“Vaqnerin” taleyi necə olacaq?
29.08.2023 [11:15]
Yeni rəhbərin Troşev olacağı iddia olunur
Yevgeni Priqojinin ölümü meydana “Vaqner” qruplaşmasına kimin rəhbərlik edəcəyi kimi bir sual da çıxarıb. Qeyd edək ki, son üsyandan sonra “Vaqner”in silah-sursat anbarları, maliyyə depoları boşaldılsa da, silahlı birliyin ətrafında hələ də minlərlə insan var. Bu boyda gücü isə “başsız” qoymaq olmaz. Ən azından peşəkar silahlı birlik kimi “Vaqner” bundan sonra da işə yaraya bilər. Bu baxımdan silahlı qrupa kimin komandir olacağı Rusiya mətbuatında ən çox müzakirə olunan predmetlərdəndir.
Əfqanıstandan Şimali Qafqaza...
Hələ Priqojinin ölümündən öncə, silahlı üsyandan sonrakı mərhələdə “Vaqnerin ölüm mələyi”nin başqa birisi ilə əvəz ediləcəyi barədə xəbərlər yayılırdı. İndiki halda isə bu şəxsin kimliyi ilə bağlı mühüm müzakirələr aparılır. Ən real namizədlərdən biri kimi muzdlularla dövlətin bağlantısını təmin edən Andrey Troşev göstərilir. Məlumata görə, Dmitri Utkinin Yevgeni Priqojinlə təyyarə hadisəsində həlak olmasından sonra “Vaqner”in lideri postuna tək namizədin Andrey Troşev olduğu qeyd edilir. Utkinin ölümündən sonra Troşev “Vaqner”də yeganə lider olaraq qalıb. 61 yaşlı Torşev Putinin yaxın adamlarından hesab edilir. Bildirilir ki, “Vaqner”in Sankt-Peterburqdakı inzibati heyətin rəhbəri olan 61 yaşlı Andrey Troşev tanınmış keçmiş komandirdir.
1962-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olan Troşev Leninqrad Ali Artilleriya Komandanlıq Məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra müxtəlif artilleriya bölmələrində komandir və zabit vəzifələrində xidmət edib. Sovet qoşunlarının məhdud kontingentinin tərkibində Əfqanıstan döyüşlərində iştirak edib. Xidməti vəzifələrini yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə iki Qırmızı Ulduz ordeni ilə təltif edilib. Sonralar M. İ. Kalinin adına Hərbi Artilleriya Akademiyasını (indiki - Mixaylovskaya Hərbi Artilleriya Akademiyası) bitirib.
SSRİ-nin dağılmasının ardından isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin tərkibində Şimali Qafqazda antiterror əməliyyatlarında iştirak edib, hərbi xidmətlərinə görə iki “Şücaət” ordeni və 2-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub. Təqaüdə çıxdıqdan sonra Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin orqanlarında xidmətini davam etdirib. 2012-ci ildə polkovnik rütbəsi ilə xidmətini başa vurub.
Aİ-nin, İngiltərənin və Ukraynanın sanksiya siyahısında...
Troşevin “Vaqner”lə yollarının qovuşması isə bundan sonra baş verib. Rusiyanın Suriyada olan məhdud hərbi kontingentinin tərkibində iştirak etmək arzusunu bildirir. Beləliklə, “Vaqner”in tərkibində Suriyaya gedir - Troşev Suriyada döyüş əməliyyatlarında birbaşa iştirak etməyib. O, təhlükəsizlik əməliyyatlarına rəhbərlik edib. Rusiya KİV-in məlumatına görə, Suriyadakı əməliyyatlardakı iştirakı Troşevi Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülməsi ilə nəticələnir. Bəzi media mənbələrinə görə, Troşev alkoqol asılılığından əziyyət çəkir. Təsdiqlənməmiş məlumatlara görə, Rusiyaya qayıtdıqdan sonra Troşev “Vaqner” özəl hərbi şirkətində qərargah rəisi kimi fəaliyyət göstərir. Hazırda onun “ictimai fəaliyyətlə” məşğul olduğu bildirilir. O, Sankt-Peterburqda “Yerli müharibələr və hərbi münaqişələr veteranlarının maraqlarını müdafiə edən liqa”nın sədridir.
2022-ci ilin iyunun 29-da o, Suriyada hərbi münaqişədə “Vaqner” qrupunun liderlərindən biri kimi iştirak etdiyi üçün Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib. Ondan öncə isə 2021-ci ildən Aİ zonası ölkələrinin sanksiya siyahısına daxil edilib. Onun haqqında Avropa İttifaqının rəsmi jurnalının 13 dekabr 2021-ci il tarixli sayında yazı dərc edilib: “Suriyada fəaliyyət göstərən “Vaqner Qrupu”nun Baş Qərargah rəisi Suriya qüvvələrinə təlim keçir və onlara rəhbərlik edir. “Vaqner” Qrupu həmçinin Əsəd rejimini dəstəkləyir və rejimə bağlı milislərlə, Suriya ordusu ilə birlikdə döyüşür. Andrey Troşev “Vaqner” Qrupunun Suriyadakı hərbi əməliyyatlarında birbaşa iştirak edir. Xüsusilə, o, Deyr əz-Zor bölgəsində gedən döyüşlərdə fəallıq göstərir. Beləliklə, o, Bəşər Əsədin hərbi əməliyyatlarına həlledici töhfə verir və Suriya rejimini dəstəkləyir və ondan faydalanır”.
Troşev 2023-cü ilin fevralında Ukraynanın sanksiya siyahısına da əlavə olunub.
İddiaçılar arasında daha kimlər var?
Rusiya mətbuatı həmçinin “Vaqner” hərbi şirkətinin bəzi bizneslərini “Redut” şirkətinin ələ keçirmə ehtimalından yazır. Bu şirkət Gennadi Timçenko tərəfindən təsis edilib. Oliqarx Gennadi Timçenko Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından biri kimi təqdim olunur.
Qeyd edək ki, ötən ay Böyük Britaniyanın İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilən sübutlarda keçmiş yüksək rütbəli rusiyalı zabit və “Vaqner” döyüşçüsü “Redut”un Putinə bağlı oliqarx Timçenko tərəfindən satın alınan fabrikləri qorumaq üçün yaradıldığını söyləyib. “Bu layihənin xaç atası olan Timçenko Rusiya ordusu tərəfindən təklif edilib” - deyən zabit qrupun əhəmiyyətinin Ukrayna müharibəsi ilə artdığına diqqət çəkib. ABŞ mətbuatının yazdığına görə, başqa bir namizəd Krım qubernatoru Sergey Aksyonovun yaratdığı “Konvoy” adlı xüsusi hərbi qrupdur ki, “Vaqner”in onun tərafında birləşmə perspektiv idə müzakirə olunur. Bundan başqa siyahıda “İmperator” konvoyunun şərəfinə adlandırılan qrupun başçısı, Priqojinin köhnə dostu Konstantin Pikalov da yer alır. Pilakov və komandası Ukraynanın Xerson vilayətində baş verən münaqişələrdə fəal iştirak edib. Rusiyanın dövlət karbohidrogen nəhəngi Qazprom tərəfindən maliyyələşdirilən Fakel və Potok kimi şirkətlərin rəhbərlik etdiyi hərbi qruplar da “Vaqner”in “irsinə” iddiaçılar arasında yer alır. Amma bu qrupların “Vaqner”i əvəz edə biləcəyi barədə fikirlər inandırıcı görünmür.
S. İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

