullah Bazqəndi, Məhəmməd Kazemi, Məhəmməd Məhdi Səyyari və Məhəmməd Hasan Mühqqiqi adlı dörd yüksək rütbəli məmurunu İslam Respublikasının sanksiya tətbiq edilən rəsmiləri siyahısına əlavə edib.
Xatırladaq ki, bu addım İranın Oman körfəzində kommersiya gəmisinin saxlamasının ardından baş verib. Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Oman körfəzində İran tərəfindən kommersiya gəmisinin saxlanılması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, 27 aprel yerli vaxtla saat 13:15-də Marşal Adaları bayrağı ilə Oman körfəzində, beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İranın İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) donanması tərəfindən saxlanılıb. Qeyd edilib ki, neft tankeri ələ keçirilərkən həyəcan çağırışı yayıb. Vurğulanıb ki, ABŞ-ın 5-ci donanması vəziyyəti monitorinq edir. “İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur. İran hökuməti neft tankerini dərhal buraxmalıdır”, - bəyanatda qeyd edilib.
Əlavə olunub ki, İranın gəmilər üçün yaratdığı narahatlıqlar və regional sulardan istifadə hüququna müdaxilə etməsi dənizçiliyin təhlükəsizliyinə və qlobal iqtisadiyyata təhdiddir. “Ötən iki il ərzində İran Yaxın Şərqdə ən az 5 kommersiya gəmisini qanunsuz şəkildə ələ keçirib”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, İranın İRNA xəbər agentliyi də SEPAH-ın Oman körfəzində kommersiya gəmisinin saxlanılmasına dair məlumatları təsdiqlədiyini yayıb.
SEPAH terror hadisələrinin fəal təşkilatçısı kimi...
İran İslam İnqilabı Keşikçiləri Korpusu ötən ildən Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısında da “təmsil” olunur. Ümumiyyətlə, 1979-cu ildə yaradılan SEPAH-ın adı son illərdə “milyardlarla dollarlıq işlər”də hallanır. Hətta “imperiyaya” çevrildiyi iddia olunan SEPAH verilən məlumatlara görə, İran Milli Neft Şirkəti və İmam Rıza Fondundan sonra “İranın üçüncü ən varlı təşkilatıdır. İnqilab keşikçilərinin media təşkilatı “Sepah News”dur. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı terror təşkilatı kimi tanıyır. SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib. Məsələn, SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb. 8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb. Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə həyatını itirib. Bundan başqa, Suriyada İİKK-nın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır.
Maliyyə dəstəyi və yeni texnologiyalardan istifadə...
SEPAH həmçinin Suriyadakı Hizbullah təşkilatının da yaradıcısı və maliyyələşdiricisidir. İran BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə tərtib etdiyi qadağalara baxmayaraq “Hizbullah”ın silahlanmasına yardım edir. Yəməndəki terrorçuları və Əl-Qaidəni dəstəkləyir, terrorçu qruplar hazırlayaraq Suriya, İraq, Əfqanıstan və Pakistana göndərir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah qruplaşması”na milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib. İran adına törədilən terror aktlarının əksəriyyəti isə “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir,
SEPAH onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər. Məsələn, 1989-cu ilin iyul ayında Vyanada tərədilmiş terror aktının icraçıları Avstriya ərazisinə İran diplomatik xidmətlərinin pasportlarından yararlanaraq daxil olmuşdular.
1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.
Son 25 il ərzində isə İranla bağlı qanlı terror aktlarının sayı artıb - səbəb bu ölkənin bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə başlamasıdır. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kibertəhlüksizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların İntellektual mülkiyyətləri oğurlanır. Məsələn, 2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013-cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2012-ci ildə Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yararlanmaq istəyiblər. İndiki halda Almaniyanın timsalında isə zəhərli maddələrdən istifadə etmək arzusu isə İranın bu təhlükələri davam etdirməkdən çəkinmədiyinin göstəricisidir.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

