Azərbaycan milli enerji şəbəkəsini gücləndirir
27.06.2024 [13:59]
Enerji təhlükəsizliyinin mühim amil olduğu dünyada, Azərbaycan enerji təhlükəsizliyini bir neçə il əvvəl təmin etmişdir. Hazırda, Azərbaycan, nəinki öz enerji tələbatlarını təmin edir, həm də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektirk enerjisini də ixrac edir. Bundan başqa,Azərbaycanın bərpaolunan enerji ilə bağlı tamamilə fərqli proqnozları vardır.Birincisi bu sahədə ölkəmizdə nəhəng potensial vardır. İkincisi, Azərbaycan bununla da ixracı daha da şaxələndirəcəkdir. Odur ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
Cari ilin birinci yarısında cənab Prezident İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibədə COP29-la bağlı məsələyə toxunması və Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, izahları və təklifləri xarici mühitin diqqətini bu məsələlərə cəlb etməkdə davam edir. Müxbirin enerji sektoru ilə bağlı verdiyi sualda cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin hərtərəfli inkişafını sübut edir: “Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.”
Enerji iqtisadi artım üçün çox mühüm istehsal amilidir. İşğaldan azad edilən rayonlarda əldə ediləcək bütün elektrik enerjisi də yaşıl enerji prinsipi ilə istehsal olunacağı hədəflənməkdədir. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. İşlərin həcmi getdikcə artıq və Azərbaycan milli enerji şəbəkəsini gücləndirir.
Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət düşünülmüş və uzaqgörən müdrikliyin nümunəsidir Məhz uğurlu enerji siyasəti bu sektorda dünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir. Azərbaycanda yaxşı sərmayə mühiti var. Hal-hazırda ənənəvi enerjidən əldə edilən gəlirlər bərpa olunan enerjiyə yönəldilir. Bu layihələr Azərbaycanın mövqeyini daha da gücləndirəcəkdir. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi də şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri ölkələr və şirkərlər arasında birliyi və həmrəyliyi yaratmaqdır.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

