“Ulu Öndərin dövlət quruculuğu strategiyası: dünən, bu gün, sabah”
07.05.2024 [17:08]
07 may 2022-ci il tarixdə Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Ulu Öndərin dövlət quruculuğu strategiyası: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP İdarə Heyətinin üzvü, Milli QHT Forumunun vitse prezidenti Asif Əsgərov, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Pirallahı rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak ediblər.
Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasovun, rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirakı ilə “Nərəkənd balıqyetişdirmə kompleksi”nin yaxınlığındakı ərazidə baş tutan aksiyada 200-ə ədəd ağac və gül kolları əkilmişdir.
Daha sonra tədbir Pirallahı Gənclər Mərkəzində rayon ictimaiyyətinin nümayəndələrinin, partiya fəallarının iştirakı ilə davam etdirilmişdir. Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
Tədbirdə dövlət himnimiz səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi azərbaycanlı Heydər Əliyevin uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə nəzər salsaq görərik ki, müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Lakin bu liderler arasında XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Təsadüfü deyil ki, məhz o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Belə ki, Ulu Öndərin 1994-cü ilin sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişi ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran, müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab olunursa, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsasları formalaşdırıldı. Natiq vurğuladı ki, xalq öz ekzistensional vizyonu naminə adətən geriyə yox – irəliyə baxır. Bu istiqamətdə müdrik xalqımızın Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız cənab İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, sürətlə dəyişən hadisələrin ətrafında dünya şöhrətli atasının bütün fərdi idarəçilik və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Qürur hissi ilə qeyd edə bilərik ki, məhz möhtərəm İlham Əliyevin Ulu Öndərin əzəmətli siyasi varisi kimi Prezident seçildiyi 2003-cü ildən etibarən Azərbaycan yeniləşən, müasirləşən, demokratikləşən dövlətlərindən birinə çevrildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi olan Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Yüksək liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Mövzu ətrafında çıxış edən Asif Əsgərov və Bəhruz Quliyev Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışaraq Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulamış, xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd etmişlər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müaricət etmiş bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

