Tarixi zərurətdən doğan QƏRAR
05.07.2024 [10:58]
Məlum olduğu kimi, ölkəmiz daha bir tarixi hadisə qarşısındadır. Azərbaycan Prezidenti İlham Əliyev sentyabr ayının 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 44 günlük zəfər müharibəsindən sonra ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti, növbədənkənar prezident seçkilərindən sonra bu dəfə ali qanunverici oqranda da yeniləmə qərarı alıb.
İlk ondan başlayaq ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq fevral ayında prezident seçkiləri bütün ölkə ərazisində keçirilib. Fevralda keçirilən prezident seçkilərinin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə etməyi oldu. Taleyüklü məsələnin xalq-iqtidar birliyinin gücü hesabına həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir.
Hazırda da tarixi inkişafımızın yeni bir mərhələsinə qədəm qoyduq və yeni mərhələdə qarşımızda çox ciddi hədəflər mövcuddur. Konstitusiyaya görə, parlament seçkiləri noyabr ayının ilk həftəsində keçirilməli idi. Lakin proqmatik düşüncə tərzi sərgiləyərək, zaman baxımından düzgün, milli maraqlarımıza uyğun araşdırma apararaq parlament seçkilərinin iki ay qabağa çəkilməsi haqqında qərar qəbul olundu. Bu da hər şeydən öncə yeni tarixi reallıqlar fonunda keçiriləcək növbəti seçkidir. Soydaşlarımız artıq məcburi köçkün statusunda deyil, öz doğma torpaqlarında seçki hüquqlarından istifadə edəcəklər. Hər bir vətəndaşın həyatında bu xüsusi bir hadisədir.
Növbədənkənar parlament seçkiləri bundan sonrakı mərhələdə əsas diqqətimizi mühüm məsələlərin həllinə yönəltməyə imkan verəcək. Çünki parlament seçkiləri özlüyündə olduqca mühüm siyasi hadisədir.
Bundan başqa, olduqca önəmli daha bir fakta diqqət edək. ilk dəfə bütün ərazilərimizdə keçirilən prezident seçkilərindən sonra ölkəmizdə yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır. 44 günlük Vətən müharibəsindən və müzəffər Ordumuzun Qarabağda keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra, nəhayət, Azərbaycan özünü dünyaya tam suveren, azad, müstəqil dövlət kimi təqdim etdi. Yuxarıda xatırlatdığımız kimi, ilk dəfə olaraq bu ilin fevralında azad, suveren ölkəmizdə prezident seçkiləri keçirildi. Ölkəmizin müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisədir. Bu, hər birimizin həyatında mühüm əhəmiyyət kəsb edən bir gündür. 1991-ci ildə Azərbaycan özünü müstəqil dövlət kimi elan etdikdən sonra həmin vaxtdan başlayaraq, ölkəmizdə keçirilən seçkilər heç vaxt bütün ərazilərimizi əhatə etməmişdir. COP29 konfransının keçirilməsi ilə eyni vaxtda bu mühüm siyasi prosesin də eyni vaxtda təşkil olunması məqsədəuyğun deyil. Bu həm parlament seçkilərinin əhəmiyyəti nöqteyi nəzərindən, həm də COP29 konfransının əhəmiyyəti nöqteyi nəzərindən doğru olmazdı. Buna görə də seçkilər iki ay öncəyə çəkilir. COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən mühüm konfransdır. Konfrans çərçivəsində ölkəmizə 80 minə qədər qonaq gəlməsi gözlənilir. Konfransın ən yüksək tələblərə cavab verərək, təşkil olunması ölkəmizin birbaşa beynəlxalq imici məsələsidir. Hər zaman olduğu kimi bu mühüm beynəlxalq konfransa da ən yüksək şəkildə ev sahibliyi edəcək. Bu isə ölkəmizin dünyaya verdiyi mühüm töhfə olacaq. Çünki bu gün beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biri də iqlim dəyişmələridir. Bəşəriyyət iqlim dəyişmələrinin olduqca təhlükəli nəticələri altında çox ciddi düşünməkdədir.
Beləliklə Azərbaycan daha bir tarixi uğurun və siyasi məsuliyyətin həyəcanını yaşayır. Daima bütün sınaqlardan üzüağ çıxan Azərbaycan dövləti və xalqı sentyabrın 1-də daha bir taleyüklü seçkini də uğurla başa vuracaq. Çünki biz birlikdə güclüyük!
Müxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

