Azərbaycan-Belarus: Dostluq nümunəsi
20.05.2024 [11:53]
Samir Vəliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan dünya ölkələri ilə bərabər hüquqa əsaslanan əlaqələr qurur. Uğurlu və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrini gücləndirir. Ölkəmizin dostları sırasında Belarus Respublikası da xüsusi yer tutur. İki ölkə arasında siyasi-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir. Hər iki respublika sovetlər dövründə də yaxın münasibətlərə malik olub, müstəqillikdən sonra isə tamamilə yeni dinamik mərhələ başlanılıb. Son illərdə ikitərəfli əlaqələr daha da inkişaf etməyə başlayıb, iqtisadi dinamika hər il yüksəlib. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri münasibətlərin daha da inkişafına böyük təkan verəcək.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılıqlı əlaqələrin mövcud durumu və perspektivi barədə geniş müzakirə aparıblar. Bu amil ölkələrimiz arasında siyasi, humanitar, ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni mərhələ açır. Belarusun Azərbaycanla iqtisadi əməkdaşlığının yeni gündəliyində əsas ana xətt azad olunmuş ərazilərdə quruculuq və iqtisadi inkişaf proqramlarında yer almaqdır. Hazırda bu bölgədə dayanmadan artan iqtisadi təşəbüslərin və xarici investorların saysız təkilflərinin fonunda Belarus sərmayədar ölkələrdən geridə qalmaq istəmir və iqtisadi layihələrdə daha fəal olmaq istəyir. Xüsusilə, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tətbiq etdiyi vergi azadolmaları və güzəştləri həmin ərazilərdə biznes mühitinin güclənməsinə və inkişafına, xarici investisiyaların cəlbinə güclü təşviqlər yaradıb və bögədə dost ölkələrin şirkətləri də çalışır. Bu baxımdan Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir. Prezident Aleksandr Lukaşenkonun bəyan etdiyi kimi uzun müddət səhraya çevrilmiş bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır və ölkəsi bu prosesdə Azərbaycanın yanında yer almağı qürurverici hal sayır.
Azad edilmiş ərazilərin hədsiz dərəcədə zəngin mineral ehtiyatları və torpaq resursları vardır, bölgədə artıq kənd təsərrüfatının inkişafı üçün layihələrin icrası davam edir. Yeni aqrar layihələrin təməlləri qoyulur, əkin dövriyyəsini genişləndirmək üçün ən qabaqcıl texnologilar tətbiq olunur. Belarusun bu sahədə yaxşı təcrübəsini və potensiallarını nəzərə alsaq bu sahədə əməkdaşlıq hər iki tərəf üçün yaxşı fürsətlər yaradır. Azərbaycan minerla gübrələr, kimyəvi pestisid və maddələr, eləcə də kənd təsərrüfatı məqsədli xammal və ehtiyatların böyük bir qisminin xarisdən idxal edir. Bu cəhətdən dünyada mineral gübrə və kimyəvi aqrar mallar üzrə lider ölkələrdən biri olan Belarusun Qarabağda belə bir istehsal və emal kompleksləri yaratmaq niyyəti Azərbaycan üçün də arzuolunandır. Bundan başqa, Belarus kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində də MDB liderlərindən biridir, xüsusilə ağır sənaye texnikalarının istehsalında güclü imkanları mövcuddur.
Qarabağ və Şərqi Zəngəzur, həm də hazırda geniş sənaye parkları zonasına çevrilməkdədir. Bu bölgədə Araz Vadisi İqtisadi Zonasının və Ağdam Sənaye Parkının təməli qoyulub və bir neçə xarici şirkət rezidentlik hüququ əldə edib. Həmin investorlar 10 illik mənfəət vergisindən, xaricdən gətirilən avadanlıqlar 7 il müddətinə gömrük rüsumlarından və ƏDV-dən azad olunublar. Cəbrayıl, Ağdam, Zəngilan və digər bölgələrdə sənaye parkları və aqroparkları yaradılmaqdadır, xarici investorların bir qismi artıq işə başlayıb. Belarusun texnoloji gücü və imkanları aqrar-sənaye komplekslərinin yaradılmasında əsaslı rol oyanamış olardı, ona görə də bu ölkənin həmin bölgədə ən yaxşı sərmayədarlardan biri kimi kənd təsərrüfatı texnikalarının istehsalında yer alması əhəmiyyət kəsb edə bilər. Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə birlikdə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri də böyük əhəmiyyətə malikdir. Bu, əsl dostluq nümunəsidir. Bütövlükdə, Belarus Prezidentinin ölkəmizə səfəri gələcək əlaqələrimizin inkişafına böyük töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

