Prokuror Menendezi rədd edir...
29.12.2023 [11:16]
Bob isə Ağ Ev rəhbərliyinin “humanist davranışlarına” bel bağlayır
Ermənipərəst mövqeyə malik, Azərbaycana və Türkiyəyə qarşı çıxışları ilə “yadda qalan”, sonda isə rüşvət və korrupsiyaya bulaşdığı aydın olan amerikalı senator Robert Menendez hüquqi məsuliyyətdən yayınmağa çalışır. Belə ki, bir müddət öncə qızıl külçələr şəklində rüşvət aldığı iddia edilən, sonradan isə Misirin xeyrinə işləməkdə gunahlandırılan Menendez korrupsiya ittihamı ilə bağlı məhkəmə prosesinin təxirə salınmasına dair müraciət ünvanlamışdı. Korrupsioner ermənipərəst Menendezin məhkəmə prosesi gələn ilin mayın 6-na nəzərdə tutulur. Ötən həftə Bob Menendez və digər müttəhimlərin vəkilləri işin mürəkkəbliyini, hökumət tərəfindən məhkəmə prosesinə dair məlumatların təqdim edilməsi vaxtını və materialların həcminin böyüklüyünü əsas gətirərək, hakimdən məhkəməni gələn il iyulun əvvəlinə təxirə salmağı xahiş etmişdilər. Amma görünən budur ki, Bob Menendezin korrupsiya ittihamı ilə bağlı məhkəmə prosesinin təxirə salınmasına dair müraciəti rədd edilə bilər. “New York Post” nəşrinin yazdığına görə, ABŞ-ın Nyu-York ştatının Cənub dairəsinin federal prokuroru Damian Uilliams ermənipərəst senator Bob Menendezin korrupsiya ittihamı ilə bağlı məhkəmə prosesini Nyu-Cersi ştatında keçiriləcək ilkin seçkiyə qədər təxirə salmağa dair müraciətini rədd etməyi xahiş edib.
Siyasi dəyərləndirmələrə görə, Menendezin bu arzusu yeni hökumətdən “amnistiya” istəmək niyyətidir. Menendez hər seçkinin əvvəlində olduğu kimi, bu dəfə də Ağ Ev rəhbərliyinin hansısa “humanist davranışlarına” bel bağlayır. Məhkəmənin təxirə salınmasına gəldikdə isə hökm çıxarılacağı təqdirdə Menendezə “yardım etmək” o qədər də asan olmayacaq. Səbəb isə onun günahlandırıldığı ittihamların motividir.
Qeyd edək ki, Robert Menendezin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra - erməni əsilli Nadine Arslanyanla birgə yaşayışından sonra baş verib. “Arslanyan” soyadını Menendezə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendezin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşəvətə, korrupsiyaya bulaşan, təmsil etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendez irəli sürülən ittihama görə xarici ölkələrə casusluq belə edibmiş - onu dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsini qadağasını açıq şəkildə pozduğu qeyd olunub. Məsələ ilə bağlı “The New York Times”ın araşdırmasında bildirilir ki, görünür, ABŞ-də ilk dəfə olaraq vəzifədə olan senator 2-ci Dünya Müharibəsi dövrünün Xarici Agentlərin Qeydiyyatı Aktında nəzərdə tutulan davranışları pozub.
“Qızıl külçə” korrupsiya faktı isə Bob Menendezin yeganə korrupsiya əməli deyil. Senatorun özü və erməni əsilli arvadı əvvəllər də bu qəbildən olan ittihamlarla üzləşib. Amerka KİV-ində Menendezin cinayət əməlləri ilə bağlı çoxsaylı məqalələr işıq üzü görüb. Verilən məlumatlara görə, o, 2017-ci ildə rüşvət almaqda ittiham olunub və federal korrupsiya məhkəməsi ilə üzləşib. Bob Menendezin fırıldaqçı dostu Salomon Melgen ilə cinayət əlaqəsində olduğu məhkəmələrdə dəfələrlə araşdırılıb. Prokurorlar iddia edirdilər ki, Melgen bir neçə il ərzində yaşlı xəstələri lazımsız göz müalicələrindən keçməyə razı salaraq “Medicare”- dən 73 milyon dollar (bəzi mənbələrdə isə 128 milyon dollar) oğurlayıb. Salomon Melgen Amerikada Demokratlar Partiyasına ianə edən iş adamı kimi tanınır. Melgen 2012-ci ildə Menendezin yenidən seçilməsinə kömək edə biləcək qurumlara 660 min dollar ianə verib, onun uçuşlarının pulunu ödəyib. Melgen, həmçinin senatorun aldığı bahalı hədiyyələrin hesabını bağlayıb. O cümlədən Paris otelinə 4934 dollar ödəyib. Məlumatlara görə, Manhetten federal prokurorları araşdırma apararaq senator və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində daha hansı “hədiyyələr” aldığını öyrənməyə çalışırlar. İddialar arasında senatorun qadın dostlarına, Braziliyadan, Ukraynadan və Dominikan Respublikasından viza almaq üçün də qanunsuz əməllərə əl atdığı yer alıb. Bob Menendezin Senatdakı ofisinin 6 əməkdaşı bu işlə məşğul olub...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06

