Çoxəsrlik əməkdaşlıq
29.04.2024 [12:43]
Azərbaycan xarici siyasət uğurları ilə diqqətdədir. Bu, özünün aydın ifadəsini ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında, həmçinin ikitərəfli əlaqələrinin uğurla inkişaf etməsində tapır. Aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 nümayəndənin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bildirdi ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Son illərin qürurverici hadisələrindən biri paytaxt Bakıda keçirilən tədbirlərin iştirakçılarının bir çox hallarda işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi, bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı qazanmalarıdır. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunun iştirakçıları da Laçın rayonunda oldular. Bundan əvvəlki konfransın iştirakçıları Şuşada, Ağdamda və Zəngilanda olmuşdular. Dövlət başçısı İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forumdakı çıxışında Laçın rayonunda aparılan gnişmiqyaslı bərpa-quruculuq işlərindən danışdı. Qeyd edildi ki, Laçın yenidən qurulur. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması bizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən ilin may ayında dövlət başçısı İlham Əliyev 30 ildən sonra Laçına qayıdan ilk sakinlərə evlərinin açarlarını təqdim etdi. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta Laçını heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir. Laçının azad edilməsi də güclü siyasi iradənin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edildi.
Cənab İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərimizdə aparılan bərpa işlərindən bəhs etdi. Həmçinin diqqət ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasına yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, keçən ilin sentyabrından 9 ay ötür və görün nə qədər heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarıldı. Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Bunlar, çox qısa müddətdə görülən işlərin xronologiyasıdır.
Qeyd edilən dövrün mühüm hadisələrindən biri də Azərbaycanın noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyidir. “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik” söyləyən cənab İlham Əliyev, həmçinin tədbirlərə ev sahibliyi etməyin üstünlüklərini bildirdi. Ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaq. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.
Prezident İlham Əliyevin carı ilin 24 aprel tarixində ölkəmizdə dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatlarında da bu məqam vurğulandı ki, hazırkı dövrdə ölkələr arasında əlaqələrin inkişafında bərpaolunan enerji sahəsində mövcud imkanlar əhəmiyyətli rol oynayır. O da qeyd edildi ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Bu məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Almaniyaya işgüzar səfəri bu kimi məqamlara bir daha işıq saldı. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, eləcə də cənab İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq: “Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.”
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

