/ / YAP Nizami rayon təşkilatı qısamüddətli perspektivdə üzvlərinin sayını iki dəfə artırmağı hədəf kimi qarşısına qoyub
YAP Nizami rayon təşkilatı qısamüddətli perspektivdə üzvlərinin sayını iki dəfə artırmağı hədəf kimi qarşısına qoyub
05.10.2012 [03:48]
Sədr - Sədaqət Vəliyeva
Üzvlərin sayı - 8853 nəfər
Şura - 61 nəfər
İdarə Heyəti - 15 nəfər
Nəzarət- Təftiş qrupu - 5 nəfər
Qadınlar - 4283 nəfər
Gənclər - 3921 nəfər
Ali təhsillilər - 4927 nəfər
İlk təşkilatların sayı - 110
Təsis olunduğu tarix- 11.09.1993
Təşkilatın ünvanı - Qara Qarayev prospekti, 2a
Əlaqə telefonları - 012-421-64-24; 012-421-68-25
YAP Nizami rayon təşkilatının çevikliyini əsaslandıran başlıca amil mükəmməl iş mexanizmidir
1993-cü ilin sentyabr ayının 11-də təsis edilmiş Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı partiyanın Bakı şəhəri üzrə ən aparıcı yerli strukturlarından biridir. İstər seçkilər, istərsə də, kütləvi tədbirlər zamanı yüksək fəallığın nümayiş etdirilməsi, rayon əhalisi ilə sıx təmasların qurulması və ciddi nailiyyətlərin əldə olunması təşkilatın nüfuzunun göstəricisidir. Əlbəttə ki, bu cür səmərəli fəaliyyətin də əsasında mükəmməl təşkilati işlər və müasir səviyyədə təchizat sistemi dayanır. YAP Nizami rayon təşkilatı rayon əhalisinin asanlıqla əlaqə saxlaya və müraciət edə biləcəyi məkanda yerləşən və 2009-cu ilin noyabr ayının 17-də partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədovun iştirakı ilə açılışı olan üçmərtəbəli binada yerləşir. Burada da YAP-ın digər şəhər və rayon təşkilatlarında olduğu kimi, yüksək səviyyədə texniki təchizat işləri aparılıb, operativ fəaliyyət üçün lazımi şərait təmin edilib. Təşkilatda sədrlə yanaşı, aparat rəhbəri, baş təlimatçı, 4 təlimatçı, texniki işçi, mühasibat, sürücü və mühafizəçi işləyir. Təşkilatın binasında, həmçinin, Heydər Əliyev güşəsi, yüksək səviyyədə təchiz edilmiş otaqlar, konfrans zalı, vətəndaşların qəbulu kabineti, kompüter zalı və digər profilli mərkəzlər mövcuddur.
Təşkilatın özəlliyi onun aparatının tamamilə gənclərdən ibarət olmasındadır
YAP-ın Nizami rayon təşkilatı ilə tanışlıq zamanı diqqətimizi çəkən xüsusi məqam təşkilatın aparatının tamamilə gənclərdən ibarət olması idi. Burada Aparat rəhbərindən tutmuş mühafizəçiyə qədər bütün əməkdaşları gənclər təşkil edir. Məhz, təşkilatın Bakı şəhəri təşkilatları arasında daha çevik və operativ fəaliyyət sərgiləməsinin də əsas səbəblərindən biri bundan ibarətdir.
Təşkilatın sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bizimlə söhbəti zamanı bildirir ki, hazırda Azərbaycan dövlətinin gənclər siyasətinin daha da inkişaf etməsi və Yeni Azərbaycan Partiyasının da gənclərin fəaliyyətinə üstünlük verməsi bizə bu şəraiti yaratmağa imkan verir. “Etiraf etmək lazımdır ki, gənclər cəmiyyətimizin aparıcı təbəqəsidir. Onların intellektual qabiliyyəti və kreativliyi gənclərin tez-tez təşəbbüslərlə çıxış etmələrini, daha enerjili işləmələrini şərtləndirir. Partiyanın rayon təşkilatı olaraq, biz də gənclərin fəaliyyətinə geniş yer veririk”, - deyən təşkilat sədri diqqətə çatdırır ki, partiyanın 20 illiyi ilə bağlı məhz, gənclərimizin rəngarəng tədbirləri olacaq.
