“Taxıl sazişi”: Razılıq əldə olunacaqmı?
24.06.2023 [10:40]
Rusiya razılaşmaya əməl olunmadığını deyir
Mübariz FEYİZLİ
Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin fəsadları müxtəlif sahələrdə özünü büruzə verir. Müharibə geosiyasi gərginliyi, qarşı duran tərəflər və onlara havadarlıq edənlər arasında aqressiyanı gücləndirməklə yanaşı, dünya iqtisadiyyatına da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dəfələrlə həyəcan təbili çalınıb. Məsələ burasındadır ki, müharibə tərəfləri olan Rusiya və Ukrayna müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən də taxıl üzrə böyük istehsal potensialına malik olan ölkələrdirlər. Müharibənin başlaması, Ukraynada bir sıra əkin sahələrinin atəş altında qalması, Qara dəniz limanlarının fəaliyyətinin dayandır?lması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən ənənəvi təchizat zənciri qırıldı. Nəticə olaraq istehlak bazarında ərzaq məhsullarının qiyməti kəskin artdı, ayrı-ayrı ölkələr qıtlıqla üzləşdilər. Müharibə təzə başlayanda və Rusiyaya qarşı sanksiyaların ilk paketləri işə düşəndə analitiklər bunun dünyanın ərzaq təhlükəsizliyinə mənfi təsirlərini bir qədər gec dövr üçün proqnozlaşdırırdılar. Ancaq belə proqnozlar doğru çıxmadı və ərzaq qıtlığı dünyanı daha tez sınağa çəkməyə başladı.
Tarixi “Taxıl sazişi”
Məhz belə bir vaxtda, ərzaq qıtlığının dünyanın qapısını hər ötən gün daha şiddətlə döyməsi fonunda “Taxıl sazişi” kimi tarixdə qalacaq sənədin imzalanmasının zəruriliyi gündəmə gəlmişdi. Təşəbbüs BMT tərəfindən irəli sürülsə də, tarixi sənəd kimi dəyərləndirilən sazişin imzalanmasınadək keçilən yolda Türkiyə, bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğan xüsusi səy göstərdi. Çətinlik yaradan o idi ki, müharibə tərəfləri olan Rusiya və Ukrayna razılaşmanın imzalanması üçün özlərinin fərqli şərtlərini irəli sürürdülər. Ancaq qardaş Türkiyənin liderliyi ilə dünya birliyi tərəfləri masa arxasında oturmağa, birlikdə geniş müzakirələr aparmağa və maraqlar balansı yaratmağa nail oldu. Tarixi “Taxıl sazişi” 2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukraynanın rəsmilərinin imzası ilə təsdiqləndi. Sənəddə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması məqsədilə taxıl koridorunun yaradılması, eləcə də Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına icazə verilməsi nəzərdə tutulurdu. Xatırladaq ki, saziş paketi ilkin olaraq 120 gün müddətinə bağlanmışdı.
Ötən dövrdə “Taxıl sazişi”nin icrası tam miqyası ilə təmin edilməsə də, belə bir razılaşmanın əldə olunması dünya ərzaq bazarında mənfi meyilləri müəyyən qədər azaltdı, yaranan ajiotaj səngidi. “Taxıl sazişi”nin əhəmiyyətinə diqqət çəkən BMT-nin Baş katibi Antonio Quterreş deyib: “Bu razılaşmalar qlobal ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir. “Taxıl sazişi” çərçivəsində 30 milyon ton taxıl ixrac edilib”.
Antonio Quterreş “Taxıl sazişi” sayəsində bazarın daha stabil hala gəldiyini və qlobal ərzaq qiymətlərinin son bir ildə 20 faiz azaldığını ifadə edib. Bununla belə, sazişin icrası ilə bağlı narazılıqlar da zaman-zaman gündəmə gəlib. Xüsusilə də taxılın müştərilərinin yenə də varlı ölkələr olduğu geniş müzakirələrə yol açdı. Eləcə də bir sıra Avropa ölkələrinin fermerləri Ukraynadan daşınan ucuz taxılın onlara böyük ziyan vurduğunu gündəmə gətirdilər.
