“Vətənə, xalqa həsr edilən ömür”
02.05.2024 [11:07]
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan rayon İcra hakimiyyətinin başçısının müavini Nizami Mönsümov və bir sıra rayon ziyalıları iştirak etdilər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərək bildirdi ki, bügünkü qüdrətli və güclü Azərbaycan xalqımızın əvəzolunmaz övladı, adını hər zaman qürurla çəkdiyimiz Heydər Əliyevin bizə miras qoyduğu xoşbəxt bir ölkədir. Ulu Öndərin xatirəsi vətənini sevən hər bir azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, intibahı, dirçəlişi milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Bugün haqqında fəxrlə, qürurla danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli məhz Heydər Əliyəv tərəfindən qoyulub.
Natiq Quluzadə vurğuladı ki, nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir.
Daha sonra dəyirmi masa ətrafında çıxış edən natiqlər də Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, əbədiyaşar Liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
Bəli, belə də oldu. Tarixi zaman baxımından çox qısa dövr keçdi, işğal altındakı torpaqlarımız azad olundu. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyi və müdrikliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.
Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” adlı videoçarx nümayiş etdirilib.
Sonda rayon təşkilatının fəal üzvlərindən olan 20 saylı ƏPT-nın sədri Nazim Dünyamalıyevin və “Qızıl Zəngilan” Jurnalının redaktoru rayon ziyalısı Möhübbət Qurbanovun 65 illik yubileyləri münasibətilə onlara Fəxri Fərman və hədiyyə təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03