Əsas hədəf təşkilatın üzvlərinin sayının iki dəfə artırılmasıdır
Qeyd edək ki, 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan və rayon təşkilatının sədri kimi 2008-ci ildən fəaliyyətə başlayan Sədaqət Vəliyeva, həmçinin, 25-ci seçki dairəsindən millət vəkili seçilib. Sədaqət Vəliyeva millət vəkili və təşkilat sədri kimi tez-tez rayon sakinlərilə görüşür, onların problemlərilə maraqlanır, insanların YAP-ın ətrafında daha sıx birləşməsinə çalışır. Onun sözlərinə görə, rayon əhalisinin böyük əksəriyyəti tez-tez partiyaya üzv olmaq üçün müraciət edirlər: “Hazırda rayon təşkilatının 8853 nəfər üzvü var. Onların 4283 nəfərini qadınlar, 3921-ni isə gənclər təşkil edir. Bütün üzvlərimiz isə hazırda 110 ərazi ilk partiya təşkilatında birləşib”.
Sədaqət Vəliyeva söyləyir ki, təşkilatın qarşıdakı hədəfi yaxın illərdə üzvlərinin sayını 2 dəfə artırmaqdır. “Üzvlərin qəbulu prosesinin dinamikliyi bizə imkan verir ki, bu tempi daha da artıraq. Bunu isə ideya-siyasi təbliğatın daha da gücləndirilməsilə reallaşdaracağıq”, - deyə vurğulayan Sədaqət Vəliyeva diqqətə çatdırır ki, son illər ərzində ölkədə müşahidə olunan mütərəqqi proseslər və inkişaf tendensiyaları insanların YAP-a axınını təmin edib.
Rayon təşkilatının İdarə Heyətinin üzvü Dünyamalı Pənahov, rayon Şurasının üzvü Fəridə Bağırova, “Zəfər” ərazi ilk partiya təşkilatının sədri Nazim Qasımov və “Ana və Uşaq” ərazi ilk partiya təşkilatının sədri Aidə Bağırova da bildirirlər ki, hazırda cəmiyyətdə partiyaya olan inam və etimad yüksək səviyyədədir.
Məlumat üçün bildirək ki, Nizami rayonunda son statistikaya görə, 183 200 nəfər yaşayır. Bu mənada demək olar ki, rayon təşkilatı qısamüddətli perspektivdə qarşısına qoyduğu hədəfə asanlıqla nail ola bilər. Bu işdə isə təbii ki, təşkilatın Qadınlar Şurasının və Gənclər Birliyinin də üzərinə böyük məsuliyyət düşür.
Qadınlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər
YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının üzvləri də ictimai-siyasi proseslərdə əhəmiyyətli rol oynayırlar. Onların xüsusi fəallığı nəticəsində rayonda qadınlar öndə gedən qüvvə kimi bütün tədbirlərdə və görüşlərdə fəallıqla iştirak edirlər. Təşkilatın qadınlarının fəaliyyətindən razılıq ifadə edən Qadınlar Şurasının sədri Sevda Abdullayeva söyləyir ki, son seçkilər zamanı müşahidə olunan aktivlik hər bir partiya üzvündə qürur hissi yaradıb: “Biz çalışırıq ki, bu fəallığı qoruyub saxlayaq, hətta, daha da artıraq. Çünki, Azərbaycan dövləti gücləndikcə, insanlarımızın rifah halı yüksəldikcə, dövlətimizin uğurlarından narahat olan, həmçinin, anti-milli mövqedə duranların da sayı artır. Ona görə də, bu cür qüvvələrin iflasa uğraması üçün daim inkişaf etməliyik, sayımızı artırmalıyıq və dövlətə olan sevgimizi daha geniş təbliğ etməliyik”.
Sevda Abdullayeva deyir ki, YAP-ın yaranmasının 20 illiyilə əlaqədar olaraq, təşkilatın Qadınlar Şurasının üzvləri silsilə tədbirlər hazırlayır. “Düşünürəm ki, YAP Nizami rayon təşkilatının qadınları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir və bundan sonra da belə olacaq” - deyə o, əlavə edib.
