Üçüncü Krım Platforması...
25.08.2023 [10:10]
Türkiyə mövqeyində qətidir
Avqustun 23-də Ukraynanın Müstəqillik Günü ərəfəsində Kiyevdə Krım Platformasının növbəti - üçüncü sammiti keçirilib. Qeyd edək ki, platforma 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaqını ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün 2021-ci ildə beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdı. Keçirilən ilk sammitdə Krım tatarlarının hüquqlarının qorunması, ətraf mühitin pozulması, Qara və Azov dənizləri bölgəsində ticarətin qarşısının alınması əsas müzakirə predmetləri olmuşdu. Ötən ilki sammitin əsas mövzusu isə Krımın Ukraynaya qaytarılması ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi və onun gedişatı idi. Bu dəfə də ənənəvi olaraq yenidən həmin mövzu istiqamətində müzakirələr aparılıb. Ukraynanın siyasi rəhbərliyi Krımla bağlı beynəlxalq iqtisadi qurumların, təşkilatların və ya şirkətlərin hər hansı işlər apara bilməməsi üçün səylərini və fikirlərini bölüşüblər.
Platforma iştirakçılarının sayı 67-yə çatıb...
Qeyd edildiyi kimi, sammit artıq üçüncü ildir ki, baş tutur. Bu dəfəki sammit isə ötən ilkindən fərqli olaraq tam onlayn rejimdə keçirilməyib - bəzi dövlət rəhbərləri və nümayəndələri əyani şəkildə toplantıya qatılıblar. Litva prezidenti Gitanas Nauseda, Moldova baş naziri Dorin Reçan və Finlandiyanın baş naziri Petteri Orpo, habelə Portuqaliya prezidenti Marselo Rebelo de Sousa, Macarıstan prezidenti Katalin Kovak, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelko Komşiç və Rəyasət Heyətinin üzvü Denis Beçeroviç toplantıda iştirak ediblər. Sammitin moderatoru Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxışında bildirib ki, Krım Platformasının iştirakçılarının sayı 67-yə yüksəlib. Yeni iştirakçılar arasında Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Serbiya da var.
Ukrayna prezidenti çıxış etdi...
Tədbirdə çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski bir daha bəyan edib ki, rəsmi Kiyev Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərin azad edilməsində və 1991-ci il sərhədləri daxilində (Krım da daxil olmaqla) ərazi bütövlüyünün bərpasında israrlı və qətiyyətlidir. Zelenski Rusiyada ukraynalıların saxlanması barədə fikirlər səsləndirib. O, Krımda xəstə atasına baş çəkməyə cəhd etdiyi üçün həbs olunan və 20 illik məhbəsə məhkum edilməsi gözlənilən Leniya Umerova haqqında fikirlərini bölüşüb. Zelenski Rusiyanın saxladığı bəzi şəxslərin də adlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb: “Onların bəziləri jurnalist olub həqiqəti söyləyib, bəziləri fəal olub həqiqət uğrunda mübarizə aparıb, bəziləri sadəcə olaraq, öz inanclarını sərbəst şəkildə həyata keçirmək istəyiblər, bəziləri işğalın sonunu tezləşdirməyə çalışıblar. Rusiya üçün isə bunların hamısı “cinayətdir”.
Krım qlobal iqtisadiyyatın bir hissəsidir
Qeyd edək ki, Platforma çərçivəsində Krıma gəlməyə hazır olan şirkətlərlə də müqavilə imzalanıb. Prezident Zelenski deyib ki, yarımadanın işğaldan azad edilməsinin ardından Krıma yatırım etməyə hazır olan beynəlxalq və yerli biznes dairələri öz dəstəyini hər zaman göstərir. Onun sözlərinə görə, bunların arasında beynəlxalq mehmanxana şəbəkələri, aviaşirkətlər, bank sektoru, sənaye və enerji şirkətləri və başqa istiqamətli qurumlar mövcuddur. Dövlət başçısı qeyd edib ki, Krım qlobal iqtisadiyyatın bir hissəsi olacaq. “Və bu gün biz ilk belə iqtisadi addımı atırıq. Ukrayna üçün Krıma gəlməyə hazır olan şirkətlərlə ilk sənədi imzalayırıq”, - deyə Zelenski bildirib. O qeyd edib ki, bu, açıq sənəddir, ona görə də istənilən maraqlı biznes nümayəndəsi, iş adamı bu sənədə imza ata, ona qoşula bilər. Zelenski əlavə edib ki, “Ryanair” və “Royal HaskoningDH” şirkətləri artıq sərmayə qoymağa hazır olduqlarını bəyan ediblər.
Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır...
Tədbirdə videomüraciətlə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını və bunu qeyri-qanuni hesab etdiyini bildirib. Türkiyənin dövlət başçısı deyib ki, Krımın yerli xalqlarından biri və bizimlə eyni kökdən olan Krım tatarlarının təhlükəsizliyini və rifahını təmin etmək bizim prioritetlərimizdəndir. Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsinin və Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpasının təkcə regiona deyil, bütün dünyaya rahatlıq gətirəcəyini də deyib. O əlavə edib ki, Türkiyə həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqeyini qoruyub saxlayır. Rəsmi Ankara BMT də daxil olmaqla, hər beynəlxalq platformada Krımın Ukraynanın bir hissəsi olduğunu ardıcıl olaraq vurğulayır. Türkiyə təxminən 18 ay əvvəl başlayan müharibənin ədalətli və davamlı sülhlə sona çatmasının zəruriliyinə də inanır: “Biz qan tökülməsinin dayandırılması üçün kommunikasiya kanallarını açıq saxlamaq və heç olmasa tərəfləri danışıqlar masasına oturmağa hazırlamaq üçün ciddi səylər göstəririk”.
Taxıl sazişi ilə bağlı səylər...
Türkiyə Prezidenti öz ölkəsinin də Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səylərini davam etdirdiyini və bu proses zamanı Ankaranın bölgədə gərginliyi daha da artıracaq addımlardan qaçmağı vacib hesab etdiyini bildirib. R.T.Ərdoğan, həmçinin 2021-ci ildə Rusiya tərəfindən saxlanılan Krım Tatar Məclisinin sədr müavini Nəriman Cəlal və digər Krım tatarlarının azadlığa buraxılmasını gözlədiyini bir daha vurğulayıb.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10

