Rusiya daha bir müqavilədən çıxdı
08.11.2023 [11:20]
Kreml AASQM-dən çıxmaqla bağlı arqumentlər irəli sürür
Xəbər verildiyi kimi, Rusiya Federasiyası Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (AASQM) çıxıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “2023-cü il noyabrın 7-i saat 00:00-da Rusiyanın bu müqavilədən çıxması ilə bağlı prosedur başa çatıb. Rusiya təəssüflənmədən və haqlı olduğuna əmin olaraq bu müqavilə ilə vidalaşır. Əldə edilmiş həm müsbət, həm də mənfi təcrübə nəzərə alınacaq”, - nazirlik bildirib.
Xatırladaq ki, 2023-cü il mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsinin denonsasiyası haqqında qanunun hazırlanmasına göstəriş vermişdi. Mayın 29-da Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya edən qanunu imzalayıb.
Köhnə müqaviləyə yeni şərtlərlə də əməl olunmadı...
Qeyd edək ki, AASQM sazişi 19 noyabr 1990-cı il tarixdə Parisdə NATO üzvü olan 16 ölkə (Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) və Varşava Müqaviləsinin 6 dövləti (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya) tərəfindən imzalanmışdı və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdi. Müqavilə sənədi imzalayan ölkələrin malik ola biləcəyi hərbi texnikanın, o cümlədən tankların, artilleriyanın, helikopterlərin və təyyarələrin miqdarı üçün kvotalar müəyyən edirdi. AASQM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilərdi. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi.
1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində yeni şərtlər (Varşava Müqaviləsi Təşkilatının ləğvi və NATO-nun genişləndirilməsi) nəzərə alınmaqla müqavilənin yenilənmiş variantı növbəti dəfə imzalandı. Yeni qaydalara uyğunlaşdırılmış müqavilədə hər bir iştirakçı dövlətə bloklaşmadan fərdiləşməyə keçid üçün mühüm əsaslar yaradılmışdı. Bu müqavilə də heç bir NATO ölkəsi tərəfindən ratifikasiya olunmadı və demək olar ki, qüvvəyə minmədi.
Rusiya 2015-ci ildən formal üzv idi...
Rusiyanın müqavilə ilə bağlı mövqeyi ötən dövr ərzində bir neçə dəfə dəyişib - belə ki, 13 iyul 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin və əlaqədar beynəlxalq müqavilələrin Rusiya Federasiyası tərəfindən dayandırılması haqqında” Fərman imzaladı və 29 noyabr 2007-ci ildə müvafiq qanun qəbul edildi. 2015-ci ildən isə Moskva AASQM üzrə Birgə Məşvərət Qrupunun iclaslarına qatılmayıb. Eyni zamanda, indiyə qədər Rusiya sadəcə formal olaraq müqavilənin iştirakçısı olaraq qalır.
Öz növbəsində, Baltikyanı ölkələri Latviya, Litva, Estoniya və bir sıra Balkan dövlətləri (Sloveniya, Albaniya və Xorvatiya) müqaviləyə qoşulmaqdan imtina edib.
1992-ci il mayın 15-də Daşkənddə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova və Ukrayna tərəfindən müqavilə imzalandı. Bu sənəd məhz silahların bölüşdürülməsi prinsipləri və proseduru haqqında Saziş kimi də anlaşılırdı. Azərbaycan AASQM-i imzalasa da, keçmiş Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırlığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, NATO-ya dəfələrlə müraciətlər etmişdi.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