Kövrək olan razılaşma
Sonrakı mərhələdə ötən ilin noyabrında və cari ilin martında olmaqla iki dəfə uzadılan “Tazıl sazişi”nin icra müddəti 2023-cü il mayın 18-də bitirdi. Həmin ərəfədə BMT-dən, Türkiyədən, Ukraynadan, ABŞ-dan sövdələşmənin uzadılmasının zəruriliyi ilə bağlı ardıcıl açıqlamalar gəlirdi. Məsələn, ABŞ Dövlət Departamenti Qara dəniz üzrə “Taxıl sazişi” təşəbbüsünün davam etdirilməsinin zəruriliyini qeyd edib və tərəfləri onun uzadılmasına çağırıb. Bununla bağlı ABŞ Dövlət Departamenti yaydığı bəyanatında gəmilərin Ukrayna limanlarına daxil ola bilməsi və daha çox ərzağın dünya bazarlarına çıxarılması üçün bu təşəbbüsün uzadılmasına ehtiyac duyulduğunu xüsusi vurğulayıb. ABŞ dövlət katibi Antoni Blinken də aclıqdan silah kimi istifadə etməyi dayandırmağın vacibliyini diqqətə çatdırıb.
Birgə səylər nəticə verdi. Cari il mayın 17-də “Taxıl sazişi”nin daha 60 gün uzadılması barədə razılıq əldə olundu. “Gəmilərimizin Nikolaev və Olvia limanlarından maneəsiz çıxması ilə bağlı rus dostlarından zəmanət aldıq. Türkiyə sövdələşmənin bütün şərtlərini yerinə yetirmək üçün əlindən gələni edəcək”, - deyə Türkiyə lideri bildirib.
“Taxıl sazişi”nin növbəti müddətə uzadılmasını BMT-nin baş katibi Antonio Quterreş də alqışlayıb. Sazişin iyulun 18-ə qədər uzadılmasını müsbət qarşıladığını bildirən Antonio Quterreş deyib: ‘“Taxıl sazişinin uzadılması dünya üçün yaxşı xəbərdir”.
Ancaq “Taxıl sazişi”nin növbəti müddət üçün uzadılması fonunda etiraf olunur ki, razılaşmanın gələcək taleyi kifayət qədər kövrəkdir. Antonio Quterreş sazişlə bağlı bəzi problemlərin davam etdiyini və Rusiya, Ukrayna, Türkiyə və BMT-nin bu məsələlərin müzakirəsini davam etdirəcəklərini bildirib. Sazişi təkmilləşdirmək, genişləndirmək üçün hərtərəfli razılaşmaya ümid bəslədiyini vurğulayan Antonio Quterreş danışıqları müsbət atmosferdə aparan tərəflərə təşəkkür edib. O, Türkiyənin rolunu yüksək dəyərləndirərək deyib: “Mən Prezident Ərdoğana və Türkiyə hökumətinə BMT ilə koordinasiyada çalışdıqları üçün təşəkkür edirəm”.
Rusiyanın şərtləri...
“Taxıl sazişi”ni kövrək edən həm də Rusiyanın bu ölkənin şərtlərinin yerinə yetirilmədiyini iddia etməsidir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin “Taxıl sazişi” ilə bağlı verdiyi vədlərin çoxunu yerinə yertirmədiyini bəyan edib. O qeyd edib ki, birinci müzakirələr zamanı sazişin paket xarakteri gündəlikdə idi. Rusiya XİN rəsmisinin sözlərinə görə, həmin danışıqlarda Tolyatti-Odessa marşrutu ilə ammiakın daşınması və Ukrayna taxılının ixracı müzakirə mövzusu idi “Bu razılaşmalar simmetrik və balanslaşdırılmış şəkildə yerinə yetirilməli idi, amma BMT bunu təmin eləmədi”, - Zaxarova bildirib.
Bəs “Taxıl sazişi” ilə bağlı Rusiyanın hansı şərtləri var? Rusiya Xarici İşlər Nazirliyinin məlumatında sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən asılı olacağı vurğulanıb. Bu şərtlərə hansı səviyyədə əməl olunacağını zaman göstərəcək. Vaxt isə çox azdır. İyulun 18-də “Taxıl sazişi”nin növbəti uzadılma müddəti də tamamlanır. Hər halda ümid edək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

