Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatı möhkəm əqidə və dövlətə layiqli xidməti partiyanın 20 illiyinə ən böyük hədiyyə hesab edir

YAP Binəqədi rayon təşkilatı möhkəm əqidə və dövlətə layiqli xidməti partiyanın 20 illiyinə ən böyük hədiyyə hesab edir

16.10.2012 [00:29]

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Binəqədi rayon təşkilatıdır
Rayon partiya təşkilatının sədri - Nəbi Xəlilov
Təsis olunduğu tarix - 7 mart 1993-cü il
Üzvlərin ümumi sayı - 13428 nəfər
İdarə Heyəti üzvlərinin sayı - 30 nəfər
Şura üzvlərinin sayı - 66 nəfər
Qadınların sayı - 6658 nəfər
Gənclərin sayı - 7888 nəfər
Nəzarət-Təftiş qrupu - 7 nəfər
Ali təhsillilər - 8511 nəfər
İlk partiya təşkilatlarının sayı - 209
Təşkilatın ünvanı: 8-ci mikrorayon N.Nərimanov küç.75
Əlaqə telefonları - 012 561-83-50 012 562-93-13
Respublikada ilk olaraq Binəqədi rayon təşkilatı üçün inzibati bina tikilib
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı da partiyanın Bakı şəhəri üzrə yaradılan ilk yerli strukturlarından biridir. Bu təşkilatın digər özəlliyi ondan ibarətdir ki, respublika üzrə ilk inzibati bina məhz YAP Binəqədi rayon təşkilatı üçün tikilib istifadəyə verilib. Bu əlamətdar hadisə 2001-ci ilə təsadüf edir. Hazırda 8 nəfər ştatlı işçi hər bir cəhətdən təchiz olunmuş qərargahda fəaliyyət göstərir.
Rayon təşkilatının sədri Nəbi Xəlilov 2007-ci ildə keçirilən 5-ci konfransda təşkilata sədr seçilib. Hazırda YAP Binəqədi rayon təşkilatında 209 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.
Binəqədidə “10 may” ərazi ilk partiya təşkilatı da fəaliyyət göstərir
Diqqət çəkən məqamlardan biri odur ki, bunlardan biri “10 may” ərazi ilk partiya təşkilatı adlanır. Belə bir ilk təşkilatın yaradılmasının səbəbi isə Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədardır. Belə ki, Binəqədi rayon üzrə 10 may tarixində dünyaya gələn gənclər həmin gün ərəfəsində partiya sıralarına qəbul edilir. Həmin gənclərə hədiyyələr, o cümlədən partiya vəsiqləri təqdim olunur.
N.Xəlilov deyir ki, bu ilin ötən dövründə 4 ilk təşkilat yaradılıb. Eyni zamanda, 609 nəfər YAP sıralarına üzv qəbul olunub. Onların 217 nəfəri qadınlar, 271 nəfəri isə gənclərdir.
Partiyaya qəbul məsələsinə xüsusi fikir verilir
Ümumiyyətlə, YAP Binəqədi rayon təşkilatında partiyaya qəbul məsələlərinə xüsusi diqqətlə yanaşılır. Belə ki, YAP sıralarına qəbul olmaq istəyən hər bir şəxslə rayon təşkilatının sədri görüşür, partiyaya gəlişinin məram və məqsədi öyrənilir. N. Xəlilovun sözlərinə görə, partiyaya möhkəm əqidəli insanlar qoşulmalıdır, təsadüfi insanlara isə burada yer olmamalıdır. O qeyd edir ki, partiya üzvlüyü ilə bağlı təşkilata daha çox gənclər müraciət edir. N.Xəlilov onu da bildirib ki, 190 nəfər partiya uçotu ilə başqa rayon təşkilatlarına göndərilib. 5 nəfər isə hüquq-mühafizə orqanlarında işə keçdikləri üçün partiya fəaliyyətləri dayandırılıb.
