Fransanın tarixdəki üzqızartısı -“Luiziana alveri”
20.12.2023 [11:06]
Dünyanın ən böyük və ən ucuz torpaq alqı-satqısı
Fransanın yürütdüyü neokolonist, müstəmləkəçilik siyasəti tarixin bütün dönəmlərində “aktuallığını” qoruyub. Zor gücünə, işğal nəticəsində əldə etdiyi torpaqlardakı yerli xalqlara məxsus mədəniyyəti, sərvəti, tarixi belə istismar edən Fransa üçün əsas amil sömürgəçilik, talan və qəsd kimi anti-bəşəri davranışlar olub. Tarixdə bir çox üzqızardıcı hərəkətləri ilə yadda qalan, işğalçı davranışları ilə seçilən Fransa bu gün də eyni zehniyyətdən xilas ola bilmir. Bəli, tarixin bir çox səhifəsində fransızların müstəmləkəçilik izləri hələ də qalmaqdadır. Məsələn, 1803-cü ilin 20 dekabrında ABŞ-ın Luiziana ştatının satın alınması məsələsinin Nyu Orleanda keçirilən mərasimi deyilənləri bir daha təsdiqləyir.
Fransa İspaniya ərazisini ABŞ-a necə satdı?
Məsələnin məğzinə keçməzdən əvvəl bildirək ki, indiki Luiziana ştatından fərqli olaraq 19-cu əsrin əvvəlində Luiziananın sahəsi Meksikadan Kanadayadək uzanaraq ABŞ-ın bütün mərkəzi ərazisini tuturdu. 1762-ci ildə İspaniya koloniyasına çevrilən Luiziana ərazisindəki Yeni Orlean şəhəri öz uğurlu mövqeyi sayəsində Missisipi çayını - Amerikanın əsas ticarət yolunu nəzarətdə saxlayırdı. Yəni, ABŞ-ın qurulmasından az müddət əvvələ qədər Şimali Amerikanın əsas ticarət kanallarına ispanlar nəzarət edirdilər. 1795-ci ildə ABŞ-la İspaniya arasında bağlanan müqaviləyə görə, İspaniya amerikanlara Yeni Orlean limanı vasitəsilə ticarət etməyə, eləcə də Missisipi ilə yük daşımalarına icazə verdi. Amma cəmi 3 il sonra 1798-ci ildə İspaniya həmin müqaviləni birtərəfli qaydada dayandırdı və ABŞ vətəndaşları Yeni Orleandan ticarət etmək hüququndan məhrum edildilər. Bu artıq ABŞ hökumətini narahat etdi və rəsmi Vaşinqton vəziyyətdən çıxış yolu axtarmağa başladı.
Həmin dövrdə isə Fransada Napoleonun başçılığı ilə Avropaya qarşı demarş hökm sürürdü. Napoleondan çəkinən İspaniya isə özünün Amerikadakı torpaqlarını - Luiziananı Fransaya vermək məcburiyyətində qalmışdı. Bununla bağlı 1800-cü il oktyabrın 1-də İspaniyanın San İldefonso şəhərində İspaniya ilə Fransa arasında imzalanan məxfi müqaviləyə əsasən Luiziana Fransanın nəzarətinə keçmişdi. Müqavilə isə məxfi idi - başqaları üçün bu ərazi İspaniya ərazisi sayılırdı.
Özü üçün ticarət yolu axtaran ABŞ rəhbərliyi isə Yeni Orlean limanını və Missisipinin şərq sahilini pulla almaq niyyətində idi. Məhz belə bir vaxtda Vaşinqton İspaniya ilə Fransa arasında məxfi müqavilənin bağlanmasından xəbər tutdu. Artıq əraziləri üzrə sövdələşmə Fransa ilə müzakirə olunacaqdı. ABŞ-ın Fransadakı o vaxtkı səfiri Robert Livinqston və əvvəlki səfir Ceyms Monro Parisə göndərildi. Fransa tərəfi amerikanların bu təklifini ilkin mərhələdə rədd etdi. ABŞ isə güclü Napoleon Fransası ilə nə mübahisə, nə də müharibə etmək iqtidarında deyildi. Təzyiq yalnız diplomatik sahə üzrə davam etdirilirdi.
