İmişlidə rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib
11.07.2024 [19:17]
İmişli rayon Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib. Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və rayon ağsaqqalları iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
İmişli rayon Heydər Əliyev Mərkəzində baş tutan yığıncaqda ilk olaraq dövlət himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara doğru-düzgün yol göstəriblər. 1993-cü ilin təlatümlü günlərini xatırlamaq kifayətdir. İkinci dəfə əldə edilən müstəqilliyimiz böyük təhlükə qarşısında idi. Belə bir mürəkkəb dövrdə ümummilli lider Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti məhz ağsaqqallar idi.
Çıxış edən rayon Ağsaqqallar Şurasının sədr müavini Ramiz Əmirov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.
Çıxış edən Bəcirəvan kənd Ağsaqqallar Şurasının sədri Məmi Atakişiyev Azərbaycanda “ağsaqqal” sözünə ehtiramla, diqqətlə yanaşılmasının çox qədim tarixi və zəngin ənənələrindən söhbət açıb.
Rayon Ağsaqqallar Şurasının yeni üzvü Adil Kərimov qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə vacib sayılıb. Yeni ailə qurulanda, dara düşəndə, mübahisəli məsələlərin həllində ağsaqqal sözü keçərli olub. Ağsaqqallar gənclərə dəyərli məsləhətlər verib, düzgün yol göstəriblər.
Digər çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirməsindən söz açıblar.
Tədbirin sonunda Kənd Ağsaqqallar Şurasının yeni seçilmiş sədrlərinə döş nişanları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