Gənclər daha çox müasir təbliğat vasitələrindən istifadə edirlər
Qeyd olunduğu kimi, YAP Nizami rayon təşkilatı fəaliyyətində daha çox gənclərin potensialından istifadə edir. Elə təşkilatın qərargahında olarkən də, gənclərin aktiv iş prosesi çərçivəsində olduğunu gördük. Həmin iş prosesində xüsusi fəallığı ilə seçilən təşkilatın Gənclər Birliyinin sədri Əli Pənahov bizimlə söhbəti zamanı deyir ki, həftə ərzində rayonun gənclərilə qərargahda bu cür görüşlər keçirilir. “Burada biz tədbirlərimizlə, sosial şəbəkələrdəki fəaliyyətimizlə bağlı fikir mübadiləsi aparırıq, təklifləri, təşəbbüsləri dinləyirik və onları qruplaşdıraraq, təşkilatın aparatına təhvil veririk”, - deyən Ə.Pənahov əlavə edir ki, məhz, belə iş prosesi rayonda xüsusi canlanmaya səbəb olub. Onun sözlərinə görə, təşkilatın Gənclər Birliyi daha çox müasir təbliğat vasitələrindən istifadə etməyə üstünlük verir: “Elə partiyamızın yubileyilə əlaqədar olaraq, çeşidli tədbirlər hazırlamışıq və onların reallaşdırılmasına başlayacağıq”.
Partiyanın 20 illiyilə bağlı fləşmob planlaşdırılır...
Qeyd edək ki, təşkilatın fəaliyyətilə tanışlıq zamanı otaqların birində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyilə bağlı fləşmob aksiyasının müzakirəsinin aparıldığını da müşahidə etdik. Bununla bağlı məlumat verən Əli Pənahov deyir ki, oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni parkda aksiya keçiriləcək. Bu fləşmob aksiyası zamanı parkda istirahət edən insanlara ümumi məlumatlar veriləcək və partiyamızın təbliğini özündə əks etdirən müxtəlif addımlar atılacaq.
Bütün işləri koordinasiya edən təşkilatın aparatı fəaliyyətin daha da keyfiyyətli qurulmasına çalışır
Əlbəttə ki, yuxarıda söylənilən bütün işlərin koordinasiya edilməsi birbaşa olaraq, rayon təşkilatının aparatına aiddir. Aparat təşkilati işlərlə yanaşı, Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyətinin də qurulmasında iştirak edir.
Təşkilat aparatının rəhbəri Ramil Vəlibəyov bizimlə söhbətində deyir ki, onların ilk işi ərazi təşkilatları ilə aktiv ünsiyyətin qurulması, üzvlərin qəbul edilməsi, sənədləşdirmə və arxivləşdirmənin aparılması, üzvlük haqlarının yığılması və uçot məsələləridir. Aparat rəhbəri xüsusi olaraq vurğulayır ki, son dövr ərzində üzvlüklə bağlı müraciət edənlərin sayı getdikcə artır. “2010-cu ildə partiyaya qəbul 737 nəfər olmuşdusa, bu rəqəm 2011-ci ildə 447 olub. Lakin cari ilin təkcə 6 ayı ərzində 448 nəfər partiyaya qəbul edilib. Müraciətlərin sayının artması isə onu deməyə əsas verir ki, bu say dəfələrlə artacaq”, - deyə aparat rəhbəriəlavə edib. Onun sözlərinə görə, tədbirlərin təşkili, keçirilməsi və digər rayon təşkilatları ilə yazışmaların aparılması da ümumi işə daxildir.
YAP Nizami rayon təşkilatı qarşısına qoyduğu hədəfə nail ola biləcək
Beləliklə də, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının fəaliyyətilə yaxından tanışlıq zamanı bir daha YAP-ın müasir siyasi partiyaya məxsus əsas xüsusiyyətlərini anlamış olduq. Təşkilatın siyasi partiya funksiyalarını yerinə yetirməklə yanaşı, eyni zamanda, rayonun sosial həyatında da yaxından iştirak etməsi, insanların problemlərinin həlli prosesində fəallıq nümayiş etdirməsi YAP-ın elə xalqın partiyası olduğunu bir daha təsdiqlədi. Eyni zamanda, təşkilatın qurduğu səmərəli fəaliyyət sistemi onun qarşısına qoyduğu hədəfə nail ola biləcəyinə əminlik yaradır.
Düşünürük ki, bu rayon təşkilatı da qarşıdan gələn ictimai-siyasi proseslərdə daha da aktiv olacaq və Yeni Azərbaycan Partiyasının yeni qələbələr qazanmasına özünəməxsus töhfələr verməkdə davam edəcək.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