ABŞ-ın 3-cü prezidenti Tomas Ceffersonun yaxın dostu olan Pyer Samuel Düpon 1802-ci ildə bu məsələyə cəlb edilir. Düpon Fransa rəhbərliyi ilə də yaxşı əlaqələrə malik idi. Bu səbəbdən də Düpon Ceffersonun adından Napoleonla danışıqlara başladı. Başı Avropaya qarışan Napoleon anlayırdı ki, ABŞ və ya Böyük Britaniya hər an Luiziananı işğal edə bilər. Avropada böyük müharibələrə hazırlaşan Nap?leon Amerikaya əsgər göndərəcək halda deyildi. Ən nəhayət, qarşıdakı müharibə üçün Napoleona böyük məbləğdə pul lazım idi.
Fransa işğal etdiyi əraziyə 15 milyon qiymət qoydu
Rəsmi Paris ABŞ-ın təklifini yenidən “gözdən keçirmək” məcburiyyətində qalmışdı. 1803-cü ilin aprelində Fransanın maliyyə naziri Fransua de Barbe-Marbua rəsmi olaraq ABŞ-ı məlumatlandırır ki, Fransa tərəfi Luiziananı satmağa hazırdır. Amerika nümayəndələri Fransanın təkcə Yeni Orleanı yox, bütün Luiziananı satmaq istədiyini bildikdə isə Vaşinqton heyrətə gəlir - məsələ onda idi ki, amerikanlar Yeni Orleana görə Fransaya 10 milyon dollar təklif edirdilər. Fransa isə cəmi 5 milyon dollar artıq məbləğə, yəni 15 milyona bütün Luiziananı təklif edirdi. ABŞ dərhal təklifi qəbul etdi. Luiziananın alqı-satqısı müqaviləsi aprelin 30-da hazırlandı və mayın 2-də Parisdə imzalandı. Müqaviləyə ABŞ tərəfindən R.Livinqston və C.Monro, Fransa tərəfindən isə maliyyə naziri Barbe-Marbua imza atır. ABŞ prezidenti bu müqavilə bağlı ölkə vətəndaşlarına iyulun 4-də məlumat verdi, iyulun 14-də isə müqavilə Vaşinqtona gətirildi.
Hektarı 11 sentə ...
Amerika hökuməti Luizianaya görə Fransaya pulu istiqraz formasında ödədi. Doğrudur, Böyük Britaniya ilə müharibə aparan Fransa əvvəlcə istiqrazları nə almaq, nə də dəyişdirmək istəyirdi. Amma ABŞ diplomatları vəziyətdən çıxış yolu tapdılar. Onlar Fransaya məsləhət gördülər ki, həmin istiqrazları Britaniyadakı Barinq bank evi və Amsterdamdakı Houp bankında dəyişdirsin. ABŞ tərəfi həmin bankların bu məsələ ilə bağlı razılığını da aldı. Fransa tərəfi təkliflə razılaşdı və ABŞ-dan gətirilən istiqrazlar dərhal həmin banklarda nağd pula çevrilərək Fransaya aparıldı. Alqı-satqı müqaviləsində 15 milyon ABŞ dolları göstərilsə də, bu pulun kreditlə alındığını və kredit faizlərini də nəzərə alanda Luiziananın alınması ABŞ-a 23 milyon 213 min 568 ABŞ dollarına başa gəlib. Alınan məbləğin 60 milyon frankı və ya təqribən 15 milyon dollar Fransa ilə ABŞ arasında hesablaşmalarda istifadə edildi. Bütün xərclər çıxıldıqdan sonra Fransa tərəfi 8 831 250 ABŞ dolları aldı. Vaxtilə pulla alınmış ərazidə indi ABŞ-ın 15 ştatı - Arkanzas, Missuri, Ayova, Oklahoma, Kanzas, Nebraska, Minnesota ştatının cənubu, Şimali Dakotanın böyük hissəsi, Cənubi Dakota, Nyu-Meksikanın şimal-şərqi, Montananın böyük hissəsi, Vayominq ştatının bir hissəsi, Texasın şimalı, Kolorado ştatının şərq yarısı, nəhayət Luiziana ştatının bir hissəsi daxildir. ABŞ-ın bu torpaqlara 23,2 milyon dollar ödədiyini və alınan torpağın sahəsini nəzərə alanda Luiziananın hər hektarı ABŞ-a cəmi 11 sentə başa gəlib.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20

