Milli qurtuluşdan başlanan intibah
13.06.2024 [11:47]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, müstəqilliyin qorunması, onun əldə edilməsindən çətindir. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də, XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma 1993-cü ildə, müstəqilliyin bərpasından keçən iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, total xaos və anarxiya Ermənistanın işğalçılıq siyasəti, ən nəhayət, səriştəsiz dövlət idarəçiliyi səbəbindən dərin uçuruma sürüklənməkdəydi. Bütövlükdə isə, dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, yenicə müstəqillik əldə etmiş dövlətin müstəqilliyini itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Yəni Ümummilli Liderin dediyi fikirlər özünü hələ o zaman təsdiq etmişdi. Şimalda, Cənubda yaradılan və ayrı-ayrı xarici kəşfiyyatlarının əli ilə idarə olunan separatçı qurumlar yenicə müstəqillik əldə etmiş ölkəmizi, dövlətimizi məhvə doğru sürükləyirdi. Dövlətin ərazi bütövlüyünün qorunmasına məsul olan orduda və o zamankı hakimiyyət daxilində baş verən daxili çəkişmələr, kreslo davaları onsuz da ağır vəziyyətdə olan xalqımızı daha çətin duruma doğru aparırdı. Bazar və dükanlarda strateji qida məhsullarının yoxa çıxması, saatlarla çəkən çörək növbələri, silahlı reketçilik, cinayətkar qanunlarının dövlət qanunlarını üstələməsi kimi hallar Azərbaycanı xəritədən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu.
Üzləşdiyi xaosdan xilas olmaq istəyi Azərbaycan xalqı və dövləti üçün qaçılmaz zərurətə çevrilmişdi. Azərbaycan ziyalıları ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək üçün yollar arayır, dərinləşməkdə olan mövcud sosial-iqtisadi-siyasi böhrandan qurtarmaq istəyirdi. Bu Qurtuluşu isə Azərbaycan xalqına yalnız o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsini daşıyan dünya şöhrətli siyasi xadim Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edə bilərdi. Hələ SSRİ dönəmində Azərbaycanın möhkəm iqtisadi əsaslarını məhz Ümummilli Liderimiz Heydər Əliyev yaratmışdı. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, böyük təşkilatçılıq, cəsarətli ideyaları sayəsində ötən əsrin sonlarında aqrar ölkə olan Azərbaycanı Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirmişdi. Məhz bu səbəbdən Azərbaycan ziyalıları və xalqımız dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda yenidən o böyük şəxsiyyəti - Heydər Əliyevi qüdrətli xilaskar kimi siyasi hakimiyyətə dəvət etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası inkişaf edir, cəmiyyət quruculuğu sahəsində də qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə 15 iyun 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla, xilaskarlıq missiyasını həyata keçirdi, inkişaf və tərəqqi tarixinin əsasını qoydu. Bununla da, ölkəmizdə Milli Qurtuluş hərəkatının əsası tariximizə qızıl hərflərlə həkk olundu. 15 iyun müstəqil Azərbaycan dövlətinin və xalqının taleyinə "Milli Qurtuluş Günü" kimi daxil oldu. Təbii ki, heç bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan həyata keçirmək mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başladı. Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” və bunun nəticəsi olaraq xarici investisiyaların ölkəmizə cəlbi Azərbaycanın iqtisadi böhrandan çıxarılmasında mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordunun yaradılmasına start verildi, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Bir sözlə, 1993-2003-cü illər müstəqil Azərbaycanın Milli Qurtuluşdan başlanan intibahının birinci mərhələsinə çevrilmişdir. Bu baxımdan, vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir və həmin model Onun layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əgər bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının yaşaması, yaşadılmasıdır. Dövlət başçımız öz müdrik strategiyası, məqsədyönlü siyasəti ilə hər zaman öz xalqına arxalanıb, xalq isə Prezidentinə öz etimadını xalq-iqtidar vəhdəti ilə sübuta yetirməkdədir. Elə bu birliyin nəticəsi idi ki, dünya güclərinin dəstəyi ilə Qarabağı işğal etmiş erməni faşistləri 44 günlük müharibə nəticəsində torpaqlarımızdan təmizləndilər. 2023-cü ilin sentyabrında isə 23 saatlıq antiterror əməliyyatları nəticəsində isə Azərbaycanın suverenliyi və Konstitusiya bütövlüyü tam təmin olundu. Bütün bunlar isə tariximizin qürur səhifəsi olan Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi danılmaz, əbədi reallıqdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

