İqtisadiyyatın 3 illik yol xəritəsi açıqlanacaq...
22.08.2023 [10:30]
Türkiyə yeni dövrə qədəm qoyur
Son dövrlərdə siyasi-iqtisadi aktivliyini daha da artıran Türkiyə yeni dönəmin mühüm oyunçularından birinə çevrilib. Yaxın Orta Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya ilə yüksək əlaqələr quran Ankara qarşıdakı dönəmdə Avropanın siyasi-iqtisadi həyatında mühüm rol oynamağa qərar verib.
275 milyon kubmetr qaz...
Xüsusi vurğulanmalıdır ki, son 2 illik kataklizimlərlə dolu dönəmdə Türkiyənin iqtisadi-siyasi rolunun vacibliyi faktı tam olaraq üzə çıxdı. Bütövlükdə, Avropanın yeni enerji xəritəsində Ankaranın tutduğu mövqe zəruri xarakter daşıyır. Avropa ilə alternativ enerji mənbələri arasında əlaqənin qurulmasında, eləcə də digər ölkələrin qazının nəqlində və satışında mühüm rol oynayacaq Türkiyə bütövlükdə “köhnə qitə” üçün enerji xilaskarına çevrilir. Təsadüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sonuncu Macarıstan səfəri də enerji mübadiləsi məsələsində mühüm əhəmiyyətə malik oldu. Belə ki, Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib. Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq. “Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”.
Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub. O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.
Prezident Ərdoğanın çağırışı...
Bu il mayın 28-də keçirilən prezident seçkiləri Türkiyənin siyasi həyatında yeni bir səhifə açmaqdadır. Son dövrlərdə regional aktordan qlobal güc mərkəzi statusuna yüksələn Türkiyə bölgəsəl və hətta daha geniş coğrafiyada baş verən siyasi-iqtisadi proseslərin əsas tənzimləyicisi rolunda çıxış edir. Mərkəzi Asiya, Yaxın Orta Şərq, Cənubi Qafqaz, o cümlədən Şərqi Avropa və Şimali Afrika kimi regionların iqtisadi-siyasi inkişaf trayektoriyasında iştirakçı kimi geniş yer alan Türkiyə münasibətlər sisteminin gələcək strateji yol xəritəsini də təqdim etməkdədir. Son bir neçə ayda bütün spektlar üzrə aktiv siyasi proseslərdə yer alan rəsmi Ankara gələcək hədəflərini bəyan edir. Təsadüfi deyil ki, Türkiyədə baş verən hər bir siyasi hadisə, hərəkətlənmə dünya miqyasında diqqətlə izlənir. Eləcə də daxili arenada yaşanan mühüm xəbərlər böyük maraq doğurur. Bu mənada Prezident Ərdoğanın yaxın bir il çərçivəsində problemlərin həlli ilə bağlı çağırışı da bütün dünyada diqqətlə izlənməkdədir. Təsadüfi deyil ki, sonuncu Nazirlər Kabineti iclasının da əsas gündəmi məhz daxili iqtisadi münasibətlərin tənzimlənməsinə həsr olunub.
Verilən vədlər...
Türkiyə mətbuatının iclasdan öncə yaydığı məlumata görə, toplantıda əsasən daxili və xarici siyasətdəki nailiyyətlər və iqtisadiyyat əsas müzakirə mövzusu olacaqdı. Bundan başqa inflyasiya ilə mübarizədə atılan addımlar da müzakirələrin əsas predmetlərdən sayılırdı. Qeyd edək ki, Prezident Ərdoğanın sədrliyi ilə baş tutan toplantıda AK Partiyanın seçkiöncəsi platformasında yer alan əsas məsələlər müzakirəyə çıxarılıb. Gənclər üçün pulsuz internetin təmini, mobil telefonlara verginin tətbiqinin aradan qaldırılması, faizsiz evlilik kreditləri və evdar qadınların pensiya hüququ kimi məsələlərin müzakirəsi də planlaşdırılırdı.
Müharibə, Taxıl sazişi, BMT qüvvələri ilə gərginlik...
Təbii ki, ən mühüm gündəmlərdən biri də Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və Taxıl Dəhlizi sazişidir. Eyni zamanda, görüşdə Kiprin Yaşıl Xətt üzərindəki Pile kəndindən ŞKTC-yə gedən avtomobil yolunun tikintisi zamanı Birləşmiş Millətlər Təşkilatı qüvvələri ilə yaşanan gərginlik də müzakirə olunub. İclasda həmçinin ABŞ ordusunun Suriyanın şimalında PKK/YPG ilə birgə manevrləri və ABŞ rəhbərliyinin 1 oktyabr tarixindən etibarən Kipr Yunan Administrasiyasına qarşı silah embarqosunun ləğvi qərarının uzadılması hərtərəfli qiymətləndirilib.
2024-cü il üçün 25 faiz, 2025-ci il üçün isə 11 faiz artım təklifi
Prezident Ərdoğanın sədrliyi ilə Beştəpədə keçirilən yığıncaqda 7-ci dövr kollektiv müqavilə danışıqlarındakı son vəziyyət də müzakirə olunub. 4 milyon məmur və 2,5 milyon təqaüdçü məmurun yaxından izlədiyi müzakirələrdə hökumət ikinci təklifində məmurlara 2024-cü il üçün 25 faiz, 2025-ci il üçün isə 11 faiz artım təklif edib. Rəsmi nümayəndələr təklifin yetərli olmadığını bildirsələr də, sövdələşmə prosesi Nazirlər Kabinetində müzakirə olunub. Hərbçilərin sosial təminatının artırılması ilə bağlı nəzərdə tutulan əlavə addımlar da nəzərdən keçirilib.
Ortamüddətli proqramın hazırlığı...
Bu arada ortamüddətli proqramın hazırlığı da davam edir. İqtisadiyyatın 3 illik yol xəritəsinin müəyyən ediləcəyi proqramın sentyabrın ilk 2 həftəsində açıqlanması gözlənilir. Proqramın hazırlıqları çərçivəsində hökumət nümayəndələri həmkarlar ittifaqları, maliyyə dairələri, işəgötürənlər və KOM-larla görüşlər keçirib. Həmin danışıqların mülahizələri və hazırlıqları da müzakirələrə təqdim olunub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