Yubiley tədbirləri artıq başlanıb
Təşkilat YAP-ın 20 illik yubileyinə də ciddi şəkildə hazırlıq işləri görüb. Artıq bu barədə İdarə Heyəti tədbirlər planını təsdiqləyib. İlk təşkilatlarda bu tədbirlərə start verilib və tədbirlər bütün təşkilatları əhatə edəcək. N.Xəlilov qeyd edir ki, təşkilatın İdarə Heyətinin və Şurasının üzvləri bu tədbirlərə təhkim olunublar və keçirilən tədbirlərdə iştirak edirlər.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsal İsmayilov, Bakı Mədəni-Maarif Kollecinin direktoru İlqar Mahmudov və veteran partiyaçı Füzuli İsmayılov təşkilatın sədr müavinləridir. Məşhur “91-lər”dən olan, YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev də təşkilatın İdarə Heyətinin üzvüdür.
Veteranlar estafeti gənclərə verir
Sədr müavini Füzuli İsmayılov Binəqədi rayon təşkilatının şərəfli yol keçdiyni deyir. Onun sözlərinə görə, bu təşkilatın yaradılması o qədər də asan olmayıb: “Çünki o vaxtkı hakimiyyət partiyanın təşkilatlanma işinə mane olurdu. Amma buna baxmayaraq təşkilatı mənim rəhbərlik etdiyim 248 saylı orta məktəbdə yaratdıq. O zaman biz tez-tez həmin məktəbin 21-ci kabinetində toplaşırdıq. İndiki gənclərimiz o vaxtları görməyib. Bu gün isə gənclərə partiyada gözəl şərait yaradılıb. Belə demək mümkünsə, biz estafeti gənclərə vermişik. Mən inanıram ki, YAP-ın 50, 100 illik yubileyləri də böyük təntənə ilə qeyd olunacaq”.
Təşkilatın Nəzarət-Təftiş qrupunun sədri Yolçu Zeynalov da hesab edir ki, ötən 20 il ərzində YAP əzəmətli yol keçib. Onun fikrincə, partiya çətin şəraitdə yaransa da, böyük yol qət edərək sürətlə inkişaf edib: “Bu gün partiyamız Ulu öndər Heydər Əliyevin ideyalarının ən fəal təbliğatçısıdır. YAP-da kəmiyyətə yox, kefiyyətə və ideya-təbliğat işlərinə böyük önəm verilir. Partiyamızın gücünü artıran əsas amillər bundan ibarətdir”.
NTQ sədri deyir ki, Binəqədi rayon təşkilatı da işini partiya Nizamnaməsi əsasında qurub. Təşkilatda nizam-intizam məsələlərinə xüsusi fikir verilir.
YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü Natiq Əliyev partiyaya layiqli insanların qəbul olunduğunu vurğulayır. Rayon təşkilatının Binəqədinin ictimai-siyasi həyatında fəal iştirak etdiyini deyən N.Əliyev partiya aktivlərinin siyasi mübarizədə müxalifətə tutarlı cavab verdiklərini bildirir.
Qadınlar Şurasının ənənəvi tədbirləri var
Rayon təşkilatının işində qadınlar da fəallıq göstərirlər. Təşkilatın Qadınlar Şurasının sədri Məlahət İbrahimovanın sözlərinə görə, qadınlar daim ictimai-siyasi proseslərin önündə gedir. Təşkilatda birləşən 6 min 500 nəfərdən çox qadının 4 minə qədəri ali təhsillidir. “Biz bütün tədbirlərdə yaxından iştirak edirik. Hər il ənənəvi olaraq milli bayramlar ərəfəsində uşaq evlərinə gedərək valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram hədiyyələri təqdim edirik. Eləcə də, rayon ərazisində yaşayan aztəminatlı ailələrin oğlan uşaqlarının sünnət mərasimi təşkil olunur. Biz partiyamızın 20 illik tədbirləri çərçivəsində də uşaq evlərini ziyarət edəcəyik. Eyni zamanda, qadınlar digər tədbirlərdə də fəal iştirak edirlər”, - deyə Qadınlar Şurasının sədri bildirir.
Gənclər isə işlərini İKT müstəvisində qurur
Gənclər isə bütün strukturlarda olduğu kimi YAP Binəqədi rayon təşkilatında da aktivdirlər. Elə partiya sıralarına yeni qoşulanların əksəriyyətinin gənclərdən ibarət olması bu fikri təsdiqləyir. Təşkilatın Gənclər Birliyinin sədri Qüdsi Bayramov deyir ki, gənclər öz işlərini daha çox İKT müstəvisində qururlar. Çünki zaman dəyişir və bütün dünya informasiya texonologiyalarından səmərəli istifadə etməyə çalışır. Bu baxımdan, gənclərin sosial şəbəkələrdə iştirakı daha çox diqqəti cəlb edir. “İnternet insanların həyat tərzinə çevrilib. Bu mənada, gənclərimiz sosial şəbəkələrdə çox aktivdirlər və burada partiyamızın prinsiplərini, dövlətimizin həyata keçirdiyi siyasətin uğurlarını təbliğ edirlər. Bilirsiniz ki, müxalifətdən olan gənclər də sosial şəbəkələrdə iştirak edir, hakimiyyətə qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. YAP-ın gəncləri isə onlara tutarlı cavab verirlər. Demək olar ki, artıq sosial şəbəkələr siyasi mübarizə meydanına çevrilib” - deyir, Qüdsi Bayramov. Təşkilatda 8 min nəfərə qədər gəncin birləşdiyini deyən birliyin sədri, bütün proseslərdə rayon gənclərinin potensialından istifadə etməyə çalışdıqlarını qeyd edib.
Ölkəmizin ən gənc bələdiyyə üzvü də bu təşkilatdadır
Təşkilatın Gənclər Birliyinin sədr müavini Kübra Əliyarlı da partiyanın fəal gənclərindən biridir. O partiyanın respublika səviyyəli tədbirlərində, YAP Gənclər Birliyinin layihələrində aktiv iştirak edir. Partiyanın Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə keçirdiyi yazı müsabiqəsinin qaliblərindən biri olub. “Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaiyyətinin ən mühüm və daim yaddaşlarda yaşayacaq anlarından biri də 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu tarix Azərbaycan dövlətinin və xalqının taleyində müstəsna rol oynayan, millətin özünəinamını, gələcəyə nikbin baxışını təmin edən təqvimlərdən biridir. YAP-ın fəal gənci olaraq, bu tarix bizlər uçun də qururvericidir.Bizi bu partiyada Heydər Əliyev ideyaları və Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti birləşdirir. Partiyamız və dövlətimiz gəncliyin inkişafı üçün bütün imkanları, şəraiti yaradıb. Biz bu imkanlardan bəhrələnirik” - deyən, Kübra həm də Azərbaycanda ən gənc bələdiyyə üzvüdür. O, Binəqədi bələdiyyəsində təmsil olunan 14 gəncdən biridir. K.Əliyarlının fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizin daha böyuk uğurlar və qələbələr qazanmasına zəmin yaradacaq.
Təlimatçılar və ilk partiya təşkilatı sədrləri öz işlərinə məsuliyyətlə yanaşırlar
İlk təşkilat sədrləri də öz işlərinə məsuliyyətlə yanaşırlar. Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutu üzrə ilk təşkilat sədri İntizar Məmmədova, 7-ci mikrorayon üzrə gənclər ilk partiya təşkilatının sədri Vüqar Babayev və 9-cü mikrorayon üzrə ilk partiya gənclər təşkilatının sədri Taleh Nəsirov partiya tapşırıqlarını həmişə yerinə yetirməyə hazır olduqlarını bildirirlər.
Rayon təşkilatının təlimatçıları olan Elmir Hacıyev, Zamin Süleymanov, Lalə Bayramova və Səbinə Zeynalova isə ilk partiya təşkilatları ilə hər gün əlaqə saxlayaraq gündəlik fəaliyyəti izləyirlər. Zəruri olan məsələlərdə müzakirələr aparırlar.
Ümumiyyətlə, YAP Binəqədi təşkilatı özünün səmərəli fəaliyyəti ilə partiyamızın 20 illik yubileyinə töhfələr verməyə çalışır. Təşkilat fəalları hesab edirlər ki, möhkəm əqidə, dövlətə layiqli xidmət partiyanın 20 illiyinə ən böyük hədiyyədir.
www.yap.org.az
Paylaş:
Baxılıb: 1305 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30